Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-543/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X1 (sədrlik edən və məruzəçi hakim), X3 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X6, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində məhkumun cəzasının 2/3 hissəsini çəkməsi, xəstəliyi ilə əlaqədar davamlı ambulator və stasionar qaydada müalicə alması, həkim nəzarəti ilə dərman preparatlarından fasiləsiz istifadə etməsi, hazırkı durumunun məkana uyğun olmaması, ailə vəziyyəti, xasiyyəti, müəssisə daxilində nizam-intizam qaydalarına riayət etməsi, barəsində müəssisə rəhbərliyi tərəfindən heç bir tənbeh tədbirinin görülməməsi, müraciətinin təmin olunması üçün heç bir qanuni maneənin olmaması və s. kimi halların birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması, səlahiyyətləri çərçivəsində hüquqi dəyərləndirilməməsi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən prokuror X6 bildirdi ki, apellyasiya şikayətini əsassız hesab edir, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bundan başqa, məhkum Bakı Apellyasiya Məhkəməsinə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi və məhkumun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialı araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçini və prokuroru dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialından görünür ki, məhkum Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli ##.##.2023-cü il tarixdən hesablanmışdır. Iş materialına əlavə edilmiş mülahizədən göründüyü kimi, məhkum Məhkum əvvəllər cəza çəkdiyi yerlərdə olduğu müddətdə intizam pozuntusuna yol verməmiş, barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Məhkum Məhkum ##.##.2024-cü il tarixdən cəza müddətinin qalan hissəsini çəkmək üçün ** saylı CM-nə gətirilmiş və * saylı dəstəyə təyin edilmişdir. Müəssisəyə qəbul olunduğu ilk gündən ona karantin bölməsində X7, hüquq və vəzifələri izah olunmuş, məhkumların mədəni-məişət şəraitinin yaxşılaşdırılması üçün köməkçi işlərə cəlb olunmamışdır, əməyə münasibəti mənfidir. Xasiyyətcə qapalıdır. Törətdiyi cinayət əməlini etiraf etmir. Onunla aparılan tərbiyəvi tədbirlərdən özü üçün düzgün nəticə çıxarmağı bacarmır. Dəstə daxili mədəni-kütləvi tədbirlərdə könülsüz iştirak edir. Xarici görkəminə və yataq yerinin təmizliyinə fikir verir, şəxsi gigiyena qaydalarına riayət edir və ərzaq məhsullarını xüsusi ayrılmış yerdə saxlayır. Yaxınları ilə ünsiyyət saxlayır. Törətdiyi cinayət işi üzrə dövlətə olan 81 manat borcu ödənilib. Məhkum Məhkum cəza çəkdiyi müddətdə barəsində tənbeh tədbiri tətbiq edilməmiş, həvəsləndirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı tənzimləmədə səmərəliliyin artırılması, prosedurların optimallaşdırılması və nəzarət mexanizmlərinin gücləndirilməsini təmin etmək məqsədilə yaradılmış Komissiya" tərəfindən ##.##.2026-cı il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə baxılmış, mənfi rəy verilmişdir. Məhkum islah yoluna qədəm qoymamasını və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən yaradılmış komissiya tərəfindən mənfi rəy verilməsini nəzərə alaraq, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədə uyğun hesab edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Məhkum cəza çəkdiyi müddət ərzində barəsində intizam tənbeh tədbiri və həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Bundan əlavə, məhkumların mədəni-məişət şəraitinin yaxşılaşdırılması üçün köməkçi işlərə cəlb olunmamış, əməyə münasibəti mənfi olmuş, xasiyyətcə qapalı olmuş, törətdiyi cinayət əməlini etiraf etməmiş, onunla aparılan tərbiyəvi tədbirlərdən özü üçün düzgün nəticə çıxarmağı bacarmamış, dəstə daxili mədəni-kütləvi tədbirlərdə könülsüz iştirak etmişdir. Həmçinin məhkəmə iclasında verdiyi izahatı ilə məhkum əməlindən peşmançılıq çəkməsinə və islah olunduğuna məhkəmədə inam yaratmamışdır, bu isə məhkumun tam islah olunmamasını və ona tətbiq edilən cəzanın məqsədinə nail olunmamasını göstərir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, bir daha məhkumunun şəxsi işi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür. Məhkum müəssisə rəhbərliyi tərəfindən mənfi xarakterizə olunur. Qeyd olunan səbəblərdən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyildir. Qeyd edilməlidir ki, iş materialına əsasən məhkum Məhkum barəsində cəza çəkdiyi müddət ərzində bir dəfə də həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı müraciət etmiş məhkum Məhkum barəsində cəzanı icra edən müəssisə rəhbərliyi tərəfindən mənfi xarakterizə olunan məhkum kimi mənfi mülahizə verilmişdir. Bu səbəbdən hal-hazırda onun islah olunması üçün cəzasının qalan hissəsini tam çəkməsi məqsədəuyğundur, ona görə də onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməməlidir. Beləliklə, iş materialı ilə Məhkum qanuna itaət, insana, cəmiyyətə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşması və belə olan halda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılmasının mümkün olması müəyyən edilmir. Belə olduğu təqdirdə onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası ** saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni iş materialı ilə birlikdə əlaqəli surətdə təhlil edərək, məhkumun cəza çəkdiyi müddətdə tam islah olunmadığı qənaətinə gələrək hesab edir ki, hazırki vaxtda onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəmüvafiq deyildir. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarda qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisənin mülahizəsini əsas amil kimi irəli sürür”. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3-cü maddəsinə əsasən məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında, cinayət qanunun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəza çəkdiyi müddətdəki davranışını əks etdirən şəxsi işindən, mülahizədən onun cəzadan şərti olaraq azad edilməsi üçün həmin müddət ərzində tam islah olunması müəyyən olunmur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası bir daha qeyd edir ki, məhkumun ona təyin edilmiş cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsi yeganə əsas kimi cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün kifayət etmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 10 saat üçün cəmi 110 manat dövlət büdcəsindən Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-543/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-543/2026
18.05.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver