Məhkəmə qərarları › İş №7(3-6)-542/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-542/2026

18.05.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-542/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsi, hakimlər Mehdiyev Emin Əlixan oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror, Məhkum Məhkum və onun müdafiəçisi «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan (Kompleksində) cəza çəkən məhkum Məhkum Azərbaycan Respublikasının CM-nin 32.4, 312.2-ci maddələrinin üzərindən götürülməsinə və “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan (Kompleksində) cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının CM-nin 32.4, 312.2-ci maddələrinin üzərindən götürülməsini və barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, Məhkum ## ### 2022-ci il tarixdə Tərtər Hərbi Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4 və 312.2-ci maddələri ilə 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Daha sonra ## ###### 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsinə əsasən 1 il sınaq müddəti tətbiq edilməklə şərti cəza tətbiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsində göstərilən cinayətə münasibətdə özünü təqsirli bilmədiyini, iki uşaq atası olduğunu, 2016-cı aprel döyüşlərinin iştirakçısı və 44 günlük “Vətən Müharibəsi” iştirakçısı olduğunu qeyd etməklə 32.4, 312.2-ci maddəsinin üzərindən götürülməsini və barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Məhkum Azərbaycan Respublikasının CM-nin 32.4, 312.2-ci maddələrinin üzərindən götürülməsinə və “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025ci il tarixli Qərarının tətbiq edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan məhkum apellyasiya şikayəti verərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, o, 2016-cı il “Aprel döyüşləri” və “Vətən Müharibəsi” iştirakçısıdır. Döyüşlərdə iştirak etdiyinə görə 5 medalla təltif edilmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən prokuror Prokuror apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təqdimat verən orqan nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat bildirməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının fikirlərini dinləyib hesab etdi ki, məhkəmə baxış iclasının cəzaçəkmə müəssisəsinin nümayəndəsi iştirakı olmadan keçirilməsi mümkün hesab edilsin. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. "Konstitusiya və Suverenlik Ili" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən bu Qərarın 2.2-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, ilk dəfə ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzadan azad edilir. Həmin Qərarın 14-cü hissəsinə əsasən, bu Qərarın cəzanın çəkilməmiş hissəsinə dair müddəaları cinayətlərin və ya hökmlərin məcmusu üzrə qəti cəzanın çəkilməmiş hissəsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsi üzrə biri digəri ilə toplanaraq müstəqil icra edilən əsas cəzalardan hər hansı biri bu Qərar qüvvəyə mindiyi gün onun təsiri altına düşmürsə, bu Qərara əsasən amnistiya tətbiq edilmir. Həmin Qərarın 15-ci hissəsinə əsasən cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə, əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 65.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. 65.3-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarlarının bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburiliyi məhkəmə hökmünün və digər qərarının kassasiya qaydasında və yeni açılmış hallar üzrə yoxlanılmasına, ləğv edilməsinə və dəyişdirilməsinə mane olmur. 65.6-cı maddəsinə əasən, birinci və apellyasiya instansiyası məhkəməsi üçün şəxsin əvvəllər məhkum edilməsinə və ya bəraət almasına dair qanuni qüvvəyə minmiş hökm şərtsiz məcburidir. 141.1.3-cü maddəsinə əsasən, məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur. 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2020-ci il tarixli Plenum Qərarında göstərilmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin VIII hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tərtər Hərbi Məhkəməsi tərəfindən qəbul edilmiş (cinayət təqibinə xitam verilməsi barədə) ## ### 2022-ci il tarixli, *(***)-**/**** nömrəli qərara əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 333-cü maddəsinin Qeyd hissəsinə əsasən ağır şərait zəminində Azərbaycan Respublikası CM-nin 334.4-1-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törətdiyindən cinayət məsuliyyətindən azad edilmişdir. Tərtər Hərbi Məhkəməsinin ## ### 2022-ci il tarixli, *(***)-**/**** nömrəli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3-cü maddələri ilə təqsirli bilinmiş və 6000 (altı min) manat miqdarında cərimə cəzasına, Azərbaycan Respublikası CMnin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinmiş və 9000 (doqquz min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum təyin olunmuş cərimə cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 10000 (on min) manat miqdarında cərimə cəzası ilə cəzalandırılmışdır. Azərbaycan Respublikasının 69.4-cü maddəsinmə əsasən, Məhkum ##.##.2021-ci il tarixdən ##.##.2021-ci tutulduğu bir günlük müddət, həmmin tarixdə ##.##.2021-ci il tarixədək 6 ay 28 gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla Məhkum təyin edilmiş 10000 (on min) cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1000 (bir min) manat cərimə cəzası saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən çıxarılmış ## ###### 2023-cü il tarixli, *-*(***)-*/**** nömrəli hökmə əsasən, Tərtər Hərbi Məhkəməsinin ## ### 2022-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü ləğv edilmiş, Məhkum CM-in 178.2.2, 178.2.3, 32.4, 312.2 və 333.4-1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3. 32.4, 312.2 və 333.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 (bir) il sınaq müddəti təyin edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin *-*(***)-*/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərarı ilə müəyyən olunmuş şərti məhkum etmə ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məhkum Gəncə Apellyasiya Məhkəməsinin 1- *(***)-*/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərarı ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Məhkum üzərində 04 (dörd) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Məhkum Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Məhkum üzərində qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Republikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Məhkum Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününıə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən qəbul edilmiş *(***)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərara əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, 1(008)- ***/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkumun barəsində çıxarılan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-***/**** saylı hökmdən görünür ki, cəzasının əvvəli ## ###### 2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının sonu ## ####### 2028-ci il tarixdə bitir. "Konstitusiya və Suverenlik ili" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının qüvvəyə mindiyi günə məhkumun çəkilməmiş cəzası 02 il 09 ay 12 gün təşkil edir. Birinci instansiya məhkəməsi məhkumun şəxsi işində olan sənədləri ərizə ilə qarşılıqlı müzakirə edərək haqlı olaraq qeyd etmişdir ki, məhkumun ərizəsi təmin edilməməlidir. Belə ki, məhkum Məhkum barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə olan ##.##.2024-cü il tarixli hökmü apellyasiya qaydasında ləğv edilməmiş və ya dəyişdirilməmişdir. Buna görə də, qanuni qüvvəyə minmiş həmin hökmlə müəyyən edilən hazırki iş üzrə preyudisial xarakter daşıyır. Həmçinin "Konstitusiya və Suverenlik Ili" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.4- cü bəndinə əsasən bu Qərarın 2.2-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, ilk dəfə ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzadan azad edilir. Lakin iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən qəbul edilmiş *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarına nəzərdə yetirdikdə müəyyən olunur ki, Məhkum apellyasiya şikayəti təmin edilməmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair, həmçinin əvvəlki hökmlər və qərarlar üzrə 178.2.2, 178.2.3. 32.4, 312.2 və 333.4-1-ci maddələri ilə qəti olaraq 04 (dörd) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə olan ##.##.2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkumun törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxil olan bu Məcəlləsinin 32.4, 312.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli mövcud olmuş və cəzasının çəkilməmiş hissəsi 6 aydan az olmamışdır. Bundan başqa həmin Qərarın 14-cü hissəsinə əsasən həmin cinayət əməli bu Qərarın təsir dairəsinə düşmədiyindən “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq edilməsi mümkün deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, bir daha məhkumunun şəxsi işini araşdıraraq belə qənaətə gələrək hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə haqlı olmuşdur. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan (Kompleksində) cəza çəkən məhkum Məhkum Azərbaycan Respublikasının CM-nin 32.4, 312.2-ci maddələrinin üzərindən götürülməsinə və “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 9 (doqquz) saat üçün cəmi 99 (doxsan doqquz) manat dövlət büdcəsindən tutularaq «M.B.M» Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar