Məhkəmə qərarları › İş №7(3-6)-654/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-654/2026

22.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-654/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞ-nin nümayəndəsi Vüsal Feyziyevin, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Xəstə – Məhkum iştirakı ilə, Xəstə Məhkum barəsində narkomaniyadan məcburi müalicənin ləğv edilməsinə dair ərizəsinin baxılmadan geri qaytarılsı barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkum barəsində Zərdab Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2024-cü il tarixli hökmünə əsasən təyin olunmuş narkomaniyadan məcburi müalicənin ləğv olunmasına dair ərizə ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə xəstə Məhkum barəsində narkomaniyadan məcburi müalicənin ləğv edilməsinə dair ərizəsi baxılmadan geri qaytarılmışdır. Həmin qərardan narazı qalan xəstə Məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilərək, təyin edilmiş narkomaniyadan məcburi müalicənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zərdab rayon Məhkəməsində keçirilən prosesdə demişdir, indi də qeyd edir ki, o, narkotikadan istifadə etmir və heç bir asılılığı mövcud deyil. Cinayət Məcəlləsinin 59.1.11 ci bəndlərini nəzərə alaraq Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsini və dövlət təltiflərinin olmasını nəzərə alıb yüngülləşdirən hal kimi qiymətləndirilməsini, eləcədə himayəsində az yaşlı övladlarının olmasını, atasının birinci qrup əlil olmasını həmçinin sağlam olmamasının nəzərə alınmasını xahiş edir. ##.##.2026-ci il tarixdə Həkim-Məsləhət Komissiyasının **** nömrəli AKT əsasən onda heç bir narkotik maddə aşkar olunmamışdır. Sabunçu Rayon Məhkəməsi hec bir ekspertiza təyin etmədən, sağlam olub olmadığını müəyyənləşdirmədən onun ərizəsini geri qaytarmışdır. Məcburi müalicənin məqsədi şəxsin müalicə olunması və onun sosial reabilitasiyası və ətrafı üçün yaratdığı təhlükədirsə hazırda onun heç bir müalicəyə və ya reabilitasiyaya ehtiyacı yoxdur. Sağlam olduğu halda qərardən 3 il keçəndən sonra onun azadlığının məhdudlaşdırılması yolverilməzdir. Apellyasiya baxışı zamanı məhkum xəstə Məhkum, müdafiəçisi Müdafiəçi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞ-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiklərini bildirmiş, apellyasiya şikayətinin təmin olunaraq birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən prokuror X4 birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 519.2-1-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələlərinə dair cəzaçəkmə müəssisəsinin və ya məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müraciəti aşağıdakı qaydada həll edilir: Həmin məcəllənin 519.2-1.1. maddəsinə əsasən psixi pozuntusu olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələlərinə məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və həkim-psixiatr komissiyasının rəyi nəzərə alınmaqla həmin tədbirlərin tətbiq edildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır; Həmin məcəllənin 519.2-1.2. maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicədə olan narkoloji xəstələrin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və ya məcburi müalicə müddətinin uzadılması məsələlərinə məcburi müalicəni həyata keçirən müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla müəssisənin yerləşdiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır; Həmin məcəllənin 519.2-1.3. maddəsinə əsasən cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumlar barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin ləğv edilməsi məsələsinə məcburi müalicəni həyata keçirən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum ərizəsini geri qaytarmışdır. Belə ki, məhkəmə bu qənaətini belə əsaslandırmışdır ki, Məhkum ərizəsi öyrənilərkən hazırda onun məcburi müalicəni həyata keçirən tibb müəssisəsində müalicədə olunmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, Məhkum Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində müalicədə olduğu təqdirdə onun tərəfindən yazılmış ərizə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin müşayiət məktubu vasitəsilə məhkəməyə göndərilmiş olmalı idi. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93-1.5-ci maddəsinə əsasən narkomaniya xəstəliyi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs bu tədbirin tətbiqinin uzadılması və ya ləğv edilməsi məsələsinin həll edilməsi məqsədi ilə altı ayda bir dəfədən az olmayaraq həkim-məsləhət komissiyasında baxışdan keçirilməlidir. Həmin tədbirlərin uzadılması və ya ləğv edilməsi məsələsinə ilk dəfə müalicənin başlandığı gündən altı ay keçdikdən sonra baxılır. Ərizədə Məhkum ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində müalicəyə başladığını qeyd etmişdir. Göründüyü kimi Məhkum özünün ərizəsində göstərdiyi kimi altı ay keçmədən məcburi müalicənin ləğvi ilə bağlı müraciət etmişdir ki, bu da CM-nin 93-1.5-ci maddəsinin tələbinə əsasən ərizəyə baxılmasını istisna edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hakiminin mövqeyi ilə razılaşır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə, məhkəmə kollegiyası xəstə Məhkum apellyasiya şikayətinin dəlillərini, iş materiallarını qarşılıqlı şəkildə tədqiq edib, hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Xəstə Məhkum apellyasiya şikayəti təmin olunmasın. Xəstə Məhkum barəsində narkomaniyadan məcburi müalicənin ləğv edilməsinə dair ərizəsinin baxılmadan geri qaytarılsı barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (iyirmi) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov(sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar