Məhkəmə qərarları › İş №7(3-6)-657/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-657/2026

22.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-657/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Səfərova Ülkər Asim qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, müdafiəçi - Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkum Məhkum iştirakları ilə, ## ##### 1978-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barəsində ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından məhkum Məhkum apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında məhkum Məhkum və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1 apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarını qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Gəncə Şəhər Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən görünür ki, məhkum Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, məhkum Məhkum barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinin tətbiq edilməklə cəzası 6 ayazaldılmışdır. Cəzaçəkmə Müəssisəsinin yazılı mülahizəsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən görünür ki, məhkum Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**(-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, məhkum Məhkum barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinin tətbiq edilməklə cəzası 6 ay azaldılmışdır. Ekspertiza xərci 296 manat təşkil edir. Cəzasının əvvəli ##.##.2025-ci il, cəzasının sonu ##.##.2026-cı ildir. Şəxsi işindən görünür ki, Məhkum istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,336 qram çəkidə narkotik vasitə olan heroini əldə edib, daşıyaraq üzərində saxlamışdır. Məhkum Məhkum ##.##.2025-ci il tarixdə ** saylı cəzaçəkmə müəssisəsinə 02 Saylı Istintaq təcridxanasından gətirilmişdir. Müəssisəyə gəldiyi gündən ona hüquq və vəzifələri, müəssisənin daxili intizam və rejim qaydaları izah olunmuş və əməyə cəlb edilmişdir. Cəzanın çəkilməsi qaydalarını pozmaması və müəssisə əməkdaşlarının qanuni tələblərinə əməl etməsi tövsiyyə olunmuşdur. Karantin müddəti keçdikdən sonra məhkum zəruri məişət avadanlıqları ilə təmin edilərək təlimata uyğun olaraq ** saylı dəstəyə bölünmüşdür. Cəza çəkdiyi müddət ərzində məhkum barəsində tənbeh tədbiri tətbiq olunmamışdır. Məhkumla mütəmadi olaraq fərdi-tərbiyəvi xarakterli söhbətlərdən o, özü üçün düzgün nəticə çıxarmağa bacarmış, davranışlarında müsbət dəyişikliklərə nail olmuşdur. Əməyə və təhsilə münasibəti müsbətdir. Belə ki, bilik səviyyəsinin artırılması üçün kitabxanadan mütəmadi istifadə edir. Müəssisədə və dəstədə aparılan təmir abadlıq işlərində fəallıq göstərir. Məhkumlar arasında özünü intizamlı aparır. Müəssisədə və dəstədə keçirilən mədəni kütləvi və tərbiyəvi tədbirlərdə, dəstə kollektiv şurasının və onun bölmələrinin iclaslarında iştirak edir. Davranışlarında müsbət dəyişikliklərə nail olduğu üçün məhkum Məhkum barəsində cəza çəkdiyi müddət ərzində bir dəfə ##.##.2026-cı il tarixdə "Təşəkkür” həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Törətdiyi cinayət əməlini etiraf edir və peşmançılıq hissi keçirir. Xasiyyətcə sakit və mülayimdir. Ailə üzvləri və yaxın qohumları ilə görüş və telefon vasitəsi ilə əlaqə saxlayır. Ədliyyə Nazirinin ##.##.2025-ci il **-T nömrəli əmri ilə təsdiq edilmiş komissiya tərəfindən ##.##.2026-cı il tarixdə məhkum Məhkum müsbət rəy verildiyini nəzərə alaraq onun şərti olaraq vaxtından əvvəl azad olunması məqsədə uyğun hesab olunmuşdur. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə dair Ədliyyə Nazirliyinin xüsusi komissiyasının rəyi müsbət olsa da əsaslandırılmamış, mülahizə şablon ifadələrdən istifadə edilərək ümumi sözlərlə və ziddiyyətli ifadələrlə yazılmışdır. Məhkəmə hesab edir ki, mülahizə və komissiyanın rəyi formal tərtib olunduğundan məhkumun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq ilk olaraq qeyd edir ki, cəzaçəkmə müəssisəsi tərəfindən məhkum barəsində müsbət rəy verilməsi onun islah yoluna qədəm qoyması demək deyil. Cəzaçəkmə müəssisəsi tərəfindən məhkuma verilmiş rəy onun şəxsi işi ilə birlikdə araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli hökmdə qeyd edlmiş DIN-nin BƏSII-dən daxil olmuş tələbnamədən görünür ki, Məhkum Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 131.2, 221.1-ci maddələri ilə təqsirli bilinərək 20 faiz qazancından tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin ##.##.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ##.##.2008-ci il tarixli Nərimanov Ryaon Məhkəməsinin qərarına əsasən 1 il 1 ay 1 gün mtcm-ə keçirilmiş, ##.##.2009-cu ildə cəzanın sonu ilə azad edilmiş, Yevlax Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21,10.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qəbələ rayon Məhkəməsinin ##.##.2016-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.2-ci, 240.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Eyni zamanda, Salyan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** nömrəli qərarından görünür ki, Məhkum Yevlax rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2, 240.1 və 66.2-ci maddələrinə əsasən qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzası ##.##.2024-cü ildə başa çatan məhkum Məhkum azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 09 (doqquz) ay 01 (bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, məhkum Məhkum daha əvvəl cəzasının çəkilməmiş qalan 09 (doqquz) ay 01 (bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq o, islah olunmamış, yenidən cinayət əməli törətmiş, cinayət meyilli şəxs olmağa davam etmişdir. Həmçinin məhkum tərəfindən ona təyin edilmiş cəzasının əhəmiyyətli hissəsi çəkilməmişdir. Belə ki, məhkum Məhkum Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə məhkum Məhkum barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinin tətbiq edilməklə cəzası 6 ay azaldıldıqdan sonra hazırda məhkumun cəzasının çəkilməmiş 3 (üç) ay 10 (on) günü qalmışdır. Məhkəmə hesab edir ki, məhkumun cəzasının sonuna az müddətin qalması onun cəza çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilməsi üçün yeganə və mütləq əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza cəkən şəxsin islah olunmaq üçün cəzanı tam cəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3.1-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli, ** nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Məhkəmələrə izah olunsun ki, bu xarakterli müraciətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Bu zaman məhkəmələr nəzərə almalıdır ki, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunmağa və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə maneə kimi nəzərdə tutulmamışdır. Lakin, məhkumun vurulmuş ziyanı ödəməkdən qəsdən boyun qaçırması (məsələn, əmlakı gizlətməsi və s.), törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə maneə ola bilər. Bununla yanaşı məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Məhkəmə kollegiyası məhkum Məhkum barəsində verilmiş mülahizəni onun şəxsi işi ilə əlaqəli surətdə, bütün qanuni vasitələrdən istifadə etməklə tam, hərtərəfli, obyektiv araşdıraraq və onun cəza çəkdiyi müddətdəki davranışlarını ətraflı təhlil edərək hesab edir ki, məhkum cəzasının qanunla müəyyən edilmiş hissəsini çəksə də, barəsində verilmiş mülahizəyə və cəza çəkdiyi müddət ərzində islah olunmadığına əsasən ərizənin təmin edilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkum Məhkum həqiqətən islah olunması və cəzanı çəkməsinə lüzum olmaması halını məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, şəxsi işində olan və məhkəmə kollegiyasının iclasında araşdırılıb qiymət verilmiş hallar məhkumun islah olunduğunu təsdiq etməməklə, onun islah yoluna qədəm qoymuş məhkum olması qənaətinə gəlməyə əsas vermir. Məhkəmə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd edir ki, Məhkum islah yoluna qədəm qoymuş məhkum kimi qiymətləndirilməsini müəyyən etmir. Məhkumun hökmlə təyin edilmiş cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkməsi barədə məhkəmə kollegiyası qeyd edir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilərkən məhkumun davranışı, şəxsiyyəti, daxili rejim qaydalarına əməl etməsi və bu kimi digər hallar birlikdə araşdırılır. Əks halda təyin edilmiş cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılması mümkünsüzdür, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin rədd edilməsi barədə ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün, cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Femida» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar