Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-553/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Emin Zöhrab oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru - X5, müdafiəçi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, məhkum - Məhkum iştirakları ilə, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim S.N.Nəsibov) ## ##### 2026-cı il tarixli qərarı ilə, ## ###### 1972-ci il tarixdə Cəlilabad rayonunun Kövüzbulaq kəndində doğulmuş və həmin ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Cəlilabad rayonunun Uzuntəpə kəndində yaşamış, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, məhkum Məhkum, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsi təmin edilməmişdir. Işin halları: Təqdim olunmuş iş materiallarından və məhkəmə sənədlərindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2012-ci il tarixli hökmü ilə, Məhkum, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli qərarı ilə cəzasının 1 il 1 ay 29 gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü ilə, Məhkum, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 62ci maddəsi tətbiq edilməklə, 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CMnin 62-ci maddəsinin tətbiq edilməsinin əsası Məhkum X3in Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda iştirak etməklə həlak olması olmuşdur. Məhkəmə sənədlərinə əsasən, məhkum Məhkum cəzaçəkmə müddəti ##.##.2027-ci il tarixdə başa çatır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, lakin müraciət təmin edilməmişdir. Qərardan, məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Məhkum Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddət ərzində heç bir daxili rejim və intizam qaydalarının pozulmasına yol verməmişdir. Təhsilə, əməyə, birgəyaşayış qaydalarına hörmətlə yanaşır. Törətdiyi əməldən səmimi peşmandır. Cəzaçəkmə müəssisəsində bütün tərbiyəvi tədbirlərdə fəal iştirak edir. Müəssisə rəhbərliyi tərəfindən dəfələrlə təşəkkürnamə almış, Ədliyyə Nazirliyinin müvafiq Komissiyası tərəfindən barəsində müsbət rəy verilmişdir. X3 Vətən Müharibəsində şəhid olmuşdur. Məhkəmə iclasında, məhkum Məhkum, apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında, müdafiəçi Müdafiəçi, hüquqlarını müdafiə etdiyi məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında prokuror X5, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 76.1-ci maddəsinə əsasən məhkəmə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Azərbaycan Respublikası CIM-nin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Qeyd olunan maddənin mənasına görə məhkəmə tərəfındən müraciətlərə baxılarkən, məhkumların bütün cəza çəkmə dövründəki davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, özfəaliyyət təşkilatlarının işində iştirakı, həqiqətən islah yoluna qədəm qoyması araşdırılmalıdır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli ** nömrəli Qərarının 2ci bəndinin hüquqi tövsiyyəsində qeyd olunmuşdur ki, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanınn çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzaçəkmə dövründə davranışı, əməyən münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirilmişdir. Qərarda habelə qeyd olunmuşdur ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidir. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Qərarda həmçinin qeyd olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidir. Həmçinin qərarda qeyd olunur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası və məhkumun islah edilməsi məqsədilə tətbiq edilir. Yəni, məhkumun islah edilməsini və cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. Islah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsindən verilmiş ## ##### 2026-cı il tarixli mülahizədən görünür ki, ##.##.2023-cü il tarixdə cəzaçəkmə müəssisəsinə qəbul edilmiş və müsbət məhkum kimi xarakterizə olunan Məhkum, cəza çəkdiyi müddətdə, daxili rejim qaydalarını pozmamış, barəsində inzibati tənbeh tədbiri tətbiq tətbiq olunmamış və həvəsləndirilməmişdir. Cəzasının 3/4 hissəsini çəkməsi, müsbət davranışı və müvafiq Komissiyanın müsbət rəyi nəzərə alınaraq, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin tələbinə əsasən, mülahizə məhkumun cəza çəkdiyi bütün dövrü əks etdirməlidir. Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş mülahizə təhlil olunarkən, müsbət məhkum kimi xarakterizə olunan məhkum Məhkum cəza çəkdiyi müddətdə həvəsləndirilməməsi və cəza çəkdiyi illər üzrə illik xasiyyətnamələrə dair məlumatların qeyd olunmaması ilə bağlı müəyyən olunmuş hallar, mülahizənin natamam olmasına və məhkumun cəza çəkdiyi bütün dövrü tam əks etdirmədiyinə dəlalət edir. Qanunun tələbinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Məhkəmənin, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi isə məhs, məhkumun cəza çəkdiyi bütün dövrü əks etdirən obyektiv və qərəzsiz məlumatlara əsaslanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə, məhkum Məhkum cəza çəkdiyi bütün dövrü tam əks etdirməmiş və bununla bağlı məlumatların natamamlığı, məhs mülahizənin formal xarakterli olduğuna dəlalət etmişdir. Qeyd olunan hallar, məhkum Məhkum barəsində verilmiş mülahizənin obyektiv həqiqəti əks etdirmədiyini və faktlara əsaslanmadığını göstərməklə, onun islah olunması və cəzanı tam çəkməsinə lüzum olmaması haqqında qənaətə gəlmək üçün məhkəmədə daxili inam və qəti fikir formalaşdırmamışdır. Qanunvericiliyin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli ** nömrəli qərarının hüquqi tövsiyyəsinə görə, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi imperativ norma deyil və qanunla nəzərdə tutulmuş cəzanın müəyyən hissəsinin çəkilməsi də məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini qəti şəkildə şərtləndirmir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## ######## 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cəza eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayətin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Məhkum Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli qərarı ilə cəzasının 1 il 1 ay 29 gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilsə də, yeni cinayət əməli törətdiyinə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü ilə məhkum edilmişdir. Odur ki, məhkəmə kollegiyası cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş natamam mülahizəyə və işin hallarına münasibətdə məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə əsaslar müəyyən etmir. Birinci instansiya məhkəməsi məhkum Məhkum müraciəti üzrə gəldiyi nəticəni cəzaçəkmə müəssisəsinin mülahizəsinə, işdə olan sənədlərə, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə müqayisəli şəkildə əsaslandırmış və həmin nəticə işdə olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası onunla razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, məhkəmə kollegiyası, məhkum Məhkum müraciəti üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, bu xüsusda verilmiş apellyasiya şikayətini əsassız hesab edir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-553/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-553/2026
20.05.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver