Məhkəmə qərarları › İş №7(3-6)-672/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-672/2026

30.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-672/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2, məhkum Məhkum, müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkilli Müdafiəçi iştirakları ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim X3) *(*-***)-***/**** saylı, ##.##.2026cı il tarixli qərarı ilə ##.##.1990-cı ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmuş, Mingəçevir şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə AR CM-nin 177.2.3 və 69.3-cü maddələrinə əsasən 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti vermişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, heç bir rejim qaydasını pozmamış, ekspertiza xərcini ödəmişdir. Atası vəfat etmiş, ailəsi borc içərisindədir, tək gəlir mənbəyi odur. Əməlindən peşmandır. Himayəsində qız övladı var. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkum Məhkum məhkəmə iclasında verilmiş şikayətin məzmununa uyğun çıxış edərək və məhkəməyə ərizə təqdim edərək barəsində amnistiya aktının tətbiq edilərək cəzasının 6 ay azaldılmasının nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkum Məhkum müdafiəçisi Müdafiəçi məhkəmə iclasında verilmiş şikayətin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2 məhkum tərəfindən verilmiş şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cəzaçəkmə müəssisəsinə məlumat verilməsinə baxmayaraq cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, CPM-nin 520.5-ci maddəsinə əsasən şikayətə məhkumun və cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkumun, müdafiəçisinin şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə isə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkumun şəxsi işindən görünür ki, Mingəçevir şəhər məhkəməsinin ##.##.2024cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinə əsasən 4 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli ## #### 2023-cü il tarixdən hesablanmışdır. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarı barəsində tətbiq edilməklə cəzası 6 ay azaldılmışdır. Məhkum ## ###### 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasından Təqdimat verən orqan gətirilmiş, məhkumun cəzası ## #### 2027-ci il tarixdə sona çatır. Məhkum barəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan təqdim olunan ## ##### 2026-ci il tarixli mülahizədən görünür ki, məhkum Təqdimat verən orqan Bakı İstintaq Təcridxanasından ##.##.2025-ci il tarixdə qəbul olunmuşdur. O, müəssisəyə qəbul olunduğu gündən ona hüquq və vəzifələri, müəssisənin daxili intizam qaydaları izah edilmiş, törətdiyi cinayət əməlinə münasibəti öyrənilmiş, dəstədə yataq yeri ilə təmin olunmuşdur. Onunla aparılan tərbiyəvi söhbətlərdən özü üçün müsbət nəticələr çıxarması tövsiyə olunmuşdur. Onunla aparılan tərbiyəvi söhbətlərdən düzgün nəticə çıxarmış, müəssisədə və dəstədə keçirilən abadlıq işlərində könüllü olaraq yaxından iştirak etmişdir. Məhkum kollektivi arasında hərəkət və davranışı ilə nümunə olmuşdur. Əməyə və təhsilə münasibəti müsbətdir. Müəssisənin təsərrüfat briqadasında işlə təmin olunmuşdur. Asudə vaxtlarını səmərəli keçirir. Xasiyyətcə sakit təbiətlidir. Barəsində cəza çəkdiyi müddətdə ##.##.2024-cü il tarixdə “03 gün CO-na keçirilmə”, ##.##.2024-cü il tarixdə “Töhmət” tənbeh tədbirləri tətbiq olunmuşdur. Həvəsləndirmə tədbiri tətbiq olunmamışdır. Qüvvədə olan cəzası yoxdur. Ailə üzvləri və yaxınları ilə telefon və görüş vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayır. Hökm üzrə təyin olunmuş ekspertiza xərci ödənilməmişdir. Məhkum ilə aparılan profilaktik tərbiyəvi söhbət zamanı o, törətdiyi cinayət əməlini etiraf edərək, səmimi peşmançılıq hissi keçirməsini bildirərək nəzərə alınmasını xahiş edir. Məhkumun şəxsi işi - ##.##.2026-cı il tarixdə 15 N-li iclas protokoluna əsasən protokollaşdırılmışdır. (Protokol şəxsi işə əlavə olunmuşdur). Onun islah yoluna qədəm qoymasını, müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirməsini və s. halları nəzərə alaraq məhkəməyə təqdim olunması üçün müsbət rəy verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3.1-ci maddəsinə əsasən məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarda qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür”. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumu cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunmasını, davranışını, əməyə münasibətini, islah olunmasını nəzərə almalıdır ki, iş materialları ilə bunlar müəyyən olunmur. Məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Əks təqdirdə bu şərt ödənildiyi halda, yəni az ağır cinayət törətmiş şəxslərə münasibətdə cəzanın yarısından çoxunun çəkilməsi cəzadan vaxtından əvvəl azad olunması üçün yetərli hesab olunmaqla, qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Cəzaçəkmə müəssisəsinin mülahizəsinindən görünür ki, məhkum barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmiş, əksinə barəsində 2 dəfə intizam tənbehi tətbiq edilmişdir. Cəzaçəkmə müəssisəsi məhkumu onunla birgə cəza çəkən məhkumlardan nə kim özəlliyinin ayırmasını, onun başqalarına örnək ola biləcək nümunəvi davranışının məhz nələrdən ibarət olmasını, üzərinə qoyulmuş öhdəliklərin hansı dərəcədə yerinə yetirilməsini və s. bu kimi məhkuma xas zəruri məlumatları göstərməmiş, formal mülahizə tərtib etməklə kifayətlənmişdir. Cəzaçəkmə müəssisəsi mülahizədə məhkumun əməyə və təhsilə münasibətinin yaxşı olmasını bildirsə də, bunun nədə ifadə olunmasını göstərməmişdir. Qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür ki, hazırki halda məhkumun şəxsi iş materiallarından onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyil. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin məhkum Məhkum cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 193, 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin məhkum Məhkum cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsi barədə ərizəsinin təmin edilməməsi barədə *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkilli Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün cəmi 132 (yuz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar