Məhkəmə qərarları › İş №7(3-6)-617/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-617/2026

11.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-617/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru X3, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili müdafiəçi1 və məhkum Məhkum iştirakları ilə, ## ###### 2000-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FIN: *******), orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Şəfa Dadaşova) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin olunmamışdır. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə barəsində Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Cəzasının ½ hissəsini çəkmişdir. Törətdiyi cinayət əməlindən peşimandır. Odur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə müraciət etmiş, məhkəmə müraciətini təmin etməmişdir. Qərardan narazıdır. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış etmiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilərək, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3 verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları, məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək, belə hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ləğv olunmalı, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin olunmalıdır. Təqdim edilmiş materialdan görünür ki, Məhkum Beyləqan rayon məhkəməsinin *(***)- **/**** saylı, ##.##.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli ## #### 2024-cü il tarixdən hesablanmışdır. Bakı şəhər Qaradağ rayon məhkəməsinin ## ###### 2026-cı il tarixli Qərarına ilə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin ## ###### 2025-ci il tarixli qərarına əsasən cəza müddəti 06 (altı) ay azaldılmışdır. Məhkumun şəxsi işindən məlum olmuşdur ki, o, ## #### 2024-cü il tarixdə ** saylı cəzaçəkmə müəssisəsinə gətirilmiş, ## ###### 2026-cı il tarixdə cəzası sona çatır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən məhkum Məhkum barəsində verilmiş ## ##### 2026-cı il tarixli mülahizədən görünür ki, məhkum ## #### 2024-cü il tarixdə * saylı Istintaq Təcridxanasından ** saylı Cəzaçəkmə Müəssisəsinə gətirilmişdir. Məhkum Məhkum şəxsi işinə nəzər saldıqda məlum olur ki, o, Istintaq təcridxanasında saxlandığı müddət ərzində daxili rejim qaydaları pozuntusu hallarına yol verməmişdir. ** saylı cəzaçəkmə müəssisəsinə gəldiyi gündən onunla karantin briqadasında islah məqsədli fərdi tərbiyəvi söhbətlər aparılmış, daxili intizam qaydaları, hüquq və vəzifələri ona izah olunmuşdur. Məhkum Məhkum ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyi müddət ərzində cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərinə əməl edən məhkum kimi tanınmışdır. Onunla aparılan islah məqsədli fərdi tərbiyəvi söhbətlərdən bu qənaətə gəlmək olar ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də tərbiyəvi söhbətlərdən özünə düzgün nəticə çıxartmağa çalışır. Verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirir, dəstədə keçirilən mədəni-kütləvi və ictimai tədbirlərdə yaxından iştirak edir. Əməyə və təhsilə münasibəti qənaətbəxşdir, fiziki cəhətdən sağlamdır. Xasiyyətcə mülayimdir, məhkum yoldaşları ilə mehribandır. Ailə üzvləri və yaxın qohumları ilə telefon və görüş vasitəsilə əlaqə saxlayır, onlarla münasibəti yaxşıdır. Müəssisə əməkdaşlarına qarşı səmimidir. Məhkum Məhkum şəxsi işinin materiallarından aydın olur ki, hökm üzrə üzərində 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci ödənilib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı yaradılmış Komissiya” tərəfindən məhkum Məhkum barəsində ## ##### 2026-cı il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair müsbət protokol verilmişdir. Qeyd edilənlər və məhkum Məhkum cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkməsi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə uyğun hesab edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cəza çəkdiyi müddətdə barəsində həvəsləndirilmə tədbiri tətbiq edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür. Hazırki halda məhkum Məhkum həqiqətən islah olunması və cəzanı çəkməsinə lüzum olmaması halını məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Müəssisənin məhkumun bu müddət ərzində islah olunduğu üçün cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasına uyğun görülməsinin səbəbləri təqdim olunmuş mülahizə və ya müəssisənin nümayəndəsinin izahatında əsaslandırılmadığına görə məhkəmə belə qənaətə gəlir ki, mülahizə formal əsaslarla tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Məhkəmə qeyd edir ki, məhkumun cəzasının sonuna 8 (səkkiz) ay qalsa da o, təqsirli bilindiyi əməllə bağlı cəzanın aşağı həddinin 3 il nəzərdə tutulmasına baxmayaraq, ona təyin edilmiş cəzanın 1 (bir) il 10 (on) ayını həqiqətən çəkmiş, cəzanın 6 (altı) ay müddəti isə amnistiya elan edilməsi haqqında Milli Məclisin ## ###### 2025-ci il tarixli qərarı ilə azaldılmışdır. Bu müddət ərzində onun islah olunması, əməlindən peşman olması az inandırıcıdır. Məhkuma cəza çəkdiyi müddət ərzində barəsində həvəsləndirilmə tədbiri tətbiq edilməməsini, islah olunmasının məhkəmə iclasında müəyyən edilməməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkum Məhkum hazırkı vaxtda cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədə müvafiq deyildir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum Məhkum cəza çəkdiyi müddətdə tam islah olunmaması barədə qənaəti, onun islah olunması üçün cəzanın tam çəkilməsinə zərurət olması işin faktiki halları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanunun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Adıçəkilən qərarda, həmçinin qeyd olunmuşdur ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onun normal sosial faydalı həyata qaytarılmasına yardım edən institutdur. Iş materialları ilə müəyyən edilir ki, məhkum Məhkum hökmlə təyin edilmiş cəzanın əvvəli ## #### 2024-cü il, cəzasının sonu ## ###### 2026-cı il tarix hesablanmaqla hazırda onun 6 (altı) ay 14 (on dörd) gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Məhkəmə kollegiyası məhkumun şəxsi işini araşdıraraq belə hesab edir ki, məhkum Məhkum hökm ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ½ hissəsindən çox hissəsini həqiqətən çəkmiş, cəzasının çəkilməmiş qalan hissəsinin təyin olunmuş cəzaya nisbətdə az müddət təşkil etməsi, cəza çəkdiyi müddətdə rejim qaydaları pozuntusuna yol verməməsi və Cəzaçəkmə Müəssisəsi tərəfindən onun barəsində verilmiş mülahizəyə əsasən onun cəza çəkdiyi illər ərzində islah vasitələrinin tələblərinə tabe olması islah olunmuş məhkum kimi qiymətləndirilməsinə imkan verir. Kollegiya bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəllsinan 76.1-ci maddəsinə görə məhkəmənin bu normada göstərilən, o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmaması barədə qənaətə gəlməsi sonuncunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini mümkün edən əsas kimi çıxış etməlidir. Birinci instansiya məhkəməsi məhkum barəsində verilmiş mülahizəyə əsasən onun islah yoluna qədəm qoymağa çalışan məhkum kimi xarakterizə edilməsinə, müvafiq komissiyanın protokoluna əsasən məhkum barəsində müsbət rəy verildiyi halda, ## ##### 2026-cı il tarixdə onun cəzadan vaxtından əvvəl şərti azad olunması barədə müəssisə rəhbərliyinin mülahizəsində göstərilənlərin əsaslı olmaması nəticəsinə gəlmişdir. Mülahizədən də göründüyü kimi məhkum cəza çəkdiyi müddətdə daxili rejim qaydalarına riayət edərək, heç bir rejim qaydalarını pozmamış, əməyə, təhsilə münasibəti qənaətbəxş olmuş, zamanla islah olunma yolunda çalışmış və nəticəsə müəssisə rəhbərliyi onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə kollegiyasına təqdim edilən sənədlərdən göründüyü kimi, məhkəmənin qeyd etdiyinin əksinə məhkum Məhkum müəssisədə cəza çəkdiyi müddət ərzində daxili rejim qaydalarına riayət etmiş və rejim qaydalarını pozmamışdır. Qeyd edilir ki, daxili rejim qaydalarına əməl etmə məhkumun bilavasitə vəzifəsi olaraq müəyyən edildiyinə dəlalət edilsə də, lakin onun rejim qaydalarına əməl etməsi, rejim qaydaları pozuntusuna yol verməməsi onun artıq qoyulmuş tələblərə tabeçilik göstərməsi, cinayətə meyilli insan olmaması kimi qiymətləndirilir. Kollegiya belə nəticəyə gəlir ki, məhkum tərəfindən cəza çəkərkən artıq qanun pozuntusuna yol verməməsi, tərbiyəvi söhbətlərdən özünün nəticə çıxartması, barəsində tənbeh tədbiri tətbiq edilməməsi, onun şəxsiyyətinin ictimai təhlükəli xarakter daşımaması və cəmiyyətdə birgəyaşayış qaydalarına hazır olmasının faktının təsdiqi kimi qiymətləndirilir. Kollegiya belə hesab edir ki, məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması ilə bağlı komissiyanın verdiyi rəy, yalnız sözdən ibarət olmamaqla məhkum tərəfindən islah olunmaq istiqamətində real addımlar atılmaqla təsdiqini tapdığından verilmiş mülahizə əsaslı hesab edilir. Qeyd edildiyi kimi, məhkum Məhkum davranışı üzərində nəzarəti cəza çəkdiyi ** saylı Cəzaçəkmə Müəssisəsi həyata keçirmiş və müəssisə tərəfindən mülahizə tərtib edilərkən onun şəxsi işindən istifadə edilmişdir. Hansı ki, həmin mülahizəyə əsasən Məhkum cəza çəkdiyi müddət ərzində daxili rejim qaydalarına riayət etmiş və rejim qaydalarını pozmamışdır. Əməyə və təhsilə münasibəti qənaətbəxş olmuş, keçirilən mədəni kütləvi tədbirlərdə iştirak etməyə maraq göstərmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Komissiyası protokola əsasən Məhkum islah olunmuş məhkum kimi qiymətləndirərək onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair müsbət rəy vermişdir. Məhkəmə kollegiyası, iş materiallarını və Cəzaçəkmə Müəssisəsinin müsbət mülahizəsini nəzərdən keçirərək, belə hesab edir ki, məhkum Məhkum cəzaçəkmə müddətində davranışı, onunla aparılan tərbiyə işindən düzgün nəticə çıxararaq islah olunması qənaətinə gəlinməsi, əməyə münasibəti, cəza çəkdiyi müddətdə rejim qaydaları pozuntusuna yol verməməsi müsbət qiymətləndirilməli və bu səbəbdən onun cəzasını tam çəkməsinə lüzum olmadığından və sadalananlar məhkumun islah olunması qənaətinə gəlməyə əsas verdiyindən məhkumun ərizəsi təmin edilməlidir. Kollegiya qeyd edir ki, bütün bu hallara əsaslanan ** saylı Cəzaçəkmə Müəssisəsi rəhbərliyi məhkumun onunla aparılan tərbiyə işindən düzgün nəticə çıxararaq islah olunması nəticəsinə gəldiyi halda, birinci instansiya məhkəməsi göstərilənin əksini iddia edən, Məhkum islah olunması üçün cəzasını tam çəkməsini gərəkdirən hər hansı mötəbər dəlil önə sürməmişdir. Bu halda hesab edilir ki, məhkəmənin mülahizənin əsaslılığını şübhə altına alması barədə qənaəti heç bir istinadı olmayan, ümumi ifadələrə əsaslanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinin tələbinə görə, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uygun olmaması apellyasiya şikayəti və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası belə hesab edir ki, yuxarıda sadalananlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir və ədalətli, qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanları və məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsinə səbəb ola biləcək halların işdə mövcud olmamasını nəzərə alaraq, məhkəmə kollegiyası belə hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla, məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməlidir. Məhkəmə kollegiyası, həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.2 və 70.5-ci maddələrini rəhbər tutaraq, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilərkən Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını vacib hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, 141. saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.2, 399.1.2, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Məhkum Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ona Beyləqan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 6 (altı) ay 14 (on dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasına həvalə edilsin. Cəzanın çəkilməmiş hissəsi ərzində Məhkum üzərinə onun davranışına nəzarəti həyata keçirən icra məmuruna məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Qərarın bu hissədə icrasına nəzarət Məhkum yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Aqil Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar