Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-667/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Elməddin Mirpaşa oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2, məhkum İmanov Nizaməddin Hüseynağa oğlunun, müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkilli müdafiəçi1 iştirakları ilə, Məhkum İmanov Nizaməddin Hüseynağa oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından prokuror tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim X3) *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə, ##.##.1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, faktiki evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, sabunçu rayonu, Nardaran qəsəbədi, Ləhış bağları, Bağlar massivi, nömrəsiz evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən İmanov Nizaməddin Hüseynağa oğlu azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror apellyasiya protesti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, məhkumun ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protestin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Protest onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin müvafiq qərarı ilə Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təqsirli bilinərək AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş, cəza çəkdiyi dövrdə islah yoluna qədəm qoymayaraq cəzaçəkmə müəssisəsinin daxili nizam-intizam qaydalarına riayət etməsi həmçinin, ictimai və mədəni tədbirdə iştirakı araşdırılmamış İmanov Nizaməddin Hüseynağa oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsi əsassız olmuşdur. Məhkəmə, qərar qəbul edərkən İmanov Nizaməddin Hüseynağa oğlunun tərkibində eyni xarakterli cinayət əməlləri olmaqla ümumilikdə 4 dəfə məhkum olunmasını, həmin cəzaları çəkdikdən qısa müddət sonra eyni xarakterli cinayət əməllərini törətməsini, narkomaniyadan məcburi müalicəsinin ləğv edilmədiyini, əməyə və təhsilə heç bir müsbət münasibətinin olmamasını nəzərə almamışdır. Məhkəmə qərar qəbul edərkən Nizaməddin İmanovun barəsində tərtib olunan müsbət mülahizənin olduğu kimi qərarına köçürülməklə kifayətlənmişdir. Məhkəmə məhkum Nizaməddin İmanovun konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasını, törətdiyi cinayətə münasibətinin təzahür formasını, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsini araşdırmamış, islah olunmasının nədə təzahür etməsi, hansı nailiyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsi qeyd edilməmiş, yalnız formal xarakter daşıyan mülahizəyə və ümumi əsasları müəyyən edən qanun normasına istinad etməklə kifayətlənmişdir. Məhkəmə qəbul etdiyi qərarının düzgünlüyünü məhkumun birinci qrup əlil olmasına əsaslanaraq haqlı mövqe bildirməyə çalışarkən unutmuşdur ki, şəxs məhkum olunduğu ümumilikdə müxtəlif vaxtlarda törətdiyi 4 cinayət əməlini törədərkən də sağlamlığı məhdud olan vəziyyətdə törətmişdir. Apellyasiya protestinə qarşı etiraz təqdim edilməmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2 məhkəmə iclasında verilmiş protestin məzmununa uyğun çıxış edərək apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Məhkum İmanov Nizaməddin Hüseynağa oğlu və onun müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya protestinin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cəzaçəkmə müəssisəsinə məlumat verilməsinə baxmayaraq cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, CPM-nin 520.5-ci maddəsinə əsasən şikayətə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya protestinin təmin olunması barədə prokurorun, protestin təmin edilməməsi barədə məhkumun və müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilmədən, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmündən görünür ki, İmanov Nizaməddin Hüseynağa oğlu CM-nin 234.2-ci maddəsinə əsasən 03 il 02 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarı barəsində tətbiq edilməklə cəzası 6 ay azaldılmışdır. Məhkum ## ###### 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasından ** saylı Cəzaçəkmə Müəssisəsinə gətirilmiş, məhkumun cəzası ## ##### 2027-ci il tarixdə sona çatır. ** saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli mülahizəsindən görünür ki, o, müəssisəyə qəbul olunduğu gündən ona hüquq və vəzifələri, daxili intizam qaydaları izah edilmiş, törətdiyi cinayət əməlinə münasibəti öyrənilmiş, dəstədə yataq yeri ilə təmin olunmuşdur. Onunla aparılan tərbiyəvi söhbətlərdən özü üçün müsbət nəticələr çıxarmış, müəssisədə və dəstədə keçirilən abadlıq işlərinə könüllü olaraq yaxından iştirak etmişdir. Məhkum kollektivi arasında hərəkət və davranışı ilə nümunə olmuşdur. Əməyə və təhsilə münasibəti müsbətdir. Asudə vaxtlarını səmərəli keçirir. Xasiyyətcə sakit təbiətlidir. Barəsində cəza çəkdiyi müddətdə tənbeh tədbiri tətbiq olunmamışdır. ##.##.2026-cı il tarixdə “Əlavə telefon danışığı"na icazə verilməsi barədə həvəsləndirmə tədbirləri tətbiq olunmuşdur. Ailə üzvləri və yaxınları ilə telefon və görüş vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayır. Hökm üzrə ekspertiza borcu ödənilmişdir. Məhkum ilə aparılan profilaktik tərbiyəvi söhbət zamanı o, törətdiyi cinayət əməlini etiraf edərək, səmimi peşmançılıq hissi keçirməsini, 1-ci qrup gözdən əlil olmasını bildirərək nəzərə alınmasını xahiş edir. Məhkumun şəxsi işi - ##.##.2026-cı il tarixdə 15 N-li iclas protokoluna əsasən protokollaşdırılmışdır. (Protokol şəxsi işə əlavə olunmuşdur). Onun islah yoluna qədəm qoymasını, müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini və s. halları nəzərə alaraq məhkəməyə təqdim olunması üçün müsbət rəy verilmişdir. Məhkum İmanov Nizaməddin Hüseynağa oğlu islah yoluna qədəm qoyub. Onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədə uyğundur. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum İmanov Nizaməddin Hüseynağa oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni, məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və təqdim olunmuş digər sənədlərlə birgə əlaqəli surətdə araşdırmış və göstərilən halları nəzərə alaraq onun ərizəsinin təmin edilməsi haqqında qərar qəbul etmişdir. Məhkəmə kollegiyası bir daha məhkumun şəxsi iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Həmin Məcəllənin 76.3.1-ci maddəsinə əsasən məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. İstənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin qərarın 2-ci bəndinə əsasən məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Məhkumun vurulmuş ziyanı ödəməkdən qəsdən boyun qaçırması (məsələn, əmlakı gizlətməsi və s.), törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə maneə ola bilər. Normalardan müəyyən olunur ki, məhkumlar şərti olaraq vaxtından əvvəl azad edilərkən; a) cəza müddətinin qanunla müəyyən edilmiş hissəsini çəkməli, b) davranışı və əməyə münasibəti müsbət olmalıdır. Məhkum ilk dəfə az ağır cinayət törətmiş və CM-nin 76.3.1-ci maddəsinə əsasən cəza müddətinin yarısından çoxu hissəsini çəkmişdir. Məhkumun şəxsi iş materiallarına və cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəyə əsasən məhkumun cəza çəkdiyi dövrə nəzər saldıqda görünür ki, İmanov Nizaməddin Hüseynağa oğlu ona təyin edilmiş cəzanın yarısından çoxunu çəkmişdir. Məhkumun barəsində cəza çəkdiyi müddətdə barəsində tənbeh tədbiri tətbiq edilməmiş, onunla aparılan fərdi tərbiyəvi söhbətlərdən müsbət nəticə çıxarmış, nümunəvi davranışı ilə fərqlənmiş, 1 dəfə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Həmçinin, məhkumun şəxsi işində olan 2025-ci il tarixli illik xasiyyətnaməsindən görünür ki, o, törətdiyi cinayəti etiraf edir, cinayət əməlindən səmimi peşmandır, islah yoluna qədəm qoymağa çalışır. Məhkum İmanov Nizaməddin Hüseynağa oğlu mədəni-kütləvi və tərbiyəvi tədbirlərdə iştirak etmiş, əməyi münasibəti müsbət olmuş, hökm üzrə ekspertiza borcu ödənilmişdir. Həmçinin, məhkum İmanov Nizaməddin Hüseynağa oğlu 1-ci qrup gözdən əlildir. Protest müəllifi məhkumun hansı ictimai və mədəni tədbirdə iştirak etməsinin araşdırılmadığını bildirsə də, məhkumun şəxsi işindən görünür ki, məhkuma “Əlavə telefon danışığı"na icazə verilməsi həvəsləndirmə tədbiri onun “xxxx” bayramları münasibəti ilə müəssisədə və dəstədə keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakı nəzərə alınaraq verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum İmanov Nizaməddin Hüseynağa oğlunun barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Bütün sadalanan hallar məhkumun davranışının və əməyə münasibətinin müsbət olduğunu, cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından sonuncunun cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsi barədə ərizəsinin təmin edilməsinin mümkün sayıldığını göstərir. Məhkəmə kollegiyası hesab edir ki, İmanov Nizaməddin Hüseynağa oğlunda qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam formalaşmış və belə olan halda birinci instansiya məhkəməsinin onun cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsi barədə ərizəsinin təmin edilməsi haqqında qərarı qanuni və əsaslıdır, apellyasiya protestinin təmin edilməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin məhkum İmanov Nizaməddin Hüseynağa oğlunun cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsi barədə ərizəsinin təmin edilməsinə dair *(*-***)-***/**** saylı, ##.##.2026cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri dövlət büdcəsindən ödənilməlidir Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 193, 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya protesti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin məhkum İmanov Nizaməddin Hüseynağa oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsinə dair *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkilli müdafiəçi1 tərəfindən məhkum İmanov Nizaməddin Hüseynağa oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (bir yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-667/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-667/2026
07.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver