Məhkəmə qərarları › İş №7(3-6)-650/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-650/2026

22.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-650/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X2 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı X3 Müəssisəsinin nümayəndəsi İbrahimov Orxan Asif oğlunun, Müdafiəçi – “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, Məhkum – Məhkum iştirakları ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı X3 Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı X3 Müəssisəsində cəza çəkən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkumun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilərək Məhkum vaxtından əvvəl şərti azadlığa buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəçisinin, şikayətin təmin edilməməsi barədə isə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmənin qərarı ləğv olunmalı, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin olunmalıdır. Belə ki, məhkum Məhkum Bakı şəhər, Suraxanı rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2, 264, 66.2, 68.1.1-1, 69.3, maddələrinə əsasən 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə, 04 (dörd) il 07 (yeddi) ay, 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən "Konstitusiya və Suverenlik ili" münasibətilə elan edilmiş amnistiya aktının 3.1 bəndinin tətbiq edilməsi ilə azadlıqdan məhrumetmə cəzasının müddəti 6 (altı) ay azaldılaraq cəzası 04 (dörd) il 01 (bir) ay 23 (iyirmi üç) günə endirilmişdir. Cəza çəkmə müddətinin əvvəli ##.##.2023-cü il tarixdən hesablanır. Cəza çəkmə müddəti ##.##.2027-ci il tarixdə başa çatır. Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təqdimat verən orqan tərəfindən verilmiş mülahizədən görünür ki, məhkum Məhkum ##.##.2023-cü il tarixdə cəzasını çəkmək üçün Bakı şəhər probasiya idarəsindən Təqdimat verən orqan göndərilmiş və müvafiq qaydada müəssisədə qeydiyyata alınmışdır. Müəssisəyə gəldiyi ilk gündən hüquq və vəzifələri, daxili-intizam qaydaları izah edilmiş, islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Törətdiyi cinayət əməlinə müvafiq olaraq tərbiyə işi aparılmışdır. Əvvəllər barəsində tənbeh tədbirləri tətbiq edilsə də, sonradan cəza çəkdiyi müddət ərzində aparılmış tərbiyəvi işlərdən nəticə çıxararaq özünü müsbət xarakterli məhkum kimi göstərmişdir. Xasiyyətcə sakitdir. Davranışında mülayim, səmimidir. Birgə yaşayış qaydalarına riayət edir, asudə vaxtını səmərəli təşkil etməyi bacarır, məişətdə səliqəli və təmizkardır. Ailə üzvləri ilə münasibəti normal olmuşdur. Fərdi söhbətlər zamanı törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. Məhkum Məhkum müəssisədə cəza çəkdiyi müddətdə daxili rejim qaydaları pozuntusuna yol verdiyi üçün barəsində ##.##.2024-cü il tarixli əmri ilə “Töhmət", ##.##.2025-ci il tarixli əmri ilə "Töhmət” elan olunmaqla 2 dəfə tənbeh tədbiri tətbiq edilmişdir. Nümunəvi davranışı mədəni kütləvi və tərbiyəvi tədbirlərdə fəal iştirak etdiyinə görə müəssisə rəhbərliyi tərəfindən 11 həvəsləndirmə tədbiri tətbiq olunmuşdur. ##.##.2026-cı il tarixli əmri ilə "CİM-nin 105.2 maddəsinə əsasən müəssisədən kənara buraxılma", ##.##.2026-cı il tarixli əmri ilə “CİMnin 105.2 maddəsinə əsasən müəssisədən kənara buraxılma”, ##.##.2026-cı il tarixli əmri ilə “CİM-nin 105.2 maddəsinə əsasən müəssisədən kənara buraxılma", ##.##.2026-cı il tarixli əmri ilə "CİM-nin 105.2 maddəsinə əsasən müəssisədən kənara buraxılma", ##.##.2026-cı il tarixli əmri ilə “CİM-nin 105.2 maddəsinə əsasən müəssisədən kənara buraxılma", ##.##.2026-cı il tarixli əmri ilə “CİM-nin 105.2 maddəsinə əsasən müəssisədən kənara buraxılma”, ##.##.2026-cı il tarixli əmri ilə "CİM-nin 105.2 maddəsinə əsasən müəssisədən kənara buraxılma", ##.##.2026-cı il tarixli əmri ilə "CİM-nin 105.2 maddəsinə əsasən müəssisədən kənara buraxılma", ##.##.2026-cı il tarixli əmri ilə "CİMnin 105.2 maddəsinə əsasən müəssisədən kənara buraxılma", ##.##.2026-cı il tarixli əmri ilə “CİM-nin 105.2 maddəsinə əsasən müəssisədən kənara buraxılma", ##.##.2026-cı il tarixli əmri ilə “CİM-nin 105.2 maddəsinə əsasən müəssisədən kənara buraxılma" həvəsləndirmə tədbirləri elan edilmişdir. Məhkumun ekspertiza xərci ilə əlaqədar dövlətə olan 48 manat borcu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarında şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı komissiyasının ##.##.2026-cı il tarixli ** saylı iclas protokoluna əsasən məhkum Məhkum barəsində müsbət rəy verilmişdir. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəmüvafiqdir. Birinci instansiya məhkəməsi məhkumun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinə münasibət bildirərkən qeyd etmişdir ki, Məhkum qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşmamış və belə olan halda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılması mümkünsüzdür. Bundan başqa, məhkumun əməlin ictimai təhlükəliliyini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkumun ağır cinayət törətməyə görə ona təyin olunmuş 04 il 07 ay 23 gün müddətində azadlıqdan mərhum etmə cəzasının yarısından çoxunu çəkməsi onun şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsi 01 il 03 ay 24 gün təşkil etdiyindən onun vaxtından əvvəl şərti olaraq cəzadan azad edilməsi məqsədəmüvafiq hesab edilmir. Odur ki, məhkəmə cinayət qanunvericiliyinin müddəalarını rəhbər tutaraq, daxil olmuş ərizəni, ** saylı X3 müəssisənin nümayəndəsinin mülahizəsini, tərəflərin çıxışlarını, məhkumun şəxsi işini və digər sənədləri nəzərə alıb hesab edir ki, məhkum Məhkum cəzasını məntəqə cəzaçəkmə müəssisəsində çəkməsinə davam etməli, ona görə də onun ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. CM-nin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məhkum barəsində tətbiq edilə bilər. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Məhkum şəxsi işindən görünür ki, Bakı şəhər, Suraxanı rayon Məhkəməsinin ##.##.2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2, 264, 66.2, 68.1.1-1, 69.3, maddələrinə əsasən 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə, 04 (dörd) il 07 (yeddi) ay, 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən "Konstitusiya və Suverenlik ili" münasibətilə elan edilmiş amnistiya aktının 3.1 bəndinin tətbiq edilməsi ilə azadlıqdan məhrumetmə cəzasının müddəti 6 (altı) ay azaldılaraq cəzası 04 (dörd) il 01 (bir) ay 23 (iyirmi üç) günə endirilmişdir. O təyin edilmiş 04 (dörd) il 01 (bir) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasından, bu günə kimi 02 (iki) il 11 (on bir) ay 17 (on yeddi) gününü həqiqətən çəkmiş, (çəkilməmiş cəzası 01 (bir) il 02 (iki) ay 06 (altı) cəza çəkdiyi müddət ərzində daxili rejim qaydalarını iki dəfə pozduğu üçün barəsində 2 dəfə “Töhmət” elan edilsə də, nümunəvi davranışı, mədəni kütləvi və tərbiyəvi tədbirlərdə fəal iştirak etdiyinə görə müəssisə rəhbərliyi tərəfindən 11 həvəsləndirmə tədbiri tətbiq olunmuşdur ki, qeyd edilən hallar məhkumun cəza çəkdiyi illər ərzində islah olunmuş məhkum kimi xarakterizə edilməsinə imkan verir. Məhkəmə kollegiyası iş materiallarını, müsbət mülahizəni, tərəflərin çıxışlarını, məhkumun şəxsi işini nəzərdən keçirərək hesab edir ki, məhkum Məhkum cəzaçəkmə müddətində davranışı ümumilikdə müsbət qiymətləndirilməli və bu səbəbdən onun cəzasını tam çəkməsinə lüzum olmadığından məhkumun ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 399.1.2-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uygun olmaması apellyasiya şikayəti və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin CM-nin 76.2-ci maddəsini rəhbər tutaraq cəzadan şərti olaraq vaxtından əvvəl azad edilərkən Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını vacib hesab edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları və apellyasiya şikayətinin təmin edilməməsinə səbəb ola biləcək halların işdə mövcud olmamasını nəzərə alaraq hesab edir ki, məhkumun müdafiəçisinin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla, məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası şərh olunanları və CPM-in 398.1.2, 399.1.2, 401 və 520-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il, 02 (iki) ay 06 (altı) günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilsin. Məhkum Məhkum məhkəmə iclas zalından dərhal azad olunsun. Məhkum üzərinə onun davranışına nəzarəti həyata keçirən icra məmuruna məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Qərarın bu hissədə icrasına nəzarət Məhkum yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın icrası dərhal təmin edilsin. Hazırkı qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar