Məhkəmə qərarları › İş №7(3-6)-629/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-629/2026

08.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-629/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru İsmayılzadə Emin Xəyyam oğlunun, müdafiəçi - Bakı şəhər «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkum Məhkum iştirakları ilə, ## ###### 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 263.2-ci, 264-ci, 66.2-ci və 66.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, amnistiya qərarı ilə cəzası 06 (altı) ay azaldılmış, Məhkum Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 05 (beş) ay 13 (on üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkum Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci, 264-ci, 66.2-ci və 66.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, amnistiya qərarı ilə cəzası 06 ay azaldılmışdır. Məhkum Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə onun ərizəsi təmin edilmiş, Məhkum Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 05 (beş) ay 13 (on üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Həmin qərardan birinci instansiya məhkəməsində icraatda iştirak etmiş prokuror apellyasiya protesti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən Məhkum əvvəllər məhkum olunmasını, cəza çəkdiyi dövürdə barəsində iki dəfə intizam tənbeh tədbirinin tətbiq edilməsini və cəza çəkmə müəssisəsinin məhkum barəsində mənfi mülahizəsini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsini nəzərə almamışdır. Məhkəmə məhkum Məhkum konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasını, törətdiyi cinayətə münasibətinin təzahür formasını, narkomaniyadan məcburi müalicənin ləğv edilməməsini, məhz mədəni tədbirdə iştirak etməsini araşdırmamış, olunmasının nədə təzahür etməsi, hansı nailiyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsi qeyd edilməmiş və ümumi əsasları müəyyən edən qanun normasına istinad etməklə kifayətlənmişdir. Apellyasiya baxışı zamanı prokuror İsmayılzadə Emin Xəyyam oğlu apellyasiya protestinin təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilib, cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mənfi rəyin və qərarın qanuni qüvvəyə minmədən icra edilməsini nəzərə alaraq məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı ərizəsinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi apellyasiya protestinin təmin edilməyib, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qüvvəsində saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, prokurorun həmin protestin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək məhkumun ərizəsinin təmin edilməməsi barədə təklifini, müdafiə tərəfinin isə protestin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək belə hesab edir ki, apellyasiya protesti təmin edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməlidir. Belə ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin mülahizəsində qeyd olunur ki, məhkum Təqdimat verən orqan Bakı İstintaq Təcridxanasından ##.##.2022-ci il tarixdə qəbul olunmuşdur. O, müəssisəyə qəbul olunduğu gündən ona hüquq və vəzifələri, daxili intizam qaydaları izah edilmiş, islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmiş, törətdiyi cinayətin xarakterinə uyğun tərbiyə işi aparılmış, dəstədə yataq yeri ilə təmin olunmuşdur. Məhkum müəssisəyə daxil olduğu ilk gündən onunla tərbiyəvi və profilaktik söhbətlər aparılmış, islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Məhkum cəza çəkdiyi müddət ərzində özünü müsbət tərəfdən göstərməsi müşahidə olunmamaqla yanaşı, hərəkət və davranışlarının qeyri səmimi olduğu, məhkum yoldaşları ilə mehriban münasibətlər qura bilməməsi və davranış qaydalarına düzgün əməl etməməsi nəzərə çarpır. Eyni zamanda yataq yerinin təmizliyinə, xarici görünüşünə fikir verməsi diqqətdə saxlanılır. X6 tədbirlərində və keçirilən digər tərbiyəvi tədbirlərdə passiv iştirakı ilə seçilir. Əməyə münasibəti geyri qənaətbəxş, təhsili münasibəti qənaətbəxşdir. Asudə vaxtını səmərəli keçirməsi üçün lazımi tövsiyyələr diqqətinə çatdırılmışdır. Xasiyyətcə sakit təbiətlidir. Cəza çəkdiyi müddət ərzində ##.##.2022-ci il tarixdə 05 gün müddətinə CO-na və ##.##.2023-cü il tarixdə 07 gün müddətinə CO-na keçirilmə tənbeh tədbirləri tətbiq edilmişdir. İslah tədbirlərindən düzgün nəticə çıxarması və müəyyən müsbət xüsusiyyətlərinə görə ##.##.2025-ci tarixli ona “Əlavə Sovqafın alınması və ##.##.2026-cı il tarixdə ona “Təşəkkür” elan edilməsi barədə həvəsləndirmə tədbirləri tətbiq edilmişdir Ailə üzvləri və yaxınları ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır. Məhkumla aparılan tərbiyəvi söhbət zamanı o, törətdiyi cinayət əməlini etiraf edərək peşmançılıq hissi keçirməsinə bildirməsinə baxmayaraq cinayətinin ağırlıq dərəcəsi və hökmündən göründüyü kimi zərərçəkmişin hüquqi varisi şikayətçi olması, tərbiyə tədbirlərindən daha da düzgün nəticə çıxarması üçün islah prosesi davam etdirilməlidir. Məhkumun şəxsi işi - ## ##### 2026-cı il tarixdə müvafiq komissiya tərəfindən öyrənilmiş və ** nömrəli İclas Protokolu ilə (protokol şəxsi işə əlavə olunmuşdur) onun mənfi xarakterizə olunmasını və s. halları nəzərə alaraq məhkəməyə təqdim olunması üçün mənfi rəy verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan rəisinin mülahizəsində göstərilən hallar məhkumun şəxsi iş materiallarında öz təsdiqini tapır. Birinci instansiya məhkəməsində məhkəmə iclası zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təqdimat verən orqan qeydiyyat şöbəsinin rəisi X3 bildirdi ki, məhkum Məhkum islah yoluna qədəm qoymamışdır. Onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə uyğun deyildir. Birinci instansiya məhkəməsi məhkum Məhkum cəza sonuna az qaldığını, barəsində olan cəzaçəkmə müəssisəsi tərəfindən qəbul edilmiş rəyin mənfi olsa da, formal olduğunu, mülahizədə qeyd edildiyi kimi məhkumun islah tədbirlərindən düzgün nəticə çıxarması və müəyyən müsbət xüsusiyyətlərinə görə ##.##.2025-ci tarixli ona “Əlavə Sovqafın alınması və ##.##.2026-cı il tarixdə ona “Təşəkkür” elan edilməsi barədə həvəsləndirmə tədbirləri, cəza müddətinin daha çox hissəsinin çəkdiyini nəzərə alaraq hesab etmişdir ki, məhkumun islah olunması üçün cəzasını tam çəkməsinə lüzum yoxdur. Apellyasiya məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayarq qeyd edir ki, iş materiallarına əsasən məhkum islah yoluna qədəm qoymağa ciddi səy göstərmədiyindən, əməyə və təhsilə münasibətinin qənaətbəxş olmadığından, müəssisədə keçirilən mədəni-kütləvi tədbirlərdə iştirak etmədiyindən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəmüvafiq deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi onun təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza cəkən şəxsin islah olunmaq üçün cəzanı tam cəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli * nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Məhkəmələrə izah olunsun ki, bu xarakterli müraciətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Bu zaman məhkəmələr nəzərə almalıdır ki, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunmağa və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə maneə kimi nəzərdə tutulmamışdır. Lakin, məhkumun vurulmuş ziyanı ödəməkdən qəsdən boyun qaçırması (məsələn, əmlakı gizlətməsi və s.), törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə maneə ola bilər. Bununla yanaşı məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Məhkəmə kollegiyası məhkum Məhkum barəsində verilmiş mülahizəni onun şəxsi işi ilə əlaqəli surətdə, bütün qanuni vasitələrdən istifadə etməklə tam, hərtərəfli, obyektiv araşdıraraq və onun cəza çəkdiyi müddətdəki davranışlarını ətraflı təhlil edərək hesab edir ki, məhkum cəzasının qanunla müəyyən edilmiş hissəsini çəksə də, barəsində verilmiş mülahizəyə və cəza çəkdiyi müddət ərzində islah olunmadığına əsasən ərizənin təmin edilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkum Məhkum həqiqətən islah olunması və cəzanı çəkməsinə lüzum olmaması halını məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, şəxsi işində olan və məhkəmə kollegiyasının iclasında araşdırılıb qiymət verilmiş hallar məhkumun islah olunduğunu təsdiq etməməklə, onun islah yoluna qədəm qoymuş məhkum olması qənaətinə gəlməyə əsas vermir. Məhkumun hökmlə təyin edilmiş cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkməsi barədə məhkəmə kollegiyası qeyd edir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilərkən məhkumun davranışı, şəxsiyyəti, daxili rejim qaydalarına əməl etməsi və bu kimi digər hallar birlikdə araşdırılır. Əks halda təyin edilmiş cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə araşdırılmış halları düzgün qiymətləndirməyərək, iş üzrə ədalətli olmayan nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkum Məhkum şəxsi işində olan və məhkəmə kollegiyasının iclasında araşdırılıb qiymət verilmiş hallar məhkumun islah olunduğunu təsdiq etməməklə, onun islah yoluna qədəm qoymuş məhkum olması qənaətinə gəlməyə əsas vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq səlahiyyətinə malikdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşaraq hesab edir ki, verilmiş apellyasiya protestinin dəlilləri əsaslı olduğundan təmin edilərək, Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv olunmalı, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsindən imtina olunmalı, o, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı X4 göndərilməlidir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.2, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya protesti təmin edilsin. Məhkum cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Məhkum cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməsin. Məhkum Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)- ***/**** nömrəli hökmü ilə barəsində təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan göndərilsin. Məhkum Məhkum məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taboruna, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Təqdimat verən orqan həvalə edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün, cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Femida» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar