Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-610/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X4, məhkum Məhkum, müdafiəçi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili müdafiəçi1, tərcüməçi X3 iştirakları ilə, ## ###### 1982-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində nömrəsiz evdə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin olunmaması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzanın çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair qərarın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, tək anadır, himayəsində yaşlı, xəstə anası və bir qız övladı var. Əməlindən səmimi peşmandır və islah olunmağa çalışır. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. X6 isə, apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçisinin, şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2022-ci il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## ###### 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ## ######## 2023-cü il tarixli qərarından görünür ki, məhkum olunmuş Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101) ****/**** saylı, ## ###### 2022-ci il tarixli, hökmü təyin edilmiş cəzanın müddəti hissəsində dəyişdirilməsi, həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin 5 (beş) ilə endirilməsi və hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkum Məhkum şəxsi işindən görünür ki, məhkum Məhkum ## ###### 2022-ci il tarixdən müəssisəyə daxil olmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş və islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Məhkum xaraktercə sakitdir, psixoloji dayanıqlıdır, tabe olmağı bacarır, tələb olunan qaydalara riayət edir. Tərbiyəvi, o cümlədən mədəni-kütləvi tədbirlərdə iştirak edir. Asudə vaxtlarını səmərəli dəyərləndirir, televiziya izləyir. Anası ilə görüşür. Törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini dərk edir, peşmanlığını ifadə edir. Cəza müddəti ərzində rejim qaydalarını pozmuş- ## #### 2026-cı il tarixdə Töhmət elan edilmişdir (qüvvədədir). Nümunəvi davranışı, əməyə müsbət münasibəti, mədəni-kütləvi tədbirlərdə və abadlıq işlərində fəal iştirakı nəzərə alınaraq barəsində aşağıda qeyd olunan həvəsləndirmə tədbiri tətbiq olunmuşdur: 1. Nümunəvi davranışına və “15 iyun-Qurtuluş günü” münasibətilə mədəni - kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ## #### 2023-ci Il tarixli əmrlə “Təşəkkür” elan olunmuşdur. 2. Nümunəvi davranışına və “Novruz bayramı” münasibətilə mədəni-kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ## #### 2023-ci il tarixli əmrlə “Təşəkkür” elan olunmuşdur. 3. Nümunəvi davranışına və “08 noyabr-Zəfər günü” münasibətilə mədəni - kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ## ###### 2023-ci il tarixli əmrlə “Təşəkkür” elan olunmuşdur. ## ###### 2024 - ## ###### 2025-ci il tarixləri ərzində təsərrüfat xidmətində fəhlə işində çalışaraq, iş üzrə 122 manat ekspertiza borcunu ödəmişdir. Məhkum Məhkum 2023, 2024 cü ilin illik xasiyyətnaməsi üzrə müsbət xarakterizə olunur. Sabunçu Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli qərarı ilə narkomaniyadan məcburi müalicəsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarı ilə ilə X5 Müəssəsinə keçirilmiş, qərardan protest verilmiş, protest təmin edilmiş, məhkum müəssisəyə qaytarılmışdır. Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı ilə təsis edilmiş “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun X5 müəssisəsinə keçirilməsi ilə bağlı Komissiya”nın iclasında müzakirə edilmiş, ## ##### 2026-cı il tarixli ** nömrəli protokolla barəsində müsbət rəy bildirilmişdir. Məhkum Məhkum cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Ədliyyə Nazirliyinin müvafiq Komissiyasının müsbət rəyini (müsbət xaraktenzə olunması, səmimi peşmançılıq və s.) nəzərə alaraq onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəuyğun hesab edilir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq, onun ərizəsinin təmin edilməsindən əsaslı olaraq imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı Qərarında qeyd olunur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Məhkəmə qeyd etmişdir ki, bir çox hallarda mülahizələr məhkumların ümumi kütləvi tədbirlərdə iştirak etməsi, əməyə və təhsilə vicdanlı münasibət göstərməsi, müəssisədə və dəstədə keçirilən tədbirlərdə fəal iştirak etməsi kimi formal və hər hansı sübuta söykənməyən ümumi və şablon ifadələrlə əsaslandırılaraq məhkəməyə təqdim edilir. Bundan başqa cəzaçəkmə müəssisələri tərəfindən verilən əksər müsbət yönlü mülahizələrdə məhkumun barəsində həvəsləndirmə tədbirlərinin tətbiq olunması qeyd olunur. Cəzaçəkmə müəssisəsi tərəfindən Məhkum barəsində müsbət yönlü mülahizə verilərkən, məhkumun barəsində müxtəlif vaxtlarda 3 dəfə həvəsləndirmə tədbiri olan “Təşəkkür” elan edilmişdir. Göründüyü kimi, həmin həvəsləndirmə tədbirinin bayram günü ilə əlaqədar olması, müvafiq həvəsləndirmə tədbiri tətbiq edilərkən məhkumun nə kimi nümunəvi davranışının olması və s. göstərilməmişdir. Bundan başqa məhkum Məhkum cəza çəkdiyi müddət ərzində rejim qaydalarını da pozmuş, barəsində ## #### 2026-cı il tarixdə “Töhmət” təbeh tədbiri tətbiq olunmuşdur. Həmin tənbeh tədbiri qüvvədə olduğu müddətdə barəsində müəssisə tərəfindən formal olaraq müsbət yönümlü mülahizə tərtib edilmişdir. Bəzi hallarda məhkumlarla bağlı qiymətləndirilmə aparılarkən “ictimai faydalı əmək” vasitəsinin tətbiqində fərqli yanaşmalara yol verilir. Nəzərdə saxlanılmalıdır ki, cəzaçəkmə müəssisələrində təsərrüfat və məişət işlərinə cəlb edilmiş məhkumlarla bağlı qiymətləndirilmə aparılarkən yalnız “ictimai faydalı əmək” kriteriyası əsas götürülə bilməz. Təkcə təsərrüfat və məişət işlərinə cəlb edilmə heç bir halda islah edilmənin əsası kimi çıxış etmir. Nəzərə alınmalıdır ki, qanunvericilikdə “ictimai faydalı əmək” vasitəsindən başqa digər islahedilmə vasitələri də müəyyən edilmişdir. Beləliklə, bütün bunlar onun islah oluduğunu şübhə altına qoymuş olur. Bütün bunları nəzərə alaraq, cəzaçəkmə müəssisəsi tərəfindən verilən mülahizəni, məhkumun törətdiyi cinayətin xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, şəxsi işi, mülahizəni və proses iştirakçılarının mövqeləri ilə əlaqəli araşdıraraq, məhkəmə hesab etmişdir ki, hal-hazırda onun islah olunması üçün cəzasının qalan hissəsini tam çəkməsi məqsədəuyğundur, ona görə ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəza çəkdiyi müddətdəki davranışlarını əks etdirən şəxsi işindən, mülahizədən onun cəzadan şərti olaraq azad edilməsi üçün həmin müddət ərzində islah olunması müəyyən olunmur. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq, məhkum barəsində verilmiş mülahizəni, məhkumun şəxsi işində olan sənədləri cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ilə qarşılıqlı şəkildə müzakirə edərək, apellyasiya şikayətinin əsassızlığını qeyd edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə hesab edir ki, Məhkum vaxtından əvvəl şərti olaraq cəzadan azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Məhkum vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Aqil Musayev Cavid Hüseyn
Məhkəmə qərarları › İş №7(3-6)-610/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-610/2026
11.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver