Məhkəmə qərarları › İş №7(3-6)-676/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-676/2026

24.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-676/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsilə, Hüseynov Elməddin Mirpaşa oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru – X2, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi, məhkum – Məhkum iştirakları ilə, Məhkum Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilərək barəsində təyin olunmuş cəza müddətinin endirilməsi ilə bağlı ərizəsinin geri qaytarılması haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Daxil olmuş iş materiallarından və məhkəmə sənədlərindən görünür ki, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri ilə təqsirli bilinib 8 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.5 və 146.2.6-cı maddələrinə hissəvi xitam verilməklə qəti cəza 6 il 2 ay müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilərək barəsində təyin edilmiş cəza müddətinin endirilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim T.S.Musayev) ## ##### 2026-cı il tarixli qərarı ilə məhkum Məhkum ərizəsi geri qaytarılmışdır. Qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv olunmasını və müraciətinin təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Məhkum Məhkum şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə barəsində düzgün və ədalətli qərar qəbul edilməmişdir. Belə ki, yeni övladının doğulması və zərərçəkmş şəxslə barışıq əldə etməsi kimi onun cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almamış və nəticədə hüquqlarının pozulmasına səbəb olan hallara yol verilmişdir. Məhkəmə iclasında məhkum Məhkum apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Müdafiəçi hüquqlarını müdafiə etdiyi məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslında prokuror X2 apellyasiya şikayətinin əsassız olduğunu və məhkumun müraciətinin hökmün icrası qaydasında baxılan işlərin predmetinə aid olmadığını qeyd edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası təqdim olunmuş iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edib və proses iştirakçılarının çıxışlarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müraciətdən görünür ki, məhkum Məhkum təqsirli bilinərək məhkum olunduğu ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etməklə, faktiki olaraq barəsində çıxarılmış məhkəmə hökmünü mübahisələndirmişdir. Azərbaycan Respublikası CPM-nin 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi apellyasiya şikayəti vermək hüququna malikdir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən, cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Həmin Məcəllənin 408.1-ci maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan verilə bilər. Həmin Məcəllənin 409.1.1-ci maddəsinə əsasən, məhkum edilmiş, bəraət almış təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi kassasiya şikayəti vermək hüququna malikdirlər. Həmin Məcəllənin 416.1.21-ci maddəsinə əsasən, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göründüyü kimi, cinayət prosessual qanunvericiliyində, cinayət törətmiş və məhkum olunmuş şəxsin məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmaması və cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması ilə bağlı mübahisəli halların baxılmasına yalnız, məhkəmələrin hökm və qərarlarına apellyasiya və kassasiya qaydasında yenidən baxılması ilə mümkün hesab edilmişdir. Qanunvericiliyin tələbinə əsasən, cinayət törətmiş və məhkum olunmuş şəxsin məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmaması və cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması ilə bağlı mübahisəyə, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlər üzrə baxılmasına yol verilmir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı və məhkum Məhkum müraciəti, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlər üzrə baxılan işlərin predmetinə aid olmadığına görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2 və 520-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilərək barəsində təyin olunmuş cəza müddətinin endirilməsi ilə bağlı ərizəsinin geri qaytarılması haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq “Zəfər” vəkil bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar