Məhkəmə qərarları › İş №7(3-6)-663/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-663/2026

29.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-663/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin Bakı apellyasiya məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Məhkum – Məhkum iştirakları ilə, Məhkum Məhkum təyin edilmiş cəzanın icra edilmiş hesab edilərək azadlığa buraxılması barədə ərizəsinin təmin olunmamasına dair Bakı şəhəri Qaradağ rayon məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar müəssisəsində ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkum Məhkum müdafiəçisi Müdafiəçi Xəllil oğlu ərizə ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət edərək məhkum Məhkum barəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri üzrə 1-ci dərəcəli məhkəmə kollegiyasının ## ###### 1991-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın icra edilmiş hesab edilərək azadlığa buraxılmaqla azadlıq hüququnun təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində ömürlük azadlıqda məhrumetmə növündə cəza çəkən məhkum Məhkum müdafiəçisi Müdafiəçi ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkumun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək qeyd etmişdir ki, məhkum hazırda 37 ildir ki azadlıqdan məhrumetmə cəzasını heçbir məhkəmə qərarı olmadan çəkməkdədir. Umbakı Penitensiar Müəssisəsində saxlanılır. Cəza çəkdiyi müddət ərzində daxili intizam və rejim qaydalarına əməl etməklə barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Dəfələrlə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Məhkum hazırda ölüm hökmünə məhkum olmaqla qanunvericilikdə nəzərdə tutulmayan, qüvvədən düşmüş bir qanuna əsasən qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. Birinci instansiya məhkəməsi heçbir əsas olmadan ərizəni təmin etməmişdir. Bu səbəbdən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli saylı qərarının ləğv edilməsi, Məhkum barəsində olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri üzrə 1-ci dərəcəli məhkəmə kollegiyasının ## ###### 1991-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın icra edilmiş hesab edilərək azadlığa buraxılmaqla Məhkum azadlıq hüququnun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında məhkum Məhkum və onun müdafiəçisi apellyasiya şikayətini tam müdafiə edərək, təmin edilməsi və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli saylı qərarının ləğv edilməsi, Məhkum barəsində olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri üzrə 1-ci dərəcəli məhkəmə kollegiyasının ## ###### 1991-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın icra edilmiş hesab edilərək azadlığa buraxılmaqla Məhkum azadlıq hüququnun təmin edilməsini, prokuror öz çıxışında verilmiş apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirirərək, şikayətin təmin edilməməsini, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Həbsxanası səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə həmin şəxsin iştirakı olmadan məsələyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işinə araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin, şikayətin təmin edilməməsi barədə isə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş materialdan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.1991-ci il tarixli hökmü ilə ölüm hökmünə məhkum edilmiş Məhkum Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri üzrə 1-ci dərəcəli məhkəmə kollegiyasının ## ###### 1991-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15, 88- 1-ci maddəsi, 70-ci maddəsi, 94-cü maddəsinin 1 və 8-ci bəndləri, 15,94cü maddəsinin 1 və 8-ci bəndləri, RSFSR Cinayət Məcəlləsinin 77-ci maddəsi, 17, 102- ci maddəsinin "a" bəndi, Gürcüstan Respublikası Cinayət Məcəlləsinin 78-ci maddəsi, 17,96-1-ci maddəsi və 19, 104-cü maddəsinin 1 və 9-cu bəndləri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15,88-1 maddəsi və Gürcüstan Respublikası Cinayət Məcəlləsinin 17, 96-1-ci maddəsinin hər biri ilə özünə məxsus əmlakı müsadirə edilməklə 14 (on dörd) il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15, 94-cü maddəsinin və 8-ci bəndi ilə Gürcüstan Respublikası Cinayət Məcəlləsinin 19, 104-cü maddəsinin 1 və 9-cu bəndi ilə olan hər bir maddə üzrə 15 (on beş) il azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi, Gürcüstan Respublikası Cinayət Məcəlləsinin 78-ci maddəsi və RSFSR Cinayət Məcəlləsinin 77-ci maddəsinin hər biri ilə özünə məxsus əmlak müsadirə olunmaqla ölüm cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 1 və 8-ci bəndləri ilə ölüm cəzasına məhkum olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri üzrə 1-ci dərəcəli məhkəmə kollegiyasının ## ###### 1991-ci il tarixli hökmü ilə ## ##### 1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, Q.Qarayev prospekti, ev 44, mənzil 52-də yaşamış məhkum Məhkum Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri Üzrə 1-ci dərəcəli Məhkəmə Kollegiyasının ## ###### 1991-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 15, 88-1, 88-1, 70, 94m 1, 8b, 15,94m 1, 8b, RSFSR CM-nin 77, 17, 102m, "a" b, Gürcüstan Respublikasını CM-nin 78, 17, 96-1, 19, 104m 1, 9b, (CM-nin (yeni red) 29,179.3.2, 217, 120.2.5, 120.2.10, 29, 120.2.5, 29, 120.2.10) maddələri ilə təqsirli bilinərək ölüm cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının ##.##.1998-ci il tarixli "Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İslahƏmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi" haqqında Qanuna əsasən ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Cəzasını həbsxanada çəkməklə, cəzasının əvvəli ##.##.1989-cu il tarixdən hesablanmışdır. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkumun müdafiəçisinin təyin edilmiş cəzanın icra edilmiş hesab edilərək azadlığa buraxılması barədə ərizəsinə baxarkən verilmiş ərizənin təmin edilməsi üçün hər hansı bir hüquqi əsasların olmadığının müəyyən edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işlə bağlı düzgün nəticəyə gəlmiş və verilmiş apellyasiya şikayəti həmin qərarın ləğvi üçün əsas olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Qanun həmin normanın istisnasız olaraq törətdiyi cinayətin kateqoriyasından asılı olmayaraq bütün məhkumlara tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 57.3-cü maddəsinə əsasən məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Şərh olunan normanın məzmunundan görünür ki ömürlük azadlıqdan məhrum etmə cəza çəkən şəxsin cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması üçün 3 əsas şərt tələb olunur. 1) ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkməsi. 2) cəza çəkən məhkumun cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətməsi. 3) məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmaması. Məhkum Məhkum şəxsi işi öyrənilərkən müəyyən olunmuşdur ki, sonuncu ona təyin olunmuş ömürlük azadlıqdan məhrum etmə cəzasının iyirmi beş ilini çəksə də, məhkuma məhkəmə hökmü ilə ölüm hökmü təyin edilməsi və daha sonra cəzasının ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi şəxsin cəzasının icra edilmiş hesab edilərək azadlığa buraxılması üçün qanuni əsaların istisna olunmasına dəlalət edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Qaradağ rayon məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkumun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti təmin olunmasın. Məhkum Məhkum təyin edilmiş cəzanın icra edilmiş hesab edilərək azadlığa buraxılması barədə ərizəsinin təmin olunmamasına dair Bakı şəhəri Qaradağ rayon məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar