Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-598/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5, məhkum Məhkum, müdafiəçi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili müdafiəçi1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X17 nümayəndəsi X2 iştirakları ilə, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin olunması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından birinci instansiya məhkəməsində icraatda iştirak etmiş prokuror Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X18 cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə ərizənin təmin olunması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X18 cəza çəkən məhkum Məhkum cəzasının çəkilməmiş 02 (iki) ay, 17 (on yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsi ərzində Məhkum davranışı üzərində nəzarət onun daimi yaşayış yeri üzrə Rayon (şəhər) Icra və Probasiya şöbəsinə tapşırılması, sınaq müddəti ərzində məhkum Məhkum üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, vəzifəsinin qoyulması, qərarın icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X16 həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan birinci instansiya məhkəməsində icraatda iştirak etmiş prokuror apellyasiya protesti verərək, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və ərizənin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir ki, zərərçəkmiş şəxs X3 məhkumdan şikayətçidir. Qobustan Penitensiar müəssisə tərəfindən Məhkum cəzasının şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə müvafiq hesab olunmamışdır. Bundan əlavə, məhkəmə məhkum Məhkum konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasını, törətdiyi cinayətə münasibətinin təzahür formasını, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsini araşdırmamış, islah olunmasının nədə təzahür etməsi, hansı nailiyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsi qeyd edilməmiş, yalnız formal xarakter daşıyan mülahizəyə və ümumi əsasları müəyyən edən qanun normasına istinad etməklə kifayətlənmişdir. Məhkum tərəfindən apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5 apellyasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış etmiş, məhkəmə kollegiyasından protestin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X17 nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçi prokuror tərəfindən verilmiş apellyasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından protestin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini qarşılıqlı şəkildə araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, prokurorun həmin protestin təmin edilməsi barədə, müdafiə tərəfinin isə protestin təmin edilməməsi barədə çıxışlarını, dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Materialdan və məhkumun şəxsi işindən görünür ki, məhkum Məhkum Balakən Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3; 179.2.4 maddələri ilə təqsirli bilinərək qəti olaraq 1 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Balakən Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1, 67.1,179.2.3, 179.2.4, 68.1.1-1, 69.3 maddələri ilə təqsirli bilinərək 1 (bir) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2026-cı il tarixli Qərarına əsasən "Konistutsiya və Suverenlik Ili" münasibətilə aministiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilərək, Balakən Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 1 (bir) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası 6 (altı) ay azaldılaraq 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəza çəkmə müddətinin əvvəli ## ####### 2025-ci il tarixdən hesablanır, cəza çəkmə müddəti ## #### 2026-cı il tarixdə başa çatır. Iş materiallarına əlavə olunmuş mülahizədən görünür ki, məhkum Məhkum X16 ## #### 2026-cı il tarixdə X15 qəbul olunmuşdur. Qəbul olduğu gündən onunla fərdi tərbiyəvi söhbətlər aparılmış, müəssisənin daxili intizam qaydaları, hüquq və vəzifələri izah olunmuş, islah prosesi ilə bağlı zəruri tövsiyələr verilmişdir. Məhkum Məhkum Ilham oğlu törətdiyi cinayəti etiraf edir və əməlindən peşmançılıq hissi keçirdiyini bildirir. Xasiyyətcə sakitdir. Əməyə və təhsilə münasibəti qənaətbəxşdir. Ailəsi və yaxın qohumları ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır. Məhkuma cəza çəkdiyi müddətdə tənbeh tədbiri tətbiq edilməmişdir. Zərərçəkmiş şəxs X3 təqsirləndirilən şəxsdən şikayətçidir. Yuxarıda qeyd olunanları, həmçinin nümunəvi davranışına, müəssisədə aparılan abadlıq işlərində yaxından iştirak etdiyinə görə, müəssisə rəisinin ## ###### 2026-cı il tarixli əmri ilə ona "xxxx" elan edilmişdir. Məhkum Məhkum Ilham oğlu ## ####### 2025-ci il tarixə, Məhkəmənin hökmü ilə təyin olunmuş 08 (səkkəz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının 6 (altı) ay 12 (on iki) gününü çəkilmiş, çəkilməmiş cəzası 2 (iki) ay 17 (on yeddi) gün təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 18 fnvral 2025-ci il tarixli *-T nömrəli əmri ilə yaradılmış "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı komissiya" nın ## ##### 2026-c il tarixli ** nömrəli iclas protokoluna əsasən məhkum Məhkum Ilham oğlunun şəxsi işi öyrənilmiş və vaxtından əvvəl cəzadan şərti azad olaraq azadlığa buraxılması barəsində mənfi rəy verilmişdir. Nəticə olaraq, məhkum Məhkum Ilham oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədə müvafiq hesab edilməmişdir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq, əsaslı olaraq onun ərizəsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı Qərarında qeyd olunur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə bağlı qeyd edir ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Məhkumun şəxsi işindən görünür ki, Məhkum cəza çəkdiyi müddət ərzində daxili rejim qaydalarını pozmamış, barəsində intizam tənbeh tədbiri tətbiq edilməmiş və nümunəvi davranışına, müəssisədə aparılan abadlıq işlərində yaxından iştirak etdiyinə görə, müəssisə rəisinin ## ###### 2026-cı il tarixli əmri ilə ona "xxxx" elan edilmişdir. Müəssisə tərəfindən mənfi mülahizə verilməsinə baxmayaraq, məhkum Məhkum hökm ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qanunla müəyyən edilmiş hissəsindən çoxunu həqiqətən çəkməsi, cəzasının çəkilməmiş qalan hissəsinin təyin olunmuş cəzaya nisbətdə az müddət təşkil etməsi, davranışı, cəza çəkdiyi müddət ərzində daxili rejim qaydalarını pozmaması, həvəsləndirmə tədbirinin tətbiq edilməsi onun cəza çəkdiyi illər üzrə ümumilikdə islah yoluna qədəm qoymuş məhkum kimi qiymətləndirilməsinə imkan verir. Digər tərəfdən qanunun tələbinə görə məhkum edilmiş şəxsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmək üçün iki əsas tələb olunur: müəyyən edilmiş cəzaçəkmə müddətinin bir hissəsinin çəkilməsi və məhkum edilmiş şəxsin islah olunması. Hazırkı iş üzrə təqdim edilmiş mülahizədən, məhkumun şəxsi iş materiallarından hər iki əsasın mövcud olması təsdiq edilmişdir. Protestdə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilərkən məhkəmə tərəfindən məhkumun törətdiyi cinayətin onun şəxsiyyətini xarakterizə edən hal kimi cəmiyyət üçün təhlükəli olmasının və cinayət işində zərərçəkmiş şəxsin şikayətçi olmasının nəzərə alınmadığı göstərilmişdir ki, məhkəmə kollegiyası həmin dəlili də əsassız hesab etməklə qeyd edir ki, sadalanan həmin hallar məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı deyil, məhkəmə hökmü ilə təqsirləndirilən şəxsə cəza təyin edilən zaman nəzərə alınan hallardır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya protesti əsassız olduğundan təmin olunmamalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya protesti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin məhkum Məhkum vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməsi barədə ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Aqil Musayev Cavid Hüseyn
Məhkəmə qərarları › İş №7(3-6)-598/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-598/2026
11.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver