Məhkəmə qərarları › İş №7(3-6)-595/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-595/2026

08.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-595/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X2 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru İsmayılzadə Emin Xəyyam oğlunun, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X1, Məhkum – Məhkum iştirakları ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Müalicə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, çəkilməmiş qalan cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə məhkum Məhkum çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi rədd edilmişdir. Həmin qərardan narazı qalan məhkum apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilərək vaxtından əvvəl şərti azadlığa buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəçisinin, şikayətin təmin edilməməsi barədə isə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmənin qərarı ləğv olunmalı, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin olunmalıdır. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli hökmündən görünür ki, məhkum Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarına əsasən, məhkum Məhkum barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə müəssisəsi Müəssisəsi tərəfindən verilmiş mülahizədən görünür ki, məhkum Məhkum cəzasının əvvəli ##.##.2023cü il, cəzanın çəkilmiş hissəsi 2 il 05 ay 19 gün, cəzasının sonu ##.##.2027-cı il, cəzanın çəkilməmiş hissəsi 1 il 12 gündür. Məhkumun şəxsi işindən göründüyü kimi, Müalicə müəssisəsinə ##.##.2026-cı il tarixdə * saylı CMdan daxil olmuşdur. Məhkum Məhkum MMnə daxil olduğu gündən daxili rejim qaydalarına riayət edir, ailə üzvləri və yaxın qohumları ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır, barəsində həvəsləndirmə və tənbeh tədbiri tətbiq edilməmişdir. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı müvafiq komissiyasında baxılmış və ** saylı protokola əsasən müsbət rəy bildirilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Birinci instansiya məhkəməsi məhkumun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinə münasibət bildirərkən qeyd etmişdir ki, Azərbaycan Respublikasının CMnin 15.1-ci maddəsinə əsasən məhkum tərəfindən törədilmiş cinayət (CM 234.1-1-ci maddəsi ilə) ağır cinayət hesab olunur. Ona təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müəyyən hissəsini çəkmiş olsa da, o, tam islah olunmamışdır. Məhkum Məhkum oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə dair Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinin xüsusi komissiyasının rəyi müsbət olsa da əsaslandırılmamış, ümumi və şablon ifadələrdən istifadə edilməklə yazılmışdır. Məhkəmə hesab edir ki, mülahizə və komissiyanın rəyi formal tərtib olunduğundan özlüyündə məhkumun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. CM-nin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məhkum barəsində tətbiq edilə bilər. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Məhkum şəxsi işindən görünür ki, məhkum ona təyin edilmiş cəza müddətinin dörddə üç hissəsindən çoxunu, yəni CM-nin 234.1-1-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından, bu günə kimi 02 (iki) il 07 (yeddi) ay 12 (on iki) gününü həqiqətən çəkmiş, (çəkilməmiş cəzası 08 (səkkiz) ay 18 (on səkkiz) gün cəza çəkdiyi müddət ərzində MM-nə daxil olduğu gündən daxili rejim qaydalarına riayət edir, ailə üzvləri və yaxın qohumları ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır, barəsində həvəsləndirmə və tənbeh tədbiri tətbiq edilməmişdir ki, qeyd edilən hallar məhkumun cəza çəkdiyi illər ərzində islah olunmuş məhkum kimi xarakterizə edilməsinə imkan verir. Məhkəmə kollegiyası iş materiallarını, müsbət mülahizəni, tərəflərin çıxışlarını, məhkumun şəxsi işini nəzərdən keçirərək hesab edir ki, məhkum Məhkum cəzaçəkmə müddətində davranışı ümumilikdə müsbət qiymətləndirilməli və bu səbəbdən onun cəzasını tam çəkməsinə lüzum olmadığından məhkumun ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 399.1.2-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uygun olmaması apellyasiya şikayəti və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin CM-nin 76.2-ci maddəsini rəhbər tutaraq cəzadan şərti olaraq vaxtından əvvəl azad edilərkən Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını vacib hesab edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları və apellyasiya şikayətinin təmin edilməməsinə səbəb ola biləcək halların işdə mövcud olmamasını nəzərə alaraq hesab edir ki, məhkumun müdafiəçisinin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla, məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası şərh olunanları və CPM-in 398.1.2, 399.1.2, 401 və 520-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Məhkumun apellyasiya şikayəti təmin olunsun. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Müalicə Müəssisəsində cəza çəkən məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 08 (səkkizi) ay 18 (on səkkiz) günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilsin. Məhkum Məhkum məhkəmə iclas zalından dərhal azad olunsun. Məhkum üzərinə onun davranışına nəzarəti həyata keçirən icra məmuruna məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Qərarın bu hissədə icrasına nəzarət Məhkum yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın icrası dərhal təmin edilsin. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 13 (on üç) saat üçün cəmi 143 (yüz qırx üç) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hazırkı qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar