Məhkəmə qərarları › İş №7(3-6)-655/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-655/2026

02.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-655/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Prokuror – Prokuror prokuroru X3, Məhkum – Məhkum, Müdafiəçi – “Presedent” Vəkil Bürosunun vəkili müdafiəçi1 İlqar oğlunun iştirakları ilə, ## ###### 1970-ci ildə Salyan rayonu, Xocalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Salyan rayonu, Xocalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan məhkum Məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının tətbiq edilməsi məsələsinə dair ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan məhkum Məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim Günel Məmmədova) ərizə təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında məhkum və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Prokuror prokuroru X3 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası, təqdim edilmiş materialı və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025ci il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona Salyan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2025-ci il tarixli hökmü ilə ona təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Məhkum qəti olaraq 1 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarında qeyd edilmişdir ki, Məhkum ilkin olaraq Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin sonradan Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə onun birinci hökm çıxarılanadək törətdiyi digər cinayət əməli üzrə də təqsirli olması müəyyən edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq əvvəlki hökm üzrə təyin edilmiş cəza yeni hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 14-cü hissəsinə əsasən, Qərarın cəzanın çəkilməmiş hissəsinə dair müddəaları cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilməmiş hissəsinə şamil edilir. Həmin normanın mənasına görə, hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəza vahid hüquqi nəticə yaratdığından, əvvəlki hökm üzrə təyin edilmiş cəzanın ayrıca qaydada qiymətləndirilməsi və ona müstəqil şəkildə amnistiya tətbiq edilməsi yolverilməzdir. Bundan başqa, Qərarın 9-cu hissəsinə əsasən, amnistiya yalnız bu Qərar qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər, habelə həmin tarixədək çıxarılmış və sonradan qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslərə tətbiq edilir. Hazırkı halda isə məhkum barəsində qəti cəza müəyyən edən və hazırda icra olunan hökm Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmüdür ki, həmin hökm amnistiya aktının qəbul edilməsindən sonra çıxarılmışdır. Buna görə də, həmin hökm üzrə amnistiya aktının tətbiqi mümkün deyildir. Göründüyü kimi məhkumun apellyasiya şikayəti əsassız olmaqla həmin şikayətdə etdiyi xahiş Amnistiya aktına ziddir, onun barəsində amnistiya aktı tətbiq edilə bilməz. Məhkum birinci instansiya məhkəməsinin hökmünü amnistiya aktının tətbiqi ilə bağlı narazı qaldığı hissədə apellyasiya qaydasında mübahisələndirə bildiyindən, cəzaların icrası qaydasında amnistiya aktının tətbiq edilməməsində şikayət etməsi üçün hüquqi əsas yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.2-ci bəndinin məhkum Məhkum tətbiq edilməsinə dair ərizəsinin təmin edilməməsinə dair qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Presedent” Vəkil Bürosunun vəkili müdafiəçi1 İlqar oğlu tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 8 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq “Presedent” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar