Məhkəmə qərarları › İş №7(3-6)-669/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-669/2026

24.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-669/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsi ilə, Hüseynov Elməddin Mirpaşa oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru – X3, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Ekol” vəkil bürosunun vəkili müdafiəçi1, məhkum – Məhkum iştirakları ilə məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Ü.H.Mirzəyeva) ## ##### 2026-cı il tarixli qərarı ilə ## ### 1996-cı ildə Ağsu rayonunun Padar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Ağsu rayonunun Padar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, X.Natavan küçəsində yerləşən fərdi yaşayış evində yaşayan məhkum Məhkum, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 05 (beş) ay 07 (yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Işin halları: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli ##.##.2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə sənədlərindən görünür ki, məhkum Məhkum cəzaçəkmə müddəti ## ####### 2026-cı il tarixdə başa çatır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından görünür ki, müraciət təmin edilmişdir. Qərardan prokuror Prokuror apellyasiya protesti verərək, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını və ərizənin təmin olunmamasını xahiş etmişdir. Protestin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Protest əsaslandırılarkən qeyd olunmuşdur ki, məhkəmə, qərar qəbul edərkən Məhkum barəsində tətbiq edilmiş müvafiq Amnisitiya qərarına əsasən cəzasının azaldılması və hazırda cəzasının qalan 05 ay 07 gün çəkilməmiş hissəsindən azad olunması şəxsin faktiki olaraq ona təyin olunmuş cəzanın çəkməməsini nəzərə almamışdır. Məhkəmə qərar qəbul edərkən Məhkum barəsində tərtib olunan müsbət mülahizənin olduğu kimi qərarına köçürülməklə kifayətlənmişdir. Məhkəmə məhkum Məhkum konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasını, törətdiyi cinayətə münasibətinin təzahür formasını, narkomaniyadan məcburi müalicənin ləğv edilməməsini, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsini araşdırmamış, olunmasının nədə təzahür etməsi, hansı nailiyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsi qeyd edilməmiş, yalnız formal xarakter daşıyan mülahizəyə və ümumi əsasları müəyyən edən qanun normasına istinad etməklə kifayətlənmişdir. Odur ki, məhkəmənin Məhkum barəsində çıxardığı ## ##### 2026-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında prokuror X3 verilmiş apellyasiya protestinin məzmununa uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında məhkum Məhkum və müdafiəçisi müdafiəçi1 ayrı-ayrılqda verilmiş apellyasiya protestinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası təqdim edilmiş iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, apellyasiya protestinin dəlilləri ilə əlaqəli şəkildə müzakirə edib, proses iştirakçılarının çıxışlarını nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya protesti təmin edilməməli və iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Həmin Məcəllənin 76.3.1-ci maddəsinə əsasən, məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası CIM-nin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Qeyd olunan maddələrin mənasına görə məhkəmə tərəfındən müraciətlərə baxılarkən, məhkumların bütün cəza çəkmə dövründəki davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, özfəaliyyət təşkilatlarının işində iştirakı, həqiqətən islah yoluna qədəm qoyması və cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi araşdırılmalıdır. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsindən verilmiş mülahizədən görünür ki, Məhkum müsbət məhkum kimi xarakterizə olunur – aparılan tərbiyəvi söhbətlərdən özü üçün müsbət nəticələr çıxarmış, əməyə və təhsilə münasibəti müsbətdir, məhkum kollektivi arasında hərəkət və davranışı ilə səmimi olmağa çalışmışdır. Asudə vaxtlarını səmərəli keçirir. Xarici görkəminə və yataq yerinin təmizliyinə fikir verir. Xasiyyətcə sakit təbiətlidir. Barəsində cəza çəkdiyi müddətdə həvəsləndirmə və tənbeh tədbiri tətbiq edilməmişdir. Ailə üzvləri və yaxınları ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır. Məhkumla aparılan tərbiyəvi söhbət zamanı o, törətdiyi cinayət əməlini etiraf edərək peşmançılıq hissi keçirməsini bildirmişdir. Hökm üzrə zərərçəkmiş şəxslə barışığı var. Məhkumun şəxsi işi – ## ##### 2026-cı il tarixdə müvafiq komissiya tərəfindən öyrənilmiş və ** nömrəli Iclas Protokolu ilə onun müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirməsini və s. halları nəzərə alaraq məhkəməyə təqdim olunması üçün müsbət rəy verilmişdir. Məhkum Məhkum islah yoluna qədəm qoyub. Onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəuyğundur Birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə müraciətə baxarkən, cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi, proses iştirakçılarının təklifləri və təqdim olunmuş digər sənədlərlə əlaqəli şəkildə araşdırmış, şəxsiyyəti nəzərə alınmaqla məhkuma fərdi yanaşılmış, cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən müsbət hallar nəzərə alınaraq, müraciətinin təmin edilməsi haqqında əsaslı və ədalətli qərar qəbul etmişdir. Məhkəmə kollegiyası bir daha iş materiallarını araşdıraraq, məhkumun barəsində müsbət xarakterli mülahizə verilməsini, mülahizədə göstərilən məlumatların işdə olan sənədlərlə təsdiq edildiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməkdə haqlı olmuşdur. Belə ki, “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1ci bəndinin hüquqi tövsiyyəsinə görə, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin qərarın 2-ci bəndinə əsasən məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Məhkəmə kollegiyası Plenum qərarında vurğulanan hüquqi tövsiyyələrlə bağlı qeyd edir ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və onun islah olunub-olunmaması məsələsi araşdırılarkən, cəza çəkdiyi müddətdə nümayiş etdirdiyi davranışı və digər hallar bir-biri ilə əlaqəli şəkildə nəzərə alınmışdır. Məhkumun şəxsi iş materiallarına və cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəyə əsasən, cəza çəkdiyi dövrə nəzər saldıqda görünür ki, Məhkum ona təyin edilmiş cəzanın yarısından çox hissəsini çəkmişdir. Məhkumu islah etmək, onda qanuna itaəti həvəsləndirmək məqsədi ilə barəsində həvəsləndirmə tədbiri tətbiq edilmiş, daxili rejim qaydalarına əməl etmişdir. Bütün sadalanan hallar, məhkumun islah olunduğunun, cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinin mümkünlüyünün göstəricisidir. Digər tərəfdən, qanunun tələbinə görə məhkum edilmiş şəxsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmək üçün iki əsas tələb olunur: müəyyən edilmiş cəza müddətinin bir hissəsinin çəkilməsi və məhkum edilmiş şəxsin islah olunması. Hazırki iş üzrə təqdim edilmiş mülahizədən və məhkumun şəxsi iş materiallarından hər iki əsasın mövcud olduğu məlum olur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə münasibətdə qeyd edir ki, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** №-li qərarının hüquqi tövsiyyələri və Avropa Şurasının Nazirlər Komitəsinin cəzaların icrası zamanı məhbusların cəmiyyətə qayıdışa hazırlıq məqsədilə penitensiar siyasətin həyata keçirilməsində ümumi prinsiplərə riayət etməyin və onların təkmilləşdirilməsinin vacibliyinə dair X4 və vaxtından əvvəl azad etmə barədə R (2003) ** saylı tövsiyələri ilə ziddiyyət təşkil etmir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunduğu müddət ərzində, davranışı üzərində nəzarəti həyata keçirən yaşayış yeri üzrə Icra və Probasiya Şöbəsindən qanun pozuntusuna yol verməsi haqqında hər hansı məlumatın daxil olmaması onun islah yolunda müsbət davranışının mühüm göstəricisidir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Məhkum qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi formalaşdığından, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən, apellyasiya protestinin təmin edilməsi və Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya protesti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilməsin. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. “Ekol” vəkil bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq “Ekol” vəkil bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar