Məhkəmə qərarları › İş №7(3-6)-575/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-575/2026

16.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-575/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3, Məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, ## ###### 1978-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Salyan rayonunun Marışlı kəndində qeydiyyatda olmaqla orada yaşamış, hazırda AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında cəza çəkən Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək cəzasınını 2/3 hissəsini çəkməsini nəzərə alaraq cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini və məhkum barəsində hər hansı intizam tənbehinin tətbiq olunmamasını, bir neçə dəfə həvəsləndirmə tədbirlərinin tətbiq olunmumasını və barəsində müsbət xarakterli mülahizə verilməsini nəzərə alaraq onun cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunmasına dair qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayətə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları, müəssisə tərəfindən verilmiş mülahizəni və məhkumun şəxsi işini qarşılıqlı şəkildə araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin çıxışını, prokurorun həmin apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1 böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1 ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3 xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Həmçinin məhkəmələrə izah olunur ki, bu xarakterli müraciətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onun normal sosial faydalı həyata qaytarılmasına yardım edən institutdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanunun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Belə ki, iş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarından görünür ki, Məhkum müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə əsasən ona təyin edilmiş cəza hissəsində dəyişdirilmiş, Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il, 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 3 (üç) il, 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkumun şəxsi işindən görünür ki, Məhkum ##.##.2023-cü il tarixdən Bakı İstintaq Təcridxanasına qəbul edilmiş, cəzasının əvvəli ##.##.2023-cü il tarixdən hesablanmaqla cəzası ##.##.2027-ci il tarixdə sona çatır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının ##.##.2026-cı il tarixli mülahizəsindən görünür ki, məhkum Məhkum ##.##.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına qəbul edilmiş, ##.##.2023- cü il tarixdən bağbanı təyin edilməklə təsərrüfat və məişət xidməti işi üçün saxlanılmışdır. Təcridxanaya gəldiyi gündən onunla fərdi-tərbiyəvi, psixoloji söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmişdir. İctimai faydalı əməyə münasibəti müsbətdir. Psixoloji xarakteristikasına görə hərəkətlərində diqqətlidir, "Daxili İntizam Qaydaları"na riayət edir, ətrafındakılarla normal ünsiyyət qurur. Törətdiyi cinayət əməlini etiraf edir və peşiman olduğunu bildirir. Yaxın qohumları ilə görüşür və telefon vasitəsi ilə əlaqə saxlayır. Cinayət işi üzrə ekspertiza xərci 32 manat olmuş, tam ödənilmişdir. Məhkum Məhkum müsbət davranışına və əməyə müsbət münasibətinə görə ##.##.2024-cü il tarixli əmrlə "28 may Respublika Günü", ##.##.2025-ci il tarixli əmrlə 15 iyun "Milli Qurtuluş günü", ##.##.2026ci il tarixli əmrlə isə "Müqəddəs Ramazan və Novruz bayramı" münasibətiylə barəsində həvəsləndirmə tədbirləri tətbiq edilərək "Təşəkkür" elan edilmişdir. Ədliyyə Nazirliyinin Komissiyasının ##.##.2026-cı il tarixli ** saylı saylı protokoluna əsasən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair məhkəməyə müsbət mülahizə təqdim olunmasına qərar verilmişdir. Məhkum Məhkum cəza müddətinin 2/3 hissəsindən çoxunu çəkmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəmüvfiqdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə məhkum Məhkum oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəmüvafiq olmadığı qənaətinə gələrək onun ərizəsini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkumun şəxsi işindən göründüyü kimi ona təyin edilmiş cəza müddətinin 2/3 hissəsini çəkməsi, cəza çəkdiyi müddətdə heç bir rejim qaydasını pozmaması, barəsində həvəsləndirmə tədbirlərinin tətbiq olunması, əməyə münasibətinin müsbət olması onun cəza çəkdiyi illər üzrə ümumilikdə islah yoluna qədəm qoymuş məhkum kimi xarakterizə edilməsinə imkan verir. Həmçinin nəzərə alınmalıdır ki, Məhkum oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi Ədliyyə Nazirliyinin Xüsusi Komissiyası tərəfindən müzakirə edilmiş və bununla bağlı müsbət rəy verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, cəzaçəkmə müəssisənin müsbət mülahizəsini və məhkumun şəxsi işini qarşılıqlı şəkildə nəzərdən keçirərək, habelə tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, məhkum Məhkum oğlunun cəzaçəkmə müddətində davranışı ümumilikdə müsbət qiymətləndirilməli və bu səbəbdən onun cəzasını tam çəkməsinə lüzum olmadığından məhkumun ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uygun olmaması apellyasiya şikayəti və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.2 və 70.5-ci maddələrini rəhbər tutaraq cəzadan şərti olaraq vaxtından əvvəl azad edilərkən məhkum Məhkum oğlunun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını vacib hesab edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Məhkum oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və məhkum Məhkum oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.2, 399.1.2, 401 və 520-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum Məhkum oğlunun apellyasiya şikayəti təmin olunsun. Məhkum Məhkum oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Məhkum Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında cəza çəkən məhkum Məhkum oğlu ona təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 06 (altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilsin. Qərarın icrası dərhal təmin edilsin. Məhkum Məhkum məhkəmə iclas zalından dərhal azad olunsun. Məhkum Məhkum oğlunun üzərində nəzarət onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Sınaq müddəti ərzində Məhkum Məhkum üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar