Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-634/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru İsmayılzadə Emin Xəyyam oğlunun, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Məhkum – Məhkum iştirakları ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı tarixli, *(*- ***)-***/**** nömrəli qərarından prokuror tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzanın çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Nərminə Rzayeva) ## ### 2026-cı tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Məhkum xahişi təmin edilərək, Məhkum Füzuli rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə AR CM-nın 234.2 və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 05 (beş) ay 29 (iyirmi doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi, şərti olaraq vaxtından əvvəl azad olunma dövrü ərzində qəsdən cinayət törədəcəyi təqdirdə Azərbaycan Respublikası CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin ediləcəyinin məhkuma izah edilməsi, məhkumun davranışı üzərində nəzarətin onun yaşayış yeri üzrə İcra qurumuna tapşırılması, şərti məhkum etmə dövründə məhkumun üzərinə işə düzəlməklə ailəsinə maddi yardım göstərmək, onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Həmin qərardan prokuror apellyasiya protesti verib məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026cı tarixli qərarının ləğv edilərək məhkumun ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Suraxanı rayon məhkəməsinin müvafiq qərarı ilə Füzuli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təqsirli bilinərək AR CMnin 234.2 və 93.1.2-cü maddələrinə əsasən 03 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Amnistiya qərarı ilə cəzası 6 ay azaldılmış, cəza çəkdiyi dövürdə islah yoluna qədəm qoymayaraq cəzaçəkmə müəssisəsinin daxili nizam-intizam qaydalarına riayət etməsi, zərərçəkənlərlə tam barışıq əldə etməməsi həmçinin, ictimai və mədəni tədbirdə iştirakı araşdırılmamış Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsi əsassız olmuşdur. Məhkəmə, qərar qəbul edərkən Məhkum barəsində tətbiq edilmiş müvafiq Amnisitiya qərarına əsasən cəzasının azaldılması və hazırda cəzasının qalan 5 ay 29 gün çəkilməmiş hissəsindən azad olunması şəxsin faktiki olaraq ona təyin olunmuş cəzanın çəkməməsini nəzərə almamışdır. Məhkəmə qərar qəbul edərkən Məhkum barəsində tərtib olunan müsbət mülahizənin olduğu kimi qərarına köçürülməklə kifayətlənmişdir. Məhkəmə məhkum Məhkum un konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasını, törətdiyi cinayətə münasibətinin təzahür formasını narkomaniyadan məcburi müalicənin ləğv edilməməsini, hansı ictimai və mədəni tədbirdə iştirak etməsini araşdırmamış, islah olunmasının nədə təzahür etməsi, hansı nailiyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsi qeyd edilməmiş, yalnız formal xarakter daşıyan mülahizəyə və ümumi əsasları müəyyən edən qanun normasına istinad etməklə kifayətlənmişdir. Məkəmə qərar qəbul edərkən şəxsin eyni xarakterli cinayət əməli törətməsinə görə əvvəllər məhkum olunmasını, həmçinin zərərçəkənlərlə tam barışıq əldə etməməsini nədənsə nəzərə almaması məhkəmə qərarının qanunsuzluğuna dəlalət edir. Odur ki, məhkəmənin Məhkum barəsində çıxardığı ##.##.2026-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməlidir. Apellyasiya baxışı zamanı prokuror apellyasiya protestini müdafiə edərək protestdə göstərilən əsaslarla təmin edilib birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilib, məhkum Məhkum ərizəsinin təmin edilməməsini, məhkum və onun müdafiəçisi isə protestinin təmin edilməyib mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya protesti ilə əlaqədar materialları tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkum Füzuli rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nın 234.2 və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarı barəsində tətbiq edilməklə cəzası 6 ay azaldılmışdır. Məhkum hazırda azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində çəkir. Cəzasının əvvəli ## ####### 2023-cü ildən hesablanmaqla, ## ####### 2026-cı ildə bitəcək. Şəxsi iş və mülahizədən görünür ki, məhkum ** saylı cəzaçəkmə müəssisəsinə Umbakı Penitensiar Müəssisəsindən ##.##.2025-ci il tarixdə qəbul olunmuşdur. O, müəssisəyə qəbul olunduğu gündən ona hüquq və vəzifələri, müəssisənin daxili intizam qaydaları izah edilmiş, törətdiyi cinayət əməlinə münasibəti öyrənilmiş, dəstədə yataq yeri ilə təmin olunmuşdur. Onunla aparılan tərbiyəvi söhbətlərdən özü üçün müsbət nəticələr çıxarmış, müəssisədə və dəstədə keçirilən abadlıq işlərində könüllü olaraq yaxından iştirak etmişdir. Məhkum kollektivi arasında hərəkət və davranışı ilə nümunə olmuşdur. Əməyə və təhsilə münasibəti müsbətdir. Asudə vaxtlarını səmərəli keçirir. Xasiyyətcə sakit təbiətlidir. ##.##.2026-cı il tarixdə Əlavə Telefon danışığına icazə verilməklə həvəsləndirilmişdir. Barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Ailə üzvləri və yaxınları ilə telefon və görüş vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayır. Hökm üzrə təyin olunmuş ekspertiza xərci ödənilməmişdir. Məhkum ilə aparılan profilaktik tərbiyəvi söhbət zamanı o, törətdiyi cinayət əməlini etiraf edərək, peşmançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı uşağının olmasını bildirərək nəzərə alınmasını xahiş edir. Məhkumun şəxsi işi - ##.##.2025-ci il tarixdə 15 N-li iclas protokoluna əsasən protokollaşdırılmışdır. (Protokol şəxsi işə əlavə olunmuşdur). Onun islah yoluna qədəm qoymasını, müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirməsini və s. halları nəzərə alaraq məhkəməyə təqdim olunması üçün müsbət rəy verilmişdir. Məhkum barəsində cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizdən görünür ki, məhkumun təyin olunmuş cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsi və müsbət davranışı nəzərə alınaraq cəzanın çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədəmüvafiq hesab etmişdir. CM-nin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; CM-nin 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər; CM-nin 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanunun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onun normal sosial faydalı həyata qaytarılmasına yardım edən institutdur. Birinci instansiya məhkəməsi məhkum Məhkum şəxsi iş materialını qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkumun şəxsi işi ilə qarşılıqlı şəkildə araşdırmış və məhkumun cəza çəkdiyi müddət ərzində islah olunduğu qənaətinə gələrək sonuncunun ərizəsini təmin etməklə məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə qanuni və əsaslı qərar qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Apellyasiya protestində məhkumun konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olması, törətdiyi cinayətə münasibətinin təzahür forması, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinin araşdırılmaması, hansı nailiyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsinin qeyd edilməməsi, yalnız formal xarakter daşıyan mülahizəyə və ümumi əsasları müəyyən edən qanun normasına istinad etməklə kifayətlənməsi göstərilsə də, protestin həmin dəlilinə münasibətdə qeyd olunmalıdır ki, məhkumun şəxsi işindən göründüyü kimi, Məhkum əməyə münasibəti normaldır, məhkumlar arasında özünü sakit aparır, məhkum islah yoluna qədəm qoymuşdur. Yuxarıda sadalanan hallar, qanunvericinin məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl edilməsi üçün müəyyən etdiyi tələblərin məhkuma münasibətdə ödənildiyi nəzərə alındıqda məhkəmə kollegiyasında Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi qənaətin düzgünlüyünə dair daxili inam yaratmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya protesti əsassız olduğundan təmin olunmamalı və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-nin 193, 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya protesti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsinə dair ## ### 2026-cı tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş protestə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №7(3-6)-634/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-634/2026
08.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver