Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-570/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X1 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3, Müdafiəçi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Böyükaöa qızının, Məhkum – Məhkum iştirakları ilə, Məhkum Məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzasının ## ###### 2025ci il tarixə çəkilməmiş hissəsinin 06 (altı) ay azaldılmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X5 təqdimatla məhkəməyə müraciət edərək məhkum Məhkum barəsində “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinin tətbiq edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə təqdimat təmin edilmiş, Füzuli Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4, 333.4-1, 66.2-ci maddələrinə əsasən təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Məhkum barəsində “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bənditətbiqedilərək, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Həmin qərardan narazı qalan məhkum apellyasiya şikayəti verərək, qərarının ləğv edilərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, o, Xankəndi şəhəri uğrunda gedən antiterror əməliyyatlarında iştirak etmişdir. Atası vəfat etmişdir, anası ağır yataq xəstəsidir. Ailənin yeganə qazanc gətirəni odur. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən prokuror X3 həmçinin apellyasiya şikayətin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X5 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat bildirməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının fikirlərini dinləyib hesab etdi ki, məhkəmə baxış iclasının cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan keçirilsin. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı əğv edilməli, məhkum cəzasının çəkilməmiş qalan hissəsindən azad edilməlidir. Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpasının memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Qərar qəbul etmişdir, həmin Qərarın: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il ########ın ##–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilir; 3.1-ci bəndinə əsasən bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan məhkumların cəzası 6 ay azaldılır (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 5.2.1-ci bəndinə əsasən məhkəmələr bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxsləri təyin edilmiş cəzadan azad edirlər. (bu Qərarın 6-cı və 7-ci hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 19.5-ci bəndinə əsasən Amnistiya məhkəmələr tərəfindən Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir; 23-cü hissəsinə əsasən bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların cəza çəkdikləri cəzaçəkmə müəssisələrinin müraciəti əsasında cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır; 28-ci hissəsinə əsasən bu Qərarın 22-ci, 23-cü və 25-ci hissələrində nəzərdə tutulan qaydada amnistiyanın tətbiqi məsələlərinə baxarkən, məhkəmələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat üçün nəzərdə tutulmuş tələblərə riayət etməlidirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Füzuli Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmündən göründüyü kimi Məhkum Azərbaycan Respublikası CM-nin 333.4, 333.4-1, 66.2-ci maddələri ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsi məhkumun şəxsi işində olan sənədləri cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş təqdimat ilə qarşılıqlı müzakirə edərək qeyd etmişdir ki, iş üzrə müəyyən olunmuş hallar “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinin məhkum Məhkum barəsində tətbiq edilməsini istisna etmir. Bu səbəbdən də məhkum Məhkum Füzuli Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4, 333.4-1, 66.2-ci maddələrinə əsasən təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025ci il tarixli Qərarının 6-cı bəndində nəzərdə tutulmuş məhdudiyyətlərin müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, barəsində “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilərək, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, məhkumunun şəxsi işini araşdıraraq belə qənaətə gələrək hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin edərək məhkumun cəzasının 6 ay azaldılmasında haqlı olmamışdır. Belə ki, məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li Hərbi Hissə tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubda Məhkum barəsində çıxarılmış əmirlər məhkəmə təqdim edilmişdir. Həmin əmrlər aşağadakı kimidir: ## ##### 2023-cü il tarixli əmrə əsasən, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36.1.1-ci, 38.1.2-ci maddələrinə və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 33-cü maddəsinin "a" bəndinə, 34-cü maddəsinə və 72-ci maddəsinin "b" bəndinə müvafiq olaraq 2023-cü ilin aprel ayında xidmət müddəti başa çatmış aşağıda adları çəkilən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları Azərbaycan Ordusunda bağlaşma əsasında 3 (üç) il müddətinə könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiyine görə ##.##.2023-cü il tarixdən hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının siyahısından çıxarılsınlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının siyahısına əlavə edilərək müvafiq vəzifələrə təyin edilsinlər: 1. Əsgər Məhkum, 1-ci taborun 1-ci bölüyünün 2-ci taqımının minaatan qrupunun tuşlayıcısı vəzifəsinə-HUI 055869F. Əsas: N nömrəli hərbi hissə komandirinin ##.##.2023-cü il tarixli *** nömrəli əmrindən çıxarış. ## #### 2023-cü il tarixli əmrə əsasən, Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvelerin Baş Qərargah rəisinin ##.##.2018-ci tarixli müvafiq direktivinin tələblərinin icra olunaması ilə əlaqədar olaraq herbi hisseden 2023-cü ilin aprel ayında ehtiyata buraxılacaq aşağıda adları gösterilən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların hərbi biletlərində və qəydiyyat xidmət kartlarında əvvəlki vəzifə və rütbələri saxlanılmaqla sərəncama çıxarılsınlar:
1. Əsgər Məhkum, 1-ci taborun 1-ci bölüyünün 2-ci taqımının minaatan qrupunun tuşlayıcısı, əsas: R E.M.Aslanovun raportu. ## #### 2023-cü il tarixli əmrə əsasən, Azərbaycan Respublikasının ərazi mütövlüüyünün təmin edilməsi ilə əlaqədar Qarabağ iqtisadi rayonunda su, faydalı qazıntı və digər qaynaqların talan edilməsinin və separatçı rejiminin, o cümlədən qanunsuz qruplaşmaların qeyri-qanuni fəaliyyətinə son qoymaq məqsədilə aşağıda adları qeyd olunan hərbi qulluqçular keçiriləcək “Zəngəzur” döyüş əməliyyatlarına cəlb edilsinlər: Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əsgər Məhkum, 1-ci əməliyyat taborun 1-ci əməliyyat bölüyünün 2-ci əməliyyat taqımının minaatan qrupunun tuşlayıcısı. Əsas: hərbi hissə komandirinin ##.##.2023-cü il tarixli *** nömrəli döyüş əmri. ## ####### 2023-cü il tarixli əmrə əsasən, ## ####### 2023-cü il tarixdən aşağıda göstərilən hərbi qulluqçular döyüş tapşırığını yerinə yetirməkdən gəlmiş hesab edilsinlər. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əsgər Məhkum, 1-ci əməliyyat taborun 1-ci əməliyyat bölüyünün 2-ci əməliyyat taqımının minaatan qrupunun tuşlayıcısı. Təqdim edilmiş sənədlərlə Məhkum müddətdən artıq həqiqi hərbi xidmət keçdiyi dövrlərdə “antiterror” əməliyyatlarında iştirak etməsi öz təsdiqini tapır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.4, 333.4-1, 66.2-ci maddələri ilə məhkum olunmuş şəxs Məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.1, 5.2.1 və 5.3-cü bəndləri tətbiq edilməli, məhkum Məhkum Füzuli Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4, 333.4-1, 66.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 10 (on) ay 23 (iyirmi üç) gün hissəsindən azad edilməli və məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDI:
Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Məhkum Məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzasının ## ###### 2025ci il tarixə çəkilməmiş hissəsinin 06 (altı) ay azaldılmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X5 cəza çəkən məhkum Məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1ci bəndi tətbiq edilməklə Füzuli Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4, 333.4-1, 66.2-ci maddələrinə əsasən təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 10 ay 23 günündən azad edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.