Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-559/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), İbrahimov Zamin Vəliyəddin oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, Məhkum Məhkum oğlunun və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum oğlunun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından məhkum apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasındakı çıxışında məhkum və onun müdafiəçisi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilib, məhkumun cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında prokuror apellyasiya şikayətinin təmin olunmayıb mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün məhkəmə kollegiyası həmin şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə əlaqədar materialları tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkum Məhkum ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun # ####### 2010-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. İşdən görünür ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2.1 və 181.2.5ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti olaraq 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli ## #### 2019-cu il tarixdən hesablanmış, cəzasının sonu ## #### 2028-ci il tarixdə bitir. İşdə olan mülahizədən görünür ki, məhkum Məhkum * saylı cəzaçəkmə müəssisəsinə ## ###### 2024-cü il tarixində həbsxanadan daxil olmuşdur. Məhkum Məhkum yataq yeri və ən zəruri ləvazimatlarla təmin edilmişdir. Məhkuma hüquq və vəzifələri, daxili intizam qaydaları, cəzanın çəkilməsi şərtləri izah olunmuşdur. Məhkum müəssisəyə gəldiyi ilk günlərdən özünü mənfi xarakterizə olunan məhkum kimi tanıtmışdır. Məhkumla aparılan tərbiyəvi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum etdiyi cinayəti qismən etiraf edir, törətdiyi əməldən peşmançılıq hissi keçirtmir. Tərbiyəvi söhbətlərdən düzgün nəticə çıxarmır. Verilən tapşırıqları yerinə yetirməkdə təşəbbüs göstərmir, dəstədə keçirilən mədəni-kütləvi tədbirlərdən və ictimai işlərdə iştirakdan yayınır. Məhkum Məhkum barəsində cəza çəkdiyi müddət ərzində 8 dəfə tənbeh (sonuncu ##.##.2024-cü il tarixdə “Xəbərdarlıq” elan edilmişdir) tətbiq edilmişdir. Məhkum Məhkum barəsində cəza çəkdiyi müddət ərzində barəsində 1 dəfə həvəsləndirmə (## ###### 2020-ci il tarixdə-“Təşəkkür” elan edilmişdir) tədbiri tətbiq edilmişdir. Törətmiş olduğu cinayət əməlindən peşmançılıq hissi keçirmir. Ailə üzvləri ilə görüş, və telefon vasitəsilə əlaqə saxlayır. Məhkum Məhkum islah olunmadığını və müvafiq komissiyadan mənfi rəy alması barədə ## #### 2026-ci il tarixli N°12 protokola əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə uyğun hesab edilmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkumun şəxsi işi ilə əlaqəli surətdə, bütün qanuni vasitələrdən istifadə etməklə tam, hərtərəfli, obyektiv araşdıraraq və onun cəza çəkdiyi müddətdəki davranışlarını ətraflı təhlil edərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkumun ərizəsinin təmin edilməsi üçün əsas yoxdur. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şəxsi işdən və mülahizədən görünür ki, məhkum Məhkum cəzasının qanunla müəyyən edilmiş hissəsini artıq çəkmişdir. Lakin ərizə vermiş məhkumu xarakterizə edən müəssisə rəhbərliyinin mülahizəsində qeyd edilənlər onun cəzaçəkmə müəssisəsində olduğu bütöv müddətdə göstərdiyi davranışının əhəmiyyətli olması baxımından ümumilikdə qiymətləndirilərkən müəyyən edilmişdir ki, məhkum cəza çəkdiyi müddətdə özünü mənfi xarakterizə olunan məhkum kimi tanıtmışdır, o, cəza çəkdiyi müddət üçün müxtəlif cəhətlərdən xarakterizə edilmişdir, onun islah prosesində iştirakı sistemli xarakter daşımamış, rejim qaydalarının tələblərinə riayət etməsi daimi və müsbət xarakterli olmamışdır. Məhkum barəsində cəza çəkdiyi müddət ərzində 1 dəfə həvəsləndirmə tədbiri tətbiq olunmuş, tənbeh tədbirləri isə 8 dəfə tətbiq edilmişdir. Məhkumun bu davranışı, müsbət xarakterizə olunan məhkumlardan fərqli olaraq həmin qaydada xarakterizə edilməsi, məhkumun tam islah olunmaması ilə bağlı qənaətə gəlməyə tam əsas verir. Məhkəmə cəzaçəkmə müəssisəsi tərəfindən verilən mülahizəni məhkumun şəxsi işi və proses iştirakçılarının izahatları ilə əlaqəli araşdıraraq, hesab edir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı müraciət etmiş məhkum Məhkum cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti dəyişməmiş, cəzanı icra edən müəssisə rəhbərliyi mənfi xarakterizə olunan məhkum kimi onun barəsində mənfi mülahizə vermişdir, ona görə məhkumun islah olunması üçün cəzasını tam çəkməsi məqsədəuyğun olduğundan ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, cəzaçəkmə müəssisəsi tərəfindən məhkum Məhkum oğlunun barəsində verilmiş mənfi mülahizə də nəzərə alınmaqla, məhkumun şəxsi işində olan sənədləri cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ilə qarşılıqlı şəkildə müzakirə edərək belə qənaətə gəlinir ki, tərtib olunmuş mülahizə obyektivliyi əks etdirdiyindən əsaslı hesab edilir. Belə ki, məhkum barəsində verilmiş illik xasiyyətnamədə də onun islah yoluna qədəm qoyması qeyd olunmamışdır. Həmçinin, məhkəmə iclasında verdiyi izahatı ilə məhkumun islah olunduğuna məhkəmədə inam yaratmamışdır, bu isə məhkumun tam islah olunmamasını və ona tətbiq edilən cəzanın məqsədinə nail olunmamasını göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cəzaçəkmə müəssisəsi tərəfindən məhkum Məhkum oğlunun şəxsi işində olan sənədləri cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ilə qarşılıqlı müzakirə edilərək belə qənaətə gəlinir ki, tərtib olunmuş mülahizə obyektivliyi əks etdirir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun islah prosesində hər hansı bir müsbət nəticəyə və ya irəliləyişə nail olması nə məhkəmə iclasında verdiyi izahatında, nə də ki, şəxsi iş materiallarına əlavə edilmiş sənədlərdə kifayət qədər öz əksini tapmamışdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır, birinci instansiya məhkəməsinin məhkumun cəza çəkdiyi müddət ərzində islah yoluna qədəm qoymaması barədə gəldiyi qənaəti isə qanuni, əsaslı və işin faktiki hallarının düzgün qiymətləndirilməsi kimi hesab edir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq qərara alır: Məhkum Məhkum oğlunun apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Hazırki qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Zamin İbrahimov Murad Məmmədov
Məhkəmə qərarları › İş №7(3-6)-559/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-559/2026
25.05.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver