Məhkəmə qərarları › İş №7(3-6)-580/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-580/2026

04.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-580/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X4, məhkum Məhkum müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X15 nümayəndəsi X5 iştirakları ilə, ## ######## 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 2 ünvanda qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən nömrəsiz evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Ixtisaslaşdırılmış müalicə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin olunmaması barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Ixtisaslaşdırılmış müalicə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair qərarın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, əgər islah olunmamış məhkumdursa niyə davranışında müsbət dəyişikliklər müşahidə edilmişdir. O, islah yoluna qədəm qoymuş, törətdiyi əməldən səmimi peşman olmuş, cəza çəkdiyi dövrdə cəzalanmamış, sakit xarakterli olmuş, əməyə və təhsilə münasibəti müsbət olmuş, lakin buna baxmayaraq təqdimat pis verilmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X15 nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. X6 isə, apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası məhkum Məhkum iştirakı olmadan işə baxılması barədə ərizəsini nəzərə alaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, cəzaçəkmə müəssisəsinin nümayəndəsinin şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkum Məhkum Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik ili “ münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-cil tarixli Qərarının 3.1-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Cəzasının əvvəli ## ###### 2024-cü il tarixdən hesablanmış, cəzasının sonu isə ##.##.2026-cı il tarixdir. Məhkum Məhkum Ixtisaslaşdırılmış müalicə müəssisəsinə ## ###### 2024-cü il tarixdə məişət və təsərrüfat xidmətlərində işləmək üçün * saylı cəzaçəkmə müəssisəsindən qəbul edilmiş, qəbul edildiyi gündən ona hüquq və vəzifələri izah olunmuş, islah prosesi barədə tövsiyələr verilmişdir. Davranışında müsbət dəyişikliklər müşahidə olunmuş, islah yoluna qədəm qoymuşdur. Məhkum törətdiyi əməli etiraf edir, peşmançılıq hissi keçirir. Sakit xarakterlidir, əməyə və təhsilə münasibəti müsbətdir. Tərbiyəvi və mədəni tədbirlərdə iştirak edir, asudə vaxtını səmərəli keçirir, ailəsi ilə əlaqə saxlayır və gələcəkdə onlara dəstək olmaq niyyətindədir. Cəza çəkdiyi müddət ərzində həvəsləndirilmişdir. ## #### 2025-ci il və ## ###### 2025-ci il tarixdə “Təşəkkür” elan edilib. Cəza çəkdiyi müddət ərzində cəzalandırılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X15 müdiriyyəti X2 barəsində mənfi mülahizə ilə məhkəməyə müraciət edərək məhkumun davranışlarını nəzərə alaraq cəzasının çəkilməmiş hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Iş materialları ilə həmçinin müəyyən edilmişdir ki, Məhkum; 1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 128-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən barəsində olan cinayət işinin icraatına xitam verilmiş; 2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (## ###### 2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş); 3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2014cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 4. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2018-ci il tarixli qərarına əsasən cəzası 06 (altı) ilə endirilmiş (## ##### 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş); 5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 177.2.3-cü maddəsi Ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (## ####### 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir). 6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (## #### 2026-cı il tarix isə cəzasının sonudur). Məhkəmə qeyd etmişdir ki, Ixtisaslaşdırılmış müalicə müəssisəsi tərfəindən məhkumun davranışı müsbət qiymətləndirilmiş, o, həvəsləndirilmiş və cəza almamış, penitensiar müəssisənin müdiriyyəti onun vaxtından əvvəl azad olunmasını məqsədəmüvafiq hesab etməmiş və barəsində mənfi rəy verilmişdir. Penitensiar orqanın rəyi bu kateqoriyadan olan işlərdə mühüm əhəmiyyət kəsb edir, çünki məhkumun islah olunma səviyyəsi bilavasitə həmin orqan tərəfindən müşahidə olunur. Məhkəmə hər bir halda Ədliyyə Nazirliyinin müvafiq komissiyasının rəyi ilə mənfi xarakterizə olunmasını və yuxarıda qeyd edilən Məhkum məhkumluqlarını və dəfələrlə törətdiyi cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq islah olunmamaqla, yenidən cinayətlər törətməsini də nəzərə almış və hazırki vaxtda məhkumun islah edilməməsi qənaətinə gəlmişdir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq, onun ərizəsinin təmin edilməsindən əsaslı olaraq imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı Qərarında qeyd olunur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Beləliklə, bütün bunlar onun islah oluduğunu şübhə altına qoymuş olur. Bütün bunları nəzərə alaraq, cəzaçəkmə müəssisəsi tərəfindən verilən mülahizəni, məhkumun törətdiyi cinayətin xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, şəxsi işi, mülahizəni və proses iştirakçılarının mövqeləri ilə əlaqəli araşdıraraq, məhkəmə hesab etmişdir ki, hal-hazırda onun islah olunması üçün cəzasının qalan hissəsini tam çəkməsi məqsədəuyğundur, ona görə ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəza çəkdiyi müddətdəki davranışlarını əks etdirən şəxsi işindən, mülahizədən onun cəzadan şərti olaraq azad edilməsi üçün həmin müddət ərzində islah olunması müəyyən olunmur. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq, məhkum Məhkum barəsində verilmiş mülahizəni, məhkumun şəxsi işində olan sənədləri cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ilə qarşılıqlı şəkildə müzakirə edərək, apellyasiya şikayətinin əsassızlığını qeyd edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə hesab edir ki, Məhkum vaxtından əvvəl şərti olaraq cəzadan azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Məhkum vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə *(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Aqil Musayev Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar