Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-666/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Ibrahimli Ibrahim Adil oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, məhkum Məhkum, müdafiəçi «De Fendo” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ##.##.1992-ci ildə Imişli rayonu, Göbəktala kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, Imişli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 186.2.2 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə, əvvəli ## ### 2024-cü il tarixdən hesablanmaqla, qəti olaraq 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Imişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan. məhkum Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair məhkumun ərizəsinin təmin olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə ərizənin təmin edilməsi, ##.##.1992-ci ildə Imişli rayonu, Göbəktala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, Imişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, Imişli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*/**** saylı hökmü ilə təyin edilmiş 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, Məhkum üzərində nəzarətin onun yaşayış yeri üzrə Icra və Probasiya şöbəsinə tapşırılması, Məhkum üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, qərarın dərhal icra edilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror apellyasiya protesti verərək, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilərək ərizənin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə qərar qəbul edərkən Məhkum barəsində müvafiq Amnistiya qərarına əsasən cəzasının azaldılması və hazırda cəzasının qalan 8 ay 3 gün çəkilməmiş hissəsindən azad olunması şəxsin faktiki olaraq ona təyin olunmuş cəzanın çəkməməsini nəzərə almamışdır. Məhkəmə qərar qəbul edərkən Məhkum barəsində tərtib olunan müsbət mülahizənin olduğu kimi qərarına köçürülməklə kifayələnmişdir. Məhkəmə Məhkum konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasını, törətdiyi cinayətə münasibətinin təzahür formasını, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsini araşdırmamış, islah olunmasının nədə təzahür etmsi, hansı naliyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsi qeyd edilməmiş, yalnış formal xarakter daşıyan mülahizəyə və ümumi əsasları müəynn edən qanun normasına istinad etməkə kifayətlənmişdir. Məhkəmə qərar qəbul edərkən məhkumun törətdiyi əmələ münasibətini və peşmançılığını nəzərə almadan yalnız formal mülahizəyə əsaslanmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1 apellyasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edərək, məhkəmə kollegiyasından protestin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçi müdafiəçi1 verilmiş apellyasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından protestin təmin edilməməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini qarşılıqlı şəkildə araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, prokurorun həmin protestin təmin edilməsi barədə və müdafiə tərəfinin isə protestin təmin edilməməsi barədə çıxışlarını, dinləyərək, belə hesab edir ki, apellyasiya protesti təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən məhkum Məhkum barəsində verilmiş ## ##### 2026-cı il tarixli mülahizədən görünür ki, məhkum Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsinə Umbakı Penitensiar Müəssisəsindən ##.##.2025-ci il tarixdə qəbul olunmuşdur. O, müəssisəyə qəbul olunduğu gündən ona hüquq və vəzifələri, müəssisənin daxili intizam qaydaları izah edilmiş, törətdiyi cinayət əməlinə münasibəti öyrənilmiş, dəstədə yataq yeri ilə təmin olunmuşdur. Onunla aparılan tərbiyəvi söhbətlərdən özü üçün müsbət nəticələr çıxarmış, müəssisədə və dəstədə keçirilən abadlıq işlərində könüllü olaraq yaxından iştirak etmişdir. Məhkum kollektivi arasında hərəkət və davranışı ilə nümunə olmuşdur. Əməyə və təhsilə münasibəti müsbətdir. Asudə vaxtlarını səmərəli keçirir. Xasiyyətcə sakit təbiətlidir. Barəsində tənbeh və həvəsləndirmə tədbirləri tətbiq edilməmişdir. Ailə üzvləri və yaxınları ilə telefon və görüş vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayır. Hökm üzrə ekspertiza xərci ödənilməmişdir. Məhkum ilə aparılan profilaktik tərbiyəvi söhbət zamanı o, törətdiyi cinayət əməlini etiraf edərək, səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsini, ilk məhkumluğu olmasını və vətən müharibəsi iştirakçısı olmasını bildirərək nəzərə alınmasını xahiş edir. Məhkumun şəxsi işi - ##.##.2026-cı il tarixdə 15 N-li iclas protokoluna əsasən protokollaşdırılmışdır. (Protokol şəxsi işə əlavə olunmuşdur). Onun islah yoluna qədəm qoymasını, müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirməsini və s. halları nəzərə alaraq məhkəməyə təqdim olunması üçün müsbət rəy verilmişdir. Məhkum islah yoluna qədəm qoyub. Buna görə də, cəzaçəkmə müəssisəsinin rəhbərliyi məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədəuyğun hesab etmişdir. Iş materiallarından da görünür ki, məhkum Məhkum cəzasının yarısından çoxunu çəkmiş və illik müsbət xasiyyətnamə əsasında cəzaçəkmə müəssisəsi tərəfindən müsbət xarakterizə olunmuşdur. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq, əsaslı olaraq onun ərizəsini təmin etmişdir. Belə ki, məhkumun şəxsi işində olan məlumatlar məhkəmə tərəfindən tədqiq edilərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinin mülahizəsində göstərilənlərin həmin məlumatlarla təsdiq olunduğu müəyyən olundu, şəxsi işindən də göründüyü kimi məhkumun davranışı cəza çəkdiyi müddət ərzində müsbətə doğru dəyişmişdir. Qanunun mənasına görə isə məhkum edilmiş şəxsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmək üçün iki əsas tələb olunur: müəyyən edilmiş cəzaçəkmə müddətinin bir hissəsinin çəkilməsi və məhkum edilmiş şəxsin islah olunması. Hazırkı iş üzrə hər iki əsas mövcuddur. Bu hallara törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi daxil deyil, təqsirləndirilən şəxslərin törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi qanuna əsasən onlara cəza təyin edilərkən nəzərə alınır. Qeyd olunanlar müəssisənin məhkumun barəsində verdiyi mülahizənin formal xarakter daşımadığı, reallığı əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2.-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanunun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı qərarında qeyd olunur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Adıçəkilən qərarda, həmçinin qeyd olunmuşdur ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onun normal sosial faydalı həyata qaytarılmasına yardım edən institutdur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə bağlı qeyd edir ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Məhkumun şəxsi iş materiallarına və cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəyə əsasən məhkumun cəza çəkdiyi dövrə nəzər saldıqda görünür ki, Məhkum ona təyin edilmiş cəzanın yarısından çoxunu çəkmişdir. Məhkum barəsində cəza çəkdiyi müddət ərzində tənbeh tədbiri tətbiq olunmamış, daxili rejim qaydalarına düzgün əməl etmişdir. Məhkumun səmimi peşmançılıq hissi keçirməsi, zərər çəkmiş hüquqi şəxslə barışıq əldə etməsi, vətən müharibəsi iştirakçısı olması, müsbət xarakterizə olunması və bütün sadalanan hallar məhkumun islah olunduğunu və cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından sonuncunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsinin mümkün olduğunu göstərir. Digər tərəfdən qanunun tələbinə görə məhkum edilmiş şəxsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmək üçün iki əsas tələb olunur: müəyyən edilmiş cəzaçəkmə müddətinin bir hissəsinin çəkilməsi və məhkum edilmiş şəxsin islah olunması. Hazırkı iş üzrə təqdim edilmiş mülahizədən, məhkumun şəxsi iş materiallarından hər iki əsasın mövcud olması təsdiq edilmişdir. Apellyasiya protestinin dəlillərindən biri kimi Məhkum barəsində verilmiş müsbət mülahizənin formal xarakterli olmasının şübhə doğurması göstərilsə də, məhkəmə kollegiyası, bununla bağlı vurğulayır ki, Məhkum barəsində təyin edilmiş cəza müddətinin yarısından çoxunu həqiqətən çəkməsi, tənbeh tədbirinin tətbiq edilməməsi, zərər çəkmiş hüquqi şəxslə barışıq əldə etməsi, vətən müharibəsi iştirakçısı olması, müsbət xarakterizə olunması, mədəni-kütləvi tədbirlərdə iştirakı, əməyə olan müsbət münasibəti islah olunmuş məhkum kimi xarakterizə olunmasına əsas verir. Bu isə, öz növbəsində sonuncunun ətrafındakılara və özünə müsbət münasibətinə dəlalət edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya protesti əsassız olduğundan təmin olunmamalı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror tərəfindən verilmiş apellyasiya protesti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin məhkum Məhkum vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməsi barədə *(*-***)-***/**** saylı, ## ### 2026-cı tarixli qərarı Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. «De Fendo” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 08 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Ibrahim Ibrahimli Telman Hüseynov
Məhkəmə qərarları › İş №7(3-6)-666/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-666/2026
19.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver