Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-600/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru İsmayılzadə Emin Xəyyam oğlunun, müdafiəçi - Bakı şəhəri «xxxx» Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkum Məhkum iştirakları ilə, ## ###### 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Yasamal rayonu N.ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təqdimat verən orqan cəza çəkən Məhkum 06 (altı) ay müddətinə həbsxanaya keçirilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təqdimat verən orqan məhkum Məhkum ciddi rejimli cəzaçəkmə müəssisəsindən 02 (iki) il müddətinə həbsxanaya keçirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 67.1, 66.3-cü maddələrinə əsasən təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzanın əvvəli ##.##.2022, cəzanın sonu ##.##.2032-ci il tarixidir. Məhkum Məhkum ** saylı CM-ə ##.##.2026-cı il tarixdə ** saylı CM-dən qəbul olunmuşdur. Müəssisə rəhbərliyi tərəfindən ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada bütün komunal məişət şəraiti yaradılmış, hüquq və vəzifələri izah olunmuşdur. Məhkum Məhkum cəza çəkdiyi müddət ərzində özünü kobud apararaq müəssisə əməkdaşlarının qanuni tələblərini yerinə yetirməkdən imtina etməyə cəhdlər göstərmiş, üzərində baxış keçirilməsinə maneçilik törətmiş, səhər və axşam yoxlamalarında iştirak etməmiş, səs-küy salaraq digər məhkumların diqqətini özünə cəlb etməyə çalışmış, ona tutulan iradlara heç bir məhəl qoymamışdır. Həmçinin cəza çəkdiyi müddət ərzində özünü yalnız mənfi cəhətdən göstərmiş, həmin kateqoriyalı məhkumlarla yoldaşlıq etdiyinə görə çətin tərbiyə olunan məhkum kimi qeydiyyata alınmışdır. Bununla o, cəza çəkdiyi müddət ərzində müəssisənin daxili rejim qaydalarını pozmaqda davam etmiş və bu hərəkətləri ilə məhkumların islah olunmasına mənfi təsir göstərmişdir. Məhkum müəssisədə cəza çəkdiyi müddət ərzində onunla mütəmadi olaraq tərbiyəvi və profilaktiki söhbətlər aparılsada o, özü üçün düzgün nəticə çıxarmamış əksinə daxili rejim qaydalarını qərəzli olaraq pozmuş və barəsində qanunvericiliyə uyğun olaraq aşağıdakı tənbeh tədbirləri tətbiq edilmişdir: 1. ##.##.2024-cü il tarixdə müəssisənin yaşayış sahəsində yerləşən məhkumlar üçün nəzərdə tutulmuş telefon qovşağında telefon vərəqəsində göstərmədiyi nömrələr ilə əlaqə saxlamağa çalışmış, xidmətdə olan əməkdaş tərəfindən tutulan iradlara məhəl qoymayaraq intizamsızlıq etdiyinə görə 10 (on) gün müddətinə cərimə təcridxanasına keçirilmişdir. 2.##.##.2025-ci il tarixdə müəssisənin yaşayış sahəsində yerləşən məhkumlar üçün nəzərdə tutulmuş telefon qovşağında özünə aid olmayan nömrələr ilə əlaqə saxlamağa çalışmış, xidmətdə olan əməkdaş tərəfindən tutulan iradlara məhəl qoymayaraq intizamsızlıq etdiyinə görə 5 (beş) gün müddətinə cərimə təcridxanasına keçirilmişdir. 3.##.##.2025-ci il tarixdə cərimə təcridxanasında saxlandığı * saylı kameranın nəfəsliyini möhkəm döyərək qeyri-qanuni tələblər irəli sürmüş, bu barədə müəssisə əməkdaşları tərəfindən tutulan iradlara məhəl qoymayaraq səs-küy salaraq intizamsızlıq etdiyinə görə 5 (beş) gün müddətinə cərimə təcridxanasına keçirilmişdir. 4.##.##.2025-ci il tarixdə müəssisənin yaşayış sahəsində özünü şübhəli apardığı üçün növbətçi hissəyə dəvət edilmiş, üzərinə baxış keçirilən zaman maneçilik törədərək səs-küy salmış, müəssisə əməkdaşları tərəfindən tutulan iradlar zamanı intizamsızlıq etdiyinə görə 15 (on beş) gün müddətinə cərimə təcridxanasına keçirilmişdir. 5.##.##.2026-cı il tarixdə saxlandığı karantin otağında yataq yerini natəmiz saxlamış, müəssisə əməkdaşları tərəfindən tutulan iradlara məhəl qoymayaraq intizamsızlıq etdiyinə görə 10 (on) gün müddətinə cərimə təcridxanasına keçirilmişdir. 6.##.##.2026-cı il tarixdə müəssisənin yaşayış sahəsində özünü şübhəli apardığı üçün növbətçi hissəyə dəvət edilmiş, üzərinə baxış keçirilən zaman maneçilik törədərək səs-küy salmış, müəssisə əməkdaşları tərəfindən tutulan iradlar zamanı intizamsızlıq etdiyinə görə 10 (on) gün müddətinə cərimə təcridxanasına keçirilmişdir. 7.##.##.2026-cı il tarixdə qeydiyyatda olduğu * saylı dəstənin yataqxanasında yataq yerini natəmiz saxlamış, müəssisə əməkdaşları tərəfindən tutulan iradlara məhəl qoymayaraq intizamsızlıq etmiş, səs-küy salmış, digər məhkumların diqqətini özünə cəlb etməyə cəhd edərək əməkdaşların qanuni tələblərinə tabe olmamış, aparılan profilaktiki söhbətlərdən heç bir müsbət nəticə çıxarmadığına görə 2 (iki) ay kamera tipli otağa keçirilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlmək olar ki, məhkum Məhkum müəssisədə cəza çəkdiyi müddət ərzində özünün qeyri-qanuni hərəkətləri ilə ümumi məhkum kütləsinin islah olunmasına mənfi təsir göstərir və onun belə qeyri-qanuni hərəkətləri gələcəkdə müəssisədə ağır hadisələrin törədilməsinə səbəb ola bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 7(5-93)-385/2026 nörməliqərarı ilə təqdimat qismən təmin edilmiş və məhkum Məhkum 06 (altı) ay müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsindən həbsxanaya keçirilməsi qərara alınmışdır. Məhkəmənin qərarından narazı qalan məhkum Məhkum müdafiəçisi apellyasiya şikayəti verərək təqdimatın qismən təmin olunması ilə razı olmamış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 7(5-93)-385/2026 nörməli qərarının ləğv edilməsini və təqdimatın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkum ## ###### 2026-cı il tarixdən etibarən Təqdimat verən orqan gətirildiyi andan etibarən davamlı olaraq kamera tipli otaqda saxlanılmış, yaşayış sahəsinə buraxılmamışdır. Bu hal özü-özlüyündə cəzanın icrası qaydalarının pozulması olmaqla yanaşı, məhkumun vəziyyətini ağırlaşdıran əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Belə bir şəraitdə məhkəmə tərəfindən əlavə olaraq onun həbsxanaya keçirilməsi barədə qərar qəbul edilməsi cəzanın fərdiləşdirilməsi və proporsionallıq prinsiplərinə uyğun deyildir. Məhkəmə qərarında məhkumun guya cəzanın icrası qaydalarını qərəzli şəkildə pozması göstərilsə də, təqdimatda qeyd olunan hallar (mövcud olsaydı belə) əsasən intizam xarakterli pozuntulardan ibarətdir və onların hər biri ayrıca və birlikdə götürüldükdə məhkumun həbsxanaya keçirilməsi kimi daha ağır tədbirin tətbiqini zəruri edən səviyyədə deyildir. Eyni zamanda məhkəmə məhkumun izahatlarının və təqdim etdiyi məlumatların etibarlılığını şübhə altına alarkən bunu hər hansı sübutlara deyil, ehtimallara əsaslandırmışdır. Halbuki, məhkum tərəfindən verilmiş müraciətin xəbərnaməli poçt vasitəsilə göndərilməsi faktı mövcuddur və bu hal onun real və rəsmi müraciət etdiyini təsdiq edir. Eyni nzamanda Məhkum imzası ilə yazılmış şikayət ərizəsinə Penetensiar xidmətin ##.##.2026-cı il tarixli məktubuna Penetensiar xidmətin ##.##.2026-cı il tarixli məktubu da, qeyd olunanları bird aha sübut edir. Məhkəmə iclasında məhkum Məhkum və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansya məhkəməsinin qərarının ləğv edilməsini və təqdimatın təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasında prokuror İsmayılzadə Emin Xəyyam oğlu məhkum Məhkum apellyasiya şikayətinin əsassız olduğunu, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təqdimat verən orqan səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə həmin şəxsin iştirakı olmadan məsələyə baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası hazırki işin materiallarını və məhkum Məhkum şəxsi işini verilmiş apellyasiya şikayətinin dəlilləri ilə birlikdə əlaqəli şəkildə araşdıraraq, tərəflərin fikirlərini dinləməklə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 67.1, 66.3cü maddələrinə əsasən təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzanın əvvəli ##.##.2022, cəzanın sonu ##.##.2032-ci il tarixidir. Xasiyyətnamədən görünür ki, məhkum Məhkum cəzaçəkdiyi müəssisə tərəfindən mənfi xarakterizə olunur, islah yoluna qədəm qoymamışdır. Məhkumun şəxsi işindən görünür ki, məhkum Məhkum ** saylı CM-ə ##.##.2026-cı il tarixdə ** saylı CM-dən qəbul olunmuşdur. Müəssisə rəhbərliyi tərəfindən ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada bütün komunal məişət şəraiti yaradılmış, hüquq və vəzifələri izah olunmuşdur. Məhkum Məhkum cəza çəkdiyi müddət ərzində özünü kobud apararaq müəssisə əməkdaşlarının qanuni tələblərini yerinə yetirməkdən imtina etməyə cəhdlər göstərmiş, üzərində baxış keçirilməsinə maneçilik törətmiş, səhər və axşam yoxlamalarında iştirak etməmiş, səs-küy salaraq digər məhkumların diqqətini özünə cəlb etməyə çalışmış, ona tutulan iradlara heç bir məhəl qoymamışdır. Həmçinin cəza çəkdiyi müddət ərzində özünü yalnız mənfi cəhətdən göstərmiş, həmin kateqoriyalı məhkumlarla yoldaşlıq etdiyinə görə çətin tərbiyə olunan məhkum kimi qeydiyyata alınmışdır. Bununla o, cəza çəkdiyi müddət ərzində müəssisənin daxili rejim qaydalarını pozmaqda davam etmiş və bu hərəkətləri ilə məhkumların islah olunmasına mənfi təsir göstərmişdir. Məhkum Məhkum müəssisədə cəza çəkdiyi müddət ərzində onunla mütəmadi olaraq tərbiyəvi və profilaktiki söhbətlər aparılsada o, özü üçün düzgün nəticə çıxarmamış əksinə daxili rejim qaydalarını qərəzli olaraq pozmuş və barəsində qanunvericiliyə uyğun olaraq aşağıdakı tənbeh tədbirləri tətbiq edilmişdir:
1. ##.##.2024-cü il tarixdə müəssisənin yaşayış sahəsində yerləşən məhkumlar üçün nəzərdə tutulmuş telefon qovşağında telefon vərəqəsində göstərmədiyi nömrələr ilə əlaqə saxlamağa çalışmış, xidmətdə olan əməkdaş tərəfindən tutulan iradlara məhəl qoymayaraq intizamsızlıq etdiyinə görə 10 (on) gün müddətinə cərimə təcridxanasına keçirilmişdir.
2. ##.##.2025-ci il tarixdə müəssisənin yaşayış sahəsində yerləşən məhkumlar üçün nəzərdə tutulmuş telefon qovşağında özünə aid olmayan nömrələr ilə əlaqə saxlamağa çalışmış, xidmətdə olan əməkdaş tərəfindən tutulan iradlara məhəl qoymayaraq intizamsızlıq etdiyinə görə 5 (beş) gün müddətinə cərimə təcridxanasına keçirilmişdir.
3. ##.##.2025-ci il tarixdə cərimə təcridxanasında saxlandığı * saylı kameranın nəfəsliyini möhkəm döyərək qeyri-qanuni tələblər irəli sürmüş, bu barədə müəssisə əməkdaşları tərəfindən tutulan iradlara məhəl qoymayaraq səs-küy salaraq intizamsızlıq etdiyinə görə 5 (beş) gün müddətinə cərimə təcridxanasına keçirilmişdir.
4. ##.##.2025-ci il tarixdə müəssisənin yaşayış sahəsində özünü şübhəli apardığı üçün növbətçi hissəyə dəvət edilmiş, üzərinə baxış keçirilən zaman maneçilik törədərək səsküy salmış, müəssisə əməkdaşları tərəfindən tutulan iradlar zamanı intizamsızlıq etdiyinə görə 15 (on beş) gün müddətinə cərimə təcridxanasına keçirilmişdir.
5. ##.##.2026-cı il tarixdə saxlandığı karantin otağında yataq yerini natəmiz saxlamış, müəssisə əməkdaşları tərəfindən tutulan iradlara məhəl qoymayaraq intizamsızlıq etdiyinə görə 10 (on) gün müddətinə cərimə təcridxanasına keçirilmişdir.
6. ##.##.2026-cı il tarixdə müəssisənin yaşayış sahəsində özünü şübhəli apardığı üçün növbətçi hissəyə dəvət edilmiş, üzərinə baxış keçirilən zaman maneçilik törədərək səsküy salmış, müəssisə əməkdaşları tərəfindən tutulan iradlar zamanı intizamsızlıq etdiyinə görə 10 (on) gün müddətinə cərimə təcridxanasına keçirilmişdir.
7. ##.##.2026-cı il tarixdə qeydiyyatda olduğu * saylı dəstənin yataqxanasında yataq yerini natəmiz saxlamış, müəssisə əməkdaşları tərəfindən tutulan iradlara məhəl qoymayaraq intizamsızlıq etmiş, səs-küy salmış, digər məhkumların diqqətini özünə cəlb etməyə cəhd edərək əməkdaşların qanuni tələblərinə tabe olmamış, aparılan profilaktiki söhbətlərdən heç bir müsbət nəticə çıxarmadığına görə 2 (iki) ay kamera tipli otağa keçirilmişdir. Məhkum ##.##.2026-cı il tarixdə Təqdimat verən orqan verdiyi izahatdan görünür ki, o heç bir fiziki və mənəvi təzyiqə məruz qalmamışdır. ##.##.2026-cı il tarixində saxlandığı karantin otağında yatağını natəmiz saxladığına görə müəssisə əməkdaşları ona irad bildirmiş, o isə tutulan iradlara məhəl qoymayaraq onlara qarşı kobudluq etmiş, səs-küy salmışdır. Məhkum ##.##.2026-cı il tarixdə Təqdimat verən orqan verdiyi izahatdan görünür ki, o, üzərində axtarış aparılması məqsədilə növbətçi hissəyə dəvət olunmuş, lakin üzərinə baxış keçirilməsinə maneçilik yaratmış, müəssisə əməkdaşları ona irad bildirəndə, o tutulan iradlara məhəl qoymayaraq onlara qarşı kobudluq etmiş, səs-küy salmışdır. Məhkum ##.##.2026-cı il tarixdə Təqdimat verən orqan verdiyi izahatdan görünür ki, o, heç bir fiziki və mənəvi təzyiqə məruz qalmamışdır. O saxlandığı * saylı dəstənin otağında yatağını natəmiz saxladığına görə müəssisə əməkdaşları ona irad bildirmiş, o isə tutulan iradlara məhəl qoymayaraq onlara qarşı kobudluq etmiş, səs-küy salmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün mövqedən çıxış edərək məhkum Məhkum müəssisənin daxili rejim qaydalarını bilərəkdən kobud şəkildə pozduğunu və islah yoluna qədəm qoymadığını nəzərə alaraq həbsxanaya keçirilməsini məqsədə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllsinin 514.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 70.4.3-cü maddəsinə əsasən, cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlar ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən üç ildən çox olmayan müddətə həbsxanaya keçirilə bilərlər. Həmin Məcəələnin 70.5-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməsi məhkəmə tərəfindən həyata keçirilir. 108.1.4-cü maddəsinə əsasən, cəzaçəkmə müəssisəsinin işçi heyətini hədələmək, təhqir etmək və ya onların qanuni tələblərinə tabe olmamaq, cəzanın icrası qaydalarının qərəzli pozulması halları hesab olunur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olmuşdur ki, məhkum Məhkum cəza çəkdiyi müddətdə mütəmadi olaraq, dəfələrlə daxili rejim qaydalarını pozmuş və bu səbəbdən o, müəssisə rəhbərliyi tərəfindən dəfələrlə cəzalandırılmışdır. Məhkum barəsində görülən profilaktik tədbirlər müsbət nəticə verməmişdir. Hazırki işdən müəyyən olunur ki, məhkum Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təqdimat verən orqan rəhbərliyi tərəfindən mənfi xarakterizə olunmuşdur. Birinci instansiya məhkəməsi cəzaçəkmə müəssisəsi tərəfindən verilən mülahizəni məhkumun şəxsi işi və proses iştirakçılarının izahatları ilə əlaqəli araşdıraraq hesab etmişdir ki, məhkum Məhkum ciddi rejimli cəzaçəkmə müəssisəsindən həbsxanaya keçirlməsi məqsədəmüvafiq hesab olunmalıdır. Məhkəmə kollegiyası məhkumun şəxsi işini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkum barəsində verilmiş təqdimatı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir və verilmiş apellyasiya şikayəti həmin qərarın ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası bir daha iş materiallarını araşdıraraq, məhkum barəsində verilmiş cəzasının çəkilməmiş hisəssinin həbsxanaya keçirilməsi barədə verilmiş təqdimatın və mənfi xarakterli xasiyyətnamənin əsaslı olması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq məhkumun cəzasının 06 (altı) ay müddətində həbsxanada çəkməsinə dair qərar qəbul etmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin məhkum Məhkum ciddi rejimli cəzaçəkmə müəssisəsindən 06 ay müddətinə həbsxanaya keçirilməsi barədə ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDI:
Məhkum Məhkum müdafiəçisinin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin məhkum Məhkum ciddi rejimli cəzaçəkmə müəssisəsindən 06 ay müddətinə həbsxanaya keçirilməsi barədə ##.##.2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.