Məhkəmə qərarları › İş №7(3-6)-673/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-673/2026

19.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-673/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Ibrahimli Ibrahim Adil oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, məhkum Məhkum və müdafiəçi “De Fendo” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ##.##.2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Ağdam rayonu, Sarıcalı Ə/D, Qullar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən yataqxanada yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, ##.##.2024-cü il tarixdən cəza çəkdiyini, törətdiyi cinayət əməlinə görə peşman olduğunu, anasının onkoloji xəstəlikdən əziyyət çəkdiyinin nəzərə alınmasını və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin məhkum Məhkum müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinə əlavə təqdim edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi və məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini və apellyasiya şikayətinə əlavəni müdafiə edərək, şikayətin təmin edilməsini və məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən prokuror X1 apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin və ona əlavənin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti və ona əlavə təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş materialdan görünür ki: - Məhkum Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cəzaların qismən toplamaq yolu ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının *(***)-***/**** saylı ## ###### 2024-cü il tarixli qərarı ilə Məhkum təyin edilmiş 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 -ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 04 (dörd) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hesab edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilmiş və Məhkum qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmənin əvvəli ## ### 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin məhkum Məhkum barəsində olan mülahizəsindən görünür ki, məhkum məhkum Məhkum ##.##.2005-ci ildə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Sarıcalı Ə/D, Qullar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən yataqxanada yaşamışdır. Səbail rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə AR CM-nın 221.3, 127.2.3, 66.2 və 68.1.1-1-ci maddələri ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Amnistiya qərarı ilə cəzası 6 ay azaldılmışdır. Cəzasının əvvəli ##.##.2024-cü il, cəzasının sonu ##.##.2026-ci ildir. Məhkumun şəxsi işindən göründüyü kimi, o, ** saylı cəzaçəkmə müəssisəsinə Umbakı Penitensiar Müəssisəsindən ##.##.2025-ci il tarixdə qəbul olunmuşdur. O, müəssisəyə qəbul olunduğu gündən ona hüquq və vəzifələri, müəssisənin daxili intizam qaydaları izah edilmiş, törətdiyi cinayət əməlinə münasibəti öyrənilmiş, dəstədə yataq yeri ilə təmin olunmuşdur. Məhkum cəza çəkdiyi müddət ərzində onunla kompleks profilaktik tərbiyə işi aparılmış, müxtəlif islah tədbirlərinə cəlb olunmuşdur. Onunla mütəmadi olaraq profilaktik və tərbiyəvi söhbətlər aparılmış, aparılan söhbətlərdən özü üçün müsbət nəticə çıxarmadığı müşahidə olunur. Məhkumlar arasında özünü qeyri səmimi aparır, əməyə münasibəti qənaətbəxşdir, keçirilən tədbirlərdə və təşkil olunan ictimai işlərdə passiv iştirak edir. Xasiyyətcə çılğındır. Barəsində cəza çəkdiyi müddətdə ##.##.2025-ci il tarixdə “Töhmət”, ##.##.2025-ci il tarixdə “10 gün COna keçirilmə” tənbeh tədbirləri tətbiq olunmuşdır. Tənbeh tədbirləri qüvvədədir. Həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Ailə üzvləri və yaxınları ilə telefon və görüş vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayır. Hökm üzrə təyin olunmuş ekspertiza xərci ödənilməmişdir. Məhkum ilə aparılan profilaktik tərbiyəvi söhbət zamanı o, törətdiyi cinayət əməlini etiraf edərək, peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini bildirərək nəzərə alınmasını xahiş edir. Gələcəyə müsbət planlarının olmaması, qüvvədə tənbeh tədbirlərinin olması və tərbiyə tədbirlərindən müsbət nəticə çıxarması üçün islah prosesi davam etdirilməlidir. Məhkumun şəxsi işi - ## ##### 2026-cı il tarixli 15 N-li iclas protokoluna əsasən protokollaşdırılmışdır. (Protokol şəxsi işə əlavə olunmuşdur). Onun mənfi xarakterizə olunması, tənbeh tədbirinin olması və s. halları nəzərə alaraq məhkəməyə təqdim olunması üçün mənfi rəy verilmişdir. Məhkum Məhkum islah yoluna qədəm qoymayıb. Onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə uyğun deyil. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkumun şəxsi işi materiallarında olan illik xasiyyətnamədə məhkumun islah olunması öz əksini tapmamamışdır. Əksinə, 2025-ci ilə aid illik xasiyyətnamədə məhkumun islan yoluna qədəm qoymadığı qeyd olunur. Bundan başqa, müəyyən olunur ki, cəzanın çəkilməsi qaydasını və müəssisə daxili inztizam qaydalarını pozduğuna görə ##.##.2025-ci il tarixdə “Töhmət”, ##.##.2025-ci il tarixdə “10 gün CO-na keçirilmə” tənbeh tədbirləri tətbiq olunmuşdır. Tənbeh tədbirləri qüvvədədir. Məhkəmə “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1ci və 2-ci bəndlərinin hüquqi mövqeyinə əsasən, qeyd etmişdir ki, qanunla müəyyən edilmiş müddətin çəkilməsi avtomatik və şərtsiz olaraq cəzanın yüngülləşdirilməsinə səbəb olmur. Məhkəmə hər bir işə fərdi yanaşmalı, məhkumun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəliliyini, cəzanın məqsədlərinə nail olunub-olunmadığını hərtərəfli qiymətləndirməlidir. Məhkəmənin bu sahədəki səlahiyyəti imperativ deyil, diskresion xarakter daşıyır və qərar qəbul edərkən bütün halların məcmusunu vicdanlı şəkildə qiymətləndirməlidir. Məhkəmə onu da nəzərə alır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi artıq məhkuma qarşı humanistlik prinsipini tətbiq edərək, Azərbaycan Respuğlikası Cinayət Məcəlləsinin 221.3cü və 127.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarının çərçivəsində və barəsində olan digər hökm üzrə çəkilməmiş cəzanı qismən toplamaq yolu ilə, yüngülləşdirici hallar nəzərə alınmaqla, mümkün qədər aşağı həddə 02 (iki) il 08(səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Bu, onu göstərir ki, hökm çıxarmış məhkəmə artıq humanistlik prinsipini rəhbər tutaraq məhkumun şəxsiyyəti və digər hallar barədə təqdim edilmiş sübutları qiymətləndirərək ona mümkün olan yüngül cəza təyin etmişdir. Cəzanın təyini zamanı artıq göstərilmiş bu əhəmiyyətli yüngülləşdirmənin cəzanın icrası mərhələsində cəzanın tam çəkilməməsi yolu ilə tamamlanması, təyin edilmiş cəzanın məqsədlərinin – sosial ədalətin bərpası və cəzanın çəkindirici təsirinin tam reallaşmasına xələl gətirə bilər. Törədilmiş əməlin yüksək ictimai təhlükəliliyi və ona görə artıq tətbiq edilmiş cəza nəzərə alındıqda, cəzanın çəkilməmiş hissəsindən azad edilməsi cəmiyyətdə bu növ cinayətlərə görə cəzasızlıq hissi yarada bilər. Məhkəmə hər bir halda Ədliyyə Nazirliyinin müvafiq komissiyasının rəyi ilə mənfi xarakterizə olunmasını da nəzərə alır və hazırkı vaxtda məhkumun islah edilməməsi qənaətinə gəlir. Hesab edilmişdir ki, hazırkı vaxtda məhkumun azad edilməsi analoji cinayəti törətmək niyyətində olan şəxslər arasında cəzasızlıq hissi yarada bilər və bir növ stimul verə bilər. Mülahizə diqqətlə nəzərdən keçirilərkən müəyyən olunur ki, şəxs islah olmamış, daxili intizam qaydalarını pozmuşdur. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Məhkum Məhkum ona təyin olunmuş cəzanın vaxtından əvvəl şərti olaraq azad olunması üçün müəyyən müddətini çəkmiş olsa da, məhkəmə onun tam islah olunmaması qənaətinə gəlinmişdir. Belə ki, məhkum Məhkum barəsində cəza çəkdiyi müəssisə tərəfindən mənfi mülahizə verilmiş, məhkumun şəxsi iş materiallarını onun barəsində verilmiş mülahizə ilə əlaqəli şəkildə tədqiq edərək, məhkumun çəkdiyi cəza müddəti ilə cəzanın məqsədinə nail olunmaması qənaətinə gəlir. Məhkəmə belə bir nəticəyə gələrkən onun törətdiyi cinayətin ictimaitəhlükəliliyini və xarakterini əsas tutur. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür. Məhkum müəssisə rəhbərliyi tərəfindən mənfi xarakterizə olunur, barəsində tənbeh tədbirləri tətbiq edilmişdir. Qeyd olunan səbəblərdən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyildir. Məhkəmə kollegiyası Məhkum cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni iş materialları ilə birlikdə əlaqəli surətdə təhlil edərək, məhkumun islah prosesi ilə bağlı verilən zəruri tövsiyələrdən düzgün nəticə çıxarmadığını, cəzanın icrası və çəkilməsinin qayda və şərtlərinə riayət etmədiyini, cəzaçəkmə müəssisəsinin məhkum barədə mənfi mülahizəsini, həmçinin cəza çəkdiyi 2025-2026-cı illər üzrə tərtib olunmuş illik xasiyyətnamələrin nəticələrinə görə mənfi xarakterizə olunduğunu nəzərə alaraq və cəza çəkdiyi müddətdə islah olunmadığı qənaətinə gələrək hesab edir ki, Məhkum hazırkı vaxtda cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədə müvafiq deyildir. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq, onun ərizəsinin təmin edilməsindən əsaslı olaraq imtina etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2.-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı Qərarında qeyd olunur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, məhkum Məhkum oğlunun barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Məhkumun şəxsi işi araşdırılarkən onun islah olunmağa cəhd belə göstərmədiyi qənaətinə gəlinir. Mülahizəyə əsasən qeyd olunur ki, məhkum Məhkum barəsində tətbiq olunan tənbeh tədbirləri, cəza tədbirlərindən özü üçün müsbət nəticə çıxarmayaraq müəssisə qaydalarını mütəmadi qaydada pozmağa səy göstərmişdir. Belə ki, məhkum daxili intizam qaydası pozuntusuna yol verdiyinə görə barəsində ##.##.2025-ci il tarixdə tənbeh tədbiri tətbiq olunmuş, məhkum barəsində xüsusi qaydada tərbiyə işi belə nticə verməmişdir. Həmçinin məhkum cəzanın çəkilməsi qaydalarını pozduğuna görə ## ####### 2025-ci il tarixli, *** saylı qərar ilə 10 (on) gün müddətində cərimə təcridxanasına keçirilmişdir. Göründüyü kimi, məhkum Məhkum islah edilməsi mümkün olmamış və onun müəssisənin normal iş fəaliyyətini pozmağa cəhd göstərdiyi, cəzaların icrası qaydasını mütəmadi qərəzli və kobud surətdə pozduğu səbəbindən barəsində müxtəlif vaxtlarda tənbeh tədbirləri tətbiq edilmişdir. Qeyd edilən səbəblərdən müəssisə rəhbərliyi məhkum Məhkum mənfi xarakterizə olunduğunu nəzərə alıb cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədəuyğun hesab etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, məhkum Məhkum cəza çəkdiyi müddətdəki davranışlarını əks etdirən şəxsi işindən, mənfi mülahizədən onun cəzadan şərti olaraq azad edilməsi üçün həmin müddət ərzində islah olunmaması müəyyən olunur. Məhkumun şikayətdə göstərdiyi dəlillərlə bağlı qeyd olunur ki, təkcə cəzasının qanunla nəzərdə tutulan hissəsini çəkməsi özlüyündə cəzadan şərti azad olunması barədə ərizəsinin təmin olunması üçün yetərli deyildir. Eyni zamanda, məhkumun törətdiyi əməldən peşiman olması, bir daha bu kimi hallara yol verməyəcəyi barədə çıxışını məhkəmə mülahizə, işin halları ilə birlikdə təhlil edərək öz daxili inamına əsasən inandırıcı hesab etmir. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq, məhkum barəsində verilmiş mülahizəni, məhkumun şəxsi işində olan sənədləri cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ilə qarşılıqlı şəkildə müzakirə edərək, apellyasiya şikayətinin və ona əlavənin əsassızlığını qeyd edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə hesab edir ki, Məhkum vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və onun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Məhkum cəzasından vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və müdafiəçi müdafiəçi1 tərəfindən verimiş apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. “De Fendo” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 08 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Ibrahim Ibrahimli Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar