Məhkəmə qərarları › İş №7(3-6)-558/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-558/2026

04.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-558/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3, məhkum Məhkum müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ###### 1981-ci il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olan, Ağdaş Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarına əsasən Amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 3.1-ci bəndi tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmış, cəzaçəkməsinin əvvəli ## ###### 2023-cü il tarixdən hesablanmış, cəzasının sonu ## ###### 2026-cı ilədək olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin olunmaması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair qərarın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cəza müddətinin çəkilməmiş hissəsi 7 ay qalmış, təyin edilmiş cəzanın çox hissəsini çəkmişdir. Barəsində heç bir tənbeh tədbiri tətbiq edilməmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. X4 isə, apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası məhkum Məhkum iştirakı olmadan işə baxılması barədə ərizəsini nəzərə alaraq, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkum Məhkum müdafiəçisi müdafiəçi1, şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə prokurorun çıxışını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkumun cəza çəkdiyi Müalicə Müəssisəsi tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli mülahizədən görünür ki, məhkum Məhkum Müalicə Müəssisəsinə ## ######## 2024-cü il tarixdə * saylı Cəzaçəkmə Müəssəsindən daxil olmuşdur. Müayinə və müalicə olunduqdan sonra müraciət edərək işlə təmin olunmasını xahiş etmiş və təsərrüfat xidmətində işlə təmin olunmuşdur. Məhkum Məhkum əməyə münasibəti qənaətbəxşdir, məhkumlar arasında özünü sakit aparır, dəstədə keçirilən tərbiyəvi tədbirlərdə iştirak edir, törətdiyi cinayətə görə peşmandır, xasiyyətcə mülayimdir. Ailə üzvləri və yaxın qohumları ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır, barəsində 2 dəfə həvəsləndirmə (sonuncu ## ###### 2025-ci il tarixdə “Təşəkkür”) tədbiri tətbiq edilmiş, tənbeh tədbiri tətbiq edilməmişdir. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı müvafiq komissiyasında baxılmış və ** saylı protokola əsasən mənfi rəy bildirilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə məhkəmə tərəfindən baxılması məqsədəmüvafiq hesab edilməmişdir. Şəxsi işdən və mülahizədən görünür ki, məhkum Məhkum cəzasının qanunla müəyyən edilmiş hissəsini artıq çəkmişdir. Lakin ərizə vermiş məhkumun şəxsi işinə əsasən onu mənfi xarakterizə edən müəssisə rəhbərliyinin mülahizəsində qeyd edilənlər onun cəzaçəkmə müəssisəsində olduğu bütöv müddətdə göstərdiyi davranışının əhəmiyyətli olması baxımından ümumilikdə qiymətləndirilmiş və müəyyən edilmişdir ki, məhkum cəza çəkdiyi müddət üçün müvafiq illər üzrə illik xasiyyətləndirilmişdir, hansı ki, həmin xasiyyətnamələrə görə o, islah yoluna qədəm qoymağa səy göstərən və ya buna çalışan məhkum kimi xarakterizə edilmişdir. Məhkəmə cəzaçəkmə müəssisəsi tərəfindən verilən mülahizəni məhkumun şəxsi işi və proses iştirakçılarının izahatları ilə əlaqəli araşdıraraq, hesab etmişdir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı müraciət etmiş məhkum Məhkum cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti dəyişməmiş, cəzanı icra edən müəssisə rəhbərliyi tərəfindən mənfi xarakterizə olunan məhkum kimi onun barəsində mənfi mülahizə vermişdir, ona görə məhkumun islah olunması üçün cəzasını tam çəkməsi məqsədəuyğun olduğundan ərizə təmin edilməməlidir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq, onun ərizəsinin təmin edilməsindən əsaslı olaraq imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı Qərarında qeyd olunur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Beləliklə, bütün bunlar onun islah oluduğunu şübhə altına qoymuş olur. Bütün bunları nəzərə alaraq, cəzaçəkmə müəssisəsi tərəfindən verilən mənfi mülahizəni, məhkumun törətdiyi cinayətin xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, şəxsi işi, mülahizəni və proses iştirakçılarının mövqeləri ilə əlaqəli araşdıraraq, məhkəmə hesab etmişdir ki, hal-hazırda onun islah olunması üçün cəzasının qalan hissəsini tam çəkməsi məqsədəuyğundur, ona görə ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəza çəkdiyi müddətdəki davranışlarını əks etdirən şəxsi işindən, mülahizədən onun cəzadan şərti olaraq azad edilməsi üçün həmin müddət ərzində islah olunması müəyyən olunmur. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq, məhkum Məhkum barəsində verilmiş mülahizəni, məhkumun şəxsi işində olan sənədləri cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ilə qarşılıqlı şəkildə müzakirə edərək, apellyasiya şikayətinin əsassızlığını qeyd edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum vaxtından əvvəl şərti olaraq cəzadan azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı,## ##### 2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Məhkum vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə *(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Aqil Musayev Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar