Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-649/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), İbrahimov Zamin Vəliyəddin oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, Məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə təyin edilmiş cəzanın üzərindən götürülməsi, təqsirli bilindiyi digər maddələrlə cəzalar əhatə olunmaqla aşağı həddə endirilməsi barədə ərizəsinin geri qaytarılmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə təyin edilmiş cəzanın üzərindən götürülməsi, təqsirli bilindiyi digər maddələrlə cəzalar əhatə olunmaqla aşağı həddə endirilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 32.5,206.3.2-ci maddələri ilə təqsirli bilinib 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə təyin edilmiş cəza üzərindən götürülməli, təqsirli bilindiyi digər maddələrlə cəzalar əhatə olunmaqla aşağı həddə endirilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum təyin edilmiş cəzanın üzərindən götürülməsinə dair ərizəsi baxılmadan geri qaytarılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından məhkum apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasındakı çıxışında məhkum və onun müdafiəçisi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilib, məhkumun ərizəsinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında prokuror apellyasiya şikayətinin təmin olunmayıb mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə əlaqədar materialları tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkum Məhkum ərizəsinin geri qaytarılmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cinyaət prosessual qanunvericiliyi ilə məhkum Məhkum müraciətinin hökmün icrası qaydasında baxılması nəzərdə tutulmadığından ərizə baxılmadan geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla bərabər həmçinin qeyd edir ki, apellyasiya şikayətinin və məhkumun ərizəsinin təmin edilməsi üçün qanuni əsaslar mövcüd deyil. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq qərara alır: Məhkum Məhkum apellyasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə təyin edilmiş cəzanın üzərindən götürülməsi, təqsirli bilindiyi digər maddələrlə cəzalar əhatə olunmaqla aşağı həddə endirilməsi barədə ərizəsinin geri qaytarılmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Hazırki qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Zamin İbrahimov Murad Məmmədov
Məhkəmə qərarları › İş №7(3-6)-649/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-649/2026
01.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver