Məhkəmə qərarları › İş №7(3-6)-554/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-554/2026

18.05.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-554/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimov Zamin Vəliyəddin oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2, Müdafiəçi Müdafiəçi iştirakları ilə, ## ######## 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Məhkum Məhkum cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından məhkum Salmanov Əflatun Məmmədrza oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Salmanov Əflatun Məmmədrza oğlu cəzanın çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Z.Bağırov) ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarına əsasən məhkum Salmanov Əflatun Məmmədrza oğlunun təyin edilmiş cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin dəlillərini onunla əsalndırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarına əsasən ona təyin edilmiş cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərar ədalətsiz, qanunsuz və qərəzli hesab edilməlidir. Belə ki, o, cəza çəkdiyi müddət ərzində heç bir daxili rejim və intizam qaydalarının pozuntusuna yol verməmişdir. Təhsilə, əməyə, birgə yaşayış qaydalarına hörmət ilə yanaşmışdır. Müəssisədə bütün tərbiyəvi tədbirlərdə fəal iştirak etmişdir. Onun az yaşlı övladı var, ikinci övladı İ qrup əlildir, yoldaşı II qrup əlildir, onkoloji xəstədir, əməlindən səmimi peşimandır. Odur ki, göstərdiklərini nəzərə alaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv edilməsini və onun şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Salmanov Əflatun Məmmədrza oğlunun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, ona təyin edilmiş cəzasının 3/4 hissəsindən çoxunu çəkdiyini, törətdiyi cinayəti etiraf etdiyini, səmimi peşimançılıq hissi keçirdiyini, üzərində heç bir tənbeh tədbirinin olmadığını, islah oldunduğunu nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarını ləğv edərək ona təyin edilmiş cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında prokuror X2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasına məhkum Salmanov Əflatun Məmmədrza oğlu cəza cəkmə müəssisəsindən ərizə ünvanlayaraq apellyasiya şikayətinin baxılmasına dair məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası məhkum Salmanov Əflatun Məmmədrza oğlunun ərizəsini nəzərə alaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayətə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmündan görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş və Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı ## ##### 2025-ci il tarixdən hesablanmışdır. Məhkum cəza çəkmə müddəti sonu ## #### 2026-cı il tarixdə başa çatır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Məhkum ACDİÜ AR Məhkəməsinin ##.##.2000-ci il tarixli hökmü ilə AR CM-nin 207.3 və 102.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 38-ci maddəsi tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2004-cü ildə cəza sonu ilə azad edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli hökmü ilə AR CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2010-cu ildə cəza sonu ilə azad edilmişdir; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2011-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 05 ay 15 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmü ilə AR CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 04 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, ##.##.2016-cı ildə cəzasını çəkib qurtarmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 ay 10 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, ##.##.2020-ci ildə cəza müddəti başa çatmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə AR CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, ##.##.2023-cü ildə cəza müddəti başa çatmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarından görünür ki, Məhkum barəsində “Konstitusiya və Suverenlik İli münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025ci il tarixli Qərarı tətbiq edilmiş və ona Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə təyin edilmiş 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay azaldılmışdır. Həmçinin cəzaçəkmə müəssisəsi tərəfindən məhkum barəsində verilmiş mülahizədən görünür ki, məhkum Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ** saylı cəzaçəkmə müəssisəsinə ##.##.2025-ci il tarixdə Umbakı PM-dən qəbul olunduqdan sonra daxili intizam qaydaları ilə yanaşı, hüquq və vəzifələri izah edilərək, yataq yeri ilə təmin edilmiş, fərdi tərbiyəvi söhbətlər aparılmış, məhkuma iş planı tərtib edilərkən fərdi xüsusiyyətləri, törətmiş olduğu cinayətin səbəbləri nəzərə alınmışdır. Məhkum cəza çəkdiyi müddət ərzində daxili rejim qaydalarını pozmamış, intizam tənbeh tədbiri tətbiq olunmamış, həvəsləndirilməmişdir. Törətdiyi cinayət əməlinin aöırlığını dərk etdiyini və səmimi peşimançılıq hissi keçirdiyini bildirir, xasiyyətcə sakitdir. Məhkum yoldaşları ilə mehriban ünsiyyət saxlayır. Məhkumun əməyə və təhsilə münasibəti yaxşıdır. Ailə üzvləri ilə görüş və məhkumlar üçün nəzərdə tutulmuş telfon vasitəsi ilə əlaqə saxlayır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində hökm üzrə təyin olunmuş narkomaniyadan məcburi müalicə ləğv olunmuşdur. Məhkum cəzasının dörddə üç hissəsini çəkdiyini, müsbət davranışını və müvafiq komissiyanın müsbət rəyi nəzərə alınaraq onun şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədə uyğun hesab edir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq məhkum barəsində müsbət xarakterli mülahizə verilməsinə baxmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi onun təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanin çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanıçəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Məhkəmələrə izah olunsun ki, bu xarakterli müraciətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunmağa və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə maneə kimi nəzərdə tutulmamışdır. Lakin məhkumun vurulmuş ziyanı ödəməkdən qəsdən boyun qaçırması (məsələn, əmlakı gizlətməsi və s.), törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə maneə ola bilər. Bununla yanaşı məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası məhkum Məhkum barəsində verilmiş mülahizəni onun şəxsi işi ilə əlaqəli surətdə, bütün qanuni vasitələrdən istifadə etməklə tam, hərtərəfli, obyektiv araşdıraraq və onun cəza çəkdiyi müddətdəki davranışlarını ətraflı təhlil edərək hesab edir ki, məhkum cəzasının qanunla müəyyən edilmiş hissəsini çəksə də, barəsində verilmiş formal mülahizəyə və cəza çəkdiyi müddət ərzində islah olunmadığına əsasən ərizənin təmin edilməsi üçün əsas yoxdur. Belə ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Şəxsi işində olan illik xasiyyətnamələrdən görünür ki, Məhkum əməyə münasibəti müsbətdir, məhkumlar arasında özünü mehriban aparır, dəstədə keçirlən tərbiyyəvi tədbirlərdə iştirak edir, törətdiyi cinayətə münasibəti peşmandır, xasiyyətcə sakitdir, ailə üzvləri və yaxın qohumları ilə görüş və telefon danışığı ilə münasibət saxlayır, rejim qaydalarını pozmamış, barəsində heç bir intizam tənbeh tədbiri tətbiq olunmamışdır, həvəzləndirilməmişdir. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 1(011)- ***/**** saylı hökmünün təsviri-əsaslandırıcı hissəsinə əsasən müəyyən edilmişdir ki, Məhkum qeyd edilən hökmdən başqa əvvəllər ümumilikdə 7 (yeddi) dəfə məhkum edilmiş, həmin hökmlərdən biri istisna olmaqla digərləri ilə məhkum azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, məhkum edildiyi cəzalar CMnin 234-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı olmuş, həmçinin məhkum həmin azadlıqdan məhrum etmə növündə cəzaların 5-ində təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lakin məhkəmənin ona göstərdiyi bu humanist münasibət və yenidən cəmiyyətə reinteqrasiya üçün yaradılmış imkanlar öz müsbət nəticəsini verməmiş, məhkum azadlığa buraxılandan bir müddət sonra yenidən cinayətlər törətmişdir. Bu hal onun əvvəlki cəza-islah tədbirlərindən lazımi nəticə çıxarmadığını, azadlıq şəraitində öz davranışını qanunun tələblərinə uyğun qurmaq bacarığına yiyələnmədiyini və islah prosesinin yarımçıq qaldığını aydın şəkildə nümayiş etdirir. Qeyd edilənlərə əsasən də, məhkəmə hesab edir ki, əvvəllər 5 dəfə şərti olaraq vaxtından əvvəl cəzadan azad edilməsinə baxmayaraq, məhkumun hər dəfəsində yenidən cinayət törətməsi onun islah olunmadığını göstərən mühüm hüquqi meyardır və bu hal hazırkı mərhələdə onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini istisna edən əsaslı arqument kimi qiymətləndirilməlidir. Göründüyü kimi, şəxsi işində olan və məhkəmə kollegiyasının iclasında araşdırılıb qiymət verilmiş hallar məhkumun islah olunduğunu təsdiq etməməklə, onun islah yoluna qədəm qoymuş məhkum olması qənaətinə gəlməyə əsas vermir. Müdafiəçi və məhkum Məhkum apellyasiya baxışı zamanı hökmlə təyin edilmiş cəzasının 3/4 hissəsindən çox hissəsini çəkdiyini, hazırda üzərində heç bir tənbehin olmadığına və məhkəmənin mövcud olan halları nəzərə almadığından ləğv edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilərkən məhkumun davranışı, şəxsiyyəti, daxili rejim qaydalarına əməl etməsi və bu kimi digər hallar birlikdə araşdırılır. Əks halda təyin edilmiş cəza müddətinin 3/4 hissəsini çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Bundan başqa verilmiş apellyasiya şikayətində məhkum Məhkum himayəsində az yaşlı uşağının olduğuna, az yaşlı uşağının birinin İ qrup əlil olduğuna, yoldaşının II qrup əlil olduğuna, onkoloji xəstəlikdən əziyət çəkdiyinə istinad edilsə də, məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallar ona cəza təyini zamanı nəzərə alınan hallardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılması mümkünsüzdür və apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin rədd edilməsi barədə ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum məhkəmədə hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12( on iki) saat üçün cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq “Qanunçuluq” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Zamin İbrahimov Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar