Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-582/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3, məhkum Məhkum, müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ###### 1998-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin olunmaması barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum cəzanın çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair qərarın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. X4 isə, apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçisinin, şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə prokurorun çıxışını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəməyə təqdim edilmiş sənədlərdən aydın olur ki, ## ###### 1998-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış məhkum Məhkum Yevlax Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin ## ####### 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə Konstitutsiya və Suverenlik ili münasibəti ilə Amnnistiya elan edilməsi haqda Milli Məclisin ## ###### 2025-ci il tarixli qərarına əsasən cəzası 06 (altı) ay azaldılmışdır. Cəzasının əvvəli ## ###### 2022-ci il olmaqla ## ###### 2026-cı ildə başa çatır. Hal-hazırda çəkilməmiş cəzası 03 (üç) ay 24 (iyirmi dörd) gün təşkil edir. Məhkəməyə təqdim olunmuş Təqdimat verən orqan ## ##### 2026-cı il tarixli mülahizəsindən görünür ki, məhkum Məhkum şəxsi işinə nəzər saldıqda məlum olur ki, o, ## ###### 2022-ci il tarixdə ** saylı Istintaq Təcridxanasından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təqdimat verən orqan gətirilmişdir. Məhkum Məhkum şəxsi işinə nəzər saldıqda məlum olur ki, o, Penitensiar Müəssisədə saxlandığı müddət ərzində daxili rejim qaydaları pozuntusu hallarına yol verməmişdir. Məhkum Məhkum müəssisəyə gəldiyi gün onunla karantin briqadasında islah məqsədli fərdi tərbiyəvi söhbətlər aparılmış, daxili intizam qaydaları, hüquq və vəzifələri ona izah olunmuş, sualları cavablandırılmışdır. Məhkum Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təqdimat verən orqan cəza çəkdiyi müddət ərzində cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərini pozduğuna görə müəssisə rəhbərliyi tərəfindən barəsində ## #### 2025-ci il tarixdə "Töhmət" tənbeh tədbiri tetbiq edilmişdir. Məhkum Məhkum ilə aparılan islah məqsədli fərdi tərbiyəvi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum etdiyi cinayəti etiraf etsə də, əməlindən peşmançılıq hissi keçirsə də, dəstədə keçirilən mədəni-kütləvi və ictimai tədbirlərdə iştirak etməyə səy göstərsədə, əməyə və təhsilə münasibəti qənaətbəxş deyil. Xasiyyətcə sakitdir, məhkum yoldaşları ilə mehribandır. Ailə üzvləri və yaxın qohumları ilə telefon və görüş vasitəsilə əlaqə saxlayır, onlarla münasibəti yaxşıdır. Məhkum Məhkum şəxsi işinin materiallarından aydın olur ki, hökm üzrə üzərində 50 (əlli) manat ekspertiza xərci vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından evvel azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissesinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı yaradılmış Komissiya" tərəfindən məhkum Məhkum barəsində ## ##### 2026-cı il tarixdə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmasına dair mənfi protokol verilmişdir. X5 Tağı Allahverdi oğlu cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Məhkumun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini, davranışlarında əməlindən peşman olmasını göstərməsinə baxmayaraq formal xarakter daşımasını, eləcədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı yaradılmış Komissiya” tərəfindən məhkum Məhkum barəsində ## ####### 2025-ci il tarixdə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmasına dair mənfi protokol verilməsini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədə uyğun hesab edilməmişdir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq, onun ərizəsinin təmin edilməsindən əsaslı olaraq imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı Qərarında qeyd olunur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Məhkəmə qeyd etmişdir ki, məhkumun islah prosesində hər hansı bir müsbət nəticəyə və ya irəliləyişə nail olması nə məhkəmə iclasında verdiyi izahatında, nə də ki, şəxsi iş materiallarına əlavə edilmiş sənədlərdə öz əksini tapmamış, barəsində mənfi rəy verilmişdir. Bundan başqa məhkum cəza çədiyi müddətdə barəsində heç bir həvəsləndirilmə tədbiri tədbiq edilməmiş əksinə bir dəfə tənbeh tədbiri tədbiq edilmiş, iş üzrə ekspertiza xərcini dövlət büdcəsinə ödəməmişdir. Beləliklə, bütün bunlar onun islah oluduğunu şübhə altına qoymuş olur. Bütün bunları nəzərə alaraq, cəzaçəkmə müəssisəsi tərəfindən verilən mülahizəni, məhkumun törətdiyi cinayətin xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, şəxsi işi, mülahizəni və proses iştirakçılarının mövqeləri ilə əlaqəli araşdıraraq, məhkəmə hesab etmişdir ki, hal-hazırda onun islah olunması üçün cəzasının qalan hissəsini tam çəkməsi məqsədəuyğundur, ona görə ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəza çəkdiyi müddətdəki davranışlarını əks etdirən şəxsi işindən, mülahizədən onun cəzadan şərti olaraq azad edilməsi üçün həmin müddət ərzində islah olunması müəyyən olunmur. Məhkəmə kollegiyası bir daha məhkumun şəxsi işini araşdıraraq, məhkum barəsində verilmiş mülahizəni, məhkumun şəxsi işində olan sənədləri cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ilə qarşılıqlı şəkildə müzakirə edərək, apellyasiya şikayətinin əsassızlığını qeyd edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum vaxtından əvvəl şərti olaraq cəzadan azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Məhkum vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Aqil Musayev Cavid Hüseyn
Məhkəmə qərarları › İş №7(3-6)-582/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-582/2026
11.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver