Məhkəmə qərarları › İş №7(3-6)-630/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-630/2026

02.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-630/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5, Məhkum – Məhkum, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi – X6 iştirakları ilə, ## ###### 1972-ci ildə Ermənistan Sisyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 30/2, mənzil 43 qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük massivi, fərdi evdə yaşayan məhkum Məhkum cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından prokuror tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim Nərminə Rzayeva) Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 5 (beş) ay 19 (on doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkum Məhkum üzərinə işə düzəlməklə ailəsinə maddi yardım göstərmək, onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulmuş, üzərində nəzarət, onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmışdır. Həmin qərardan narazı qalan cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X4 apellyasiya protesti verərək, qərarın ləğv edilməsini və məhkum tərəfindən verilmiş ərizənin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən Məhkum barəsində tətbiq edilmiş müvafiq Amnisitiya qərarına əsasən cəzasının azaldılması və hazırda cəzasının qalan 5 ay 19 gün çəkilməmiş hissəsindən azad olunması şəxsin faktiki olaraq ona təyin olunmuş cəzanın çəkməməsini nəzərə almamışdır. Məhkəmə qərar qəbul edərkən Məhkum barəsində tərtib olunan müsbət mülahizənin olduğu kimi qərarına köçürülməklə kifayətlənmişdir. Məhkəmə məhkum Məhkum konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasını, törətdiyi cinayətə münasibətinin təzahür formasını, narkomaniyadan məcburi müalicənin ləğv edilməməsini, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsini araşdırmamış, hansı nailiyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsi qeyd edilməmiş, yalnız formal xarakter daşıyan mülahizəyə və ümumi əsasları müəyyən edən qanun normasına istinad etməklə kifayətlənmişdir. Məhkəmənin qərar qəbul edərkən şəxsin eyni xarakterli cinayət əməli törətməsinə görə əvvəllər məhkum olunmasını, həmçinin zərərçəkənlərlə tam barışıq əldə etməməsini nədənsə nəzərə almaması məhkəmə qərarının qanunsuzluğuna dəlalət edir. Məhkəmə iclasında prokuror Rüstəm Hüseynli apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və məhkum Məhkum ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi hər biri ayrı-ayrılıqda apellyasiya protestinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasında cəzaçəkmə müəssisəsinin nümayəndəsi X6 apellyasiya protestinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Həmin Məcəllənin 76.3.1-ci maddəsinə əsasən, məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası CİM-nin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Qeyd olunan maddələrin mənasına görə məhkəmə tərəfındən müraciətlərə baxılarkən, məhkumların bütün cəza çəkmə dövründəki davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, öz fəaliyyət təşkilatlarının işində iştirakı, həqiqətən islah yoluna qədəm qoyması və cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi araşdırılmalıdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə gəldiyi nəticəni kifayət qədər əsaslandırmış və qanuni qərar qəbul etmiş, əksinə apellyasiya protestində formal yanaşma nümayiş etdirilməklə ərizəçinin xahişini təmin olunmaması ilə bağlı hər hansı bir konkret və obyektiv dəlilə istinad edilməmişdir. Məhkəmə kollegiyası, təqdim edilmiş materialları və məhkumun şəxsi işini qarşılıqlı şəkildə araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, prokurorun həmin protestinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək verilmiş ərizənin təmin edilməməsi barədə, müdafiə tərəfinin isə protestin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə barədə çıxışlarını dinləyərək hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən, apellyasiya protesti isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-cü il tarixli hökmü ilə İbadov Mail Məcid oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə bəraət verilmiş, o, həmin Məcəllənin 308.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli ##.##.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli Qərarına ilə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin ##.##.2025-ci il tarixli qərarına əsasən cəza müddəti 6 (altı) ay azaldılmışdır. Məhkəmə kollegiyası iş materiallarını, məhkumun barəsində verilmiş müsbət mülahizəni, habelə işdə olan digər məlumatları nəzərdən keçirərək qeyd edir ki, məhkum Mail İbadovun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsini qanunla istisna edən hallar yoxdur. Belə ki, “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2010-cu il tarixli * saylı Qərarının, 1-ci bəndinin 2-ci abzasında məhkəmələr izah edilmişdir ki, cəzaçəkmə müəssisəsinin mülahizəsi özlüyündə müraciətin təmin və rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Eyni zamanda Qərarın 2-ci bəndinin 4-cü abzasında göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumu cəzasının qanunla müəyyən edilmiş hissəsinin çəkibçəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, məhkumun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə institutu məhkumların islah edilməsini və azadlıqdan məhrum etmə növündə cəza çəkdikləri dövrdə qanuna itaətkar davranışını stimullaşdırmaq məqsədi daşıyır. Məhkum azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi yolu ilə onun davranışından və əməyə münasibətindən asılı olaraq, onun hüquqi statusunun yaxşı tərəfə dəyişməsinə əsaslanır və bu institutun reallaşdırılması cəzaçəkmənin mütərəqqi sisteminin, islah olunma və itaətkar davranış elementləri çərçivəsində məhkuma həvəsləndirmə tədbirinin tətbiqi yolu ilə həyata keçirilir. Göründüyü kimi, qanunvericiliyin yuxarıda göstərilən normalarının tələbləri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələri islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzasına məhkum olunmuş şəxsin cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini deyil, həmçinin məhkumun müsbət xarakterizə edilməsini, davranışını, əməyə münasibətini və bu məsələlərlə bağlı cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amillər kimi nəzərdə tutur. Bununla yanaşı nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulmuş normalar imperativ deyil və qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətindən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrum etmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdırlar. Məhkəmə kollegiyasının qənaətinə görə, burada bütün yuxarıda göstərilənlərlə yanaşı cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqi zamanı məhkumun hansı cinayət əməllərini törətməsi, təqsirli bilindiyi cinayətlərin ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyət əleyhinə və digər zorakı cinayətlərə görə məhkum olunmuş şəxsin zərər çəkmiş şəxslərlə (ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi ilə) münasibətləri, məhkumun özünün cəmiyyət üçün təhlükəli olub-olmaması, islah yoluna qədəm qoyub qoymaması, cəzanın məqsədlərinə nail olunub-olunmaması, çəkilməmiş cəzanın müddəti və sair bu kimi məsələlər də diqqətdən qaçırılmamalıdır. Cəzaçəkmə müəssisəsinin rəhbərliyinin mülahizəsində qeyd olunur ki, məhkum ** saylı cəzaçəkmə müəssisəsinə * saylı İstintaq Təcridxanasından ##.##.2025-ci il tarixdə qəbul olunmuşdur. O, müəssisəyə qəbul olunduğu gündən ona hüquq və vəzifələri, müəssisənin daxili intizam qaydaları izah edilmiş, törətdiyi cinayət əməlinə münasibəti öyrənilmiş, dəstədə yataq yeri ilə təmin olunmuşdur. Onunla aparılan tərbiyəvi söhbətlərdən özü üçün müsbət nəticələr çıxarmış, müəssisədə və dəstədə keçirilən abadlıq işlərində könüllü olaraq yaxından iştirak etmişdir. Məhkum kollektivi arasında hərəkət və davranışı ilə nümunə olmuşdur. Əməyə və təhsilə münasibəti müsbətdir. Asudə vaxtlarını səmərəli keçirir. Xasiyyətcə sakit təbiətlidir. Barəsində cəza çəkdiyi müddətdə tənbeh və həvəsləndirmə tədbiri tətbiq olunmamışdır. Ailə üzvləri və yaxınları ilə telefon və görüş vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayır. Məhkum ilə aparılan profilaktik tərbiyəvi söhbət zamanı o, törətdiyi cinayət əməlini etiraf edərək, peşmançılıq hissi keçirməsini, dəymiş ziyanları ödəməsini bildirərək nəzərə alınmasını xahiş edir. Məhkumun şəxsi işi - ##.##.2026-cı il tarixdə 15 N-li iclas protokoluna əsasən protokollaşdırılmışdır. (Protokol şəxsi işə əlavə olunmuşdur). Onun islah yoluna qədəm qoymasını, müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirməsini və s.halları nəzərə alaraq məhkəməyə təqdim olunması üçün müsbət rəy verilmişdir. Məhkəmə kollegiyası, Plenum qərarında vurğulanan hüquqi tövsiyələrə münasibətdə qeyd edir ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və islah olunub-olunmaması məsələsi araşdırılarkən, cəza çəkdiyi müddətdə nümayiş etdirdiyi davranış və digər hallar bir-biri ilə əlaqəli şəkildə nəzərə alınmalıdır. İş materiallarına əsasən məhkumun cəza çəkdiyi dövrə nəzər saldıqda məlum olur ki, Məhkum təyin edilmiş cəzanın yarısından çox hissəsini çəkmiş, daxili rejim qaydalarına əməl etmişdir. Bütün sadalanan hallar, məhkumun islah olunduğunun, cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinin mümkünlüyünün göstəricisidir. Digər tərəfdən, qanunun tələbinə görə məhkum edilmiş şəxsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmək üçün iki əsas tələb olunur: müəyyən edilmiş cəza müddətinin bir hissəsinin çəkilməsi və məhkum edilmiş şəxsin islah olunması. Hazırkı iş üzrə təqdim edilmiş mülahizədən və məhkumun şəxsi iş materiallarından hər iki əsasın mövcud olduğu məlum olur. Məhkəmə kolleqiyası xüsusi qeyd edir ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, 1(105)-***/**** №-li qərarından görünür ki, Məhkum tərəfindən ittihamın hər iki epizodu üzrə hər iki zərərçəkmiş şəxsə vurulmuş maddi zərər tamamilə ödənilməklə barışıq əldə olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Məhkum qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi formalaşdığından, qanunvericiliyin tələblərinə və yuxarıda qeyd olunan xüsusatlara əsasən, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsi və həmin ərizənin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı əsaslı hesab edilməli, apellyasiya protesti isə formal əsaslarla verildiyinə görə təmin olunmalı, çünki ərizənin təmin edilməməsi, apellyasiya protetinin isə təmin edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya protesti təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 193, 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya protesti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 16 (on altı) saat üçün cəmi 176 (yüz yetmiş altı) manat pul dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar