Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-680/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3, müdafiəçilər – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2, Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili müdafiəçi1 və məhkum Məhkum iştirakları ilə, ## ###### 1971-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Füzuli rayonunun Bala Bəhmənli kəndində qeydiyyatda olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2016-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2016-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmü ilə təyin edilmiş 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə onun ərizəsi təmin edilmiş, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2016-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Həmin qərardan birinci instansiya məhkəməsində icraatda iştirak etmiş prokuror apellyasiya protesti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv edilməsini, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Xətai rayon məhkəməsinin müvafiq qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2016-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəza çəkdiyi dövürdə islah yoluna qədəm qoymayaraq cəzaçəkmə müəssisəsinin daxili nizam-intizam qaydalarına riayət etməməsini, cəza çəkmə müəssisəsinin məhkum barəsində mənfi mülahizəsini nəzərə almadan Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsi əsassız olmuşdur. Məhkəmə məhkum Məhkum konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasını, törətdiyi cinayətə münasibətinin təzahür formasını, narkomaniyadan məcburi müalicənin ləğv edilməməsini, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsini araşdırmamış, islah olunmasının nədə təzahür etməsi, hansı nailiyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsi qeyd edilməmiş, yalnız mülahizədə göstərilən imza süpürgesi kimi işləməsini və ümumi əsasları müəyyən qanun normasına istinad etməklə kifayətlənmişdir. Məkəmə qərar qəbul edərkən şəxsin eyni xarakterli cinayət əməli törətməsinə görə əvvəllər məhkum olunmasını nədənsə nəzərə almaması məhkəmə qərarının qanunsuzluğuna dəlalət edir. İş materiallarından görünür ki, Məhkum ##.##.2005-ci il tarixli Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin hökmü ilə AR CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunan cinayət əməlinə görə cəza çəkib qurtardıqdan bir il keçməmiş Məhkum yenidən eyni xarakterli cinayət əməlini törədir və bu nədənsə mübahisələndirilən məhkəmə qərarı qəbul edilərkən məhkəmə tərəfindən nəzərə alınmır. Odur ki, məhkəmənin Məhkum barəsində çıxarılan ##.##.2026 -ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməlidir. Apellyasiya baxışı zamanı prokuror X3 apellyasiya protestinin təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv edilib, cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mənfi rəyi, işin faktiki hallarını və qərarın qanuni qüvvəyə minmədən icra edilməsini nəzərə alaraq məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı ərizəsinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum Məhkum və onun müdafiəçiləri apellyasiya protestinin təmin edilməyib, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qüvvəsində saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, prokurorun həmin protestin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək məhkumun ərizəsinin təmin edilməməsi barədə təklifini, müdafiə tərəfinin isə protestin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək belə hesab edir ki, apellyasiya protesti təmin edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ləğv edilməlidir. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2016-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona CM-nin 206.3.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 11 (on bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli ## ###### 2016-cı il tarixdən hesablanmışdır. Həmin hökmdən görünür ki, Məhkum əvvəllər ##.##.2005-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmişdir. Məhkumun **** saylı şəxsi işindən görünür ki, Məhkum ## ####### 2016-cı il tarixdə Bakı İstintaq Təcridxanasından daxil olaraq ** saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkir, cəzasının əvvəli ## ###### 2016-cı il tarixdən başlamış, ## #### 2027-ci il tarixdə isə cəzası sona çatır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş ## ### 2026-cı il tarixli mülahizənin məzmunundan görünür ki, məhkum islah prosesinə cəlb olunması məqsədi ilə keçirilən mədəni-kütləvi tədbirlərə cəlb olunmuş, ona təşəkkür elan edilməklə həvəsləndirilmiş, lakin müəssisədə aparılan digər tədbirlərə cəlb edilsə də, həmin tədbirlərdən yayınmağa çalışmışdır. Nəticə olaraq Məhkum şərti olaraq vaxtından əvvəl azad olunması məqsədə uyğun hesab edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirinin ## ###### 2025-ci il tarixli, 06-T №-li əmri ilə təsdiq edilmiş Komissiya tərəfindən Məhkum şərti olaraq vaxtından əvvəl azad olunması məqsədə uyğun hesab edilməmiş və Komissiya tərəfindən Məhkum barəsində mənfi rəy verilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclası zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini (tərbiyə işləri üzrə) R X1 məhkum Məhkum cəza çəkdiyi müddətdə islah yoluna qədəm qoymadığını, islah olunmadığını və Komissiyanın mənfi rəyini nəzərə alıb məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinin məqsədə uyğun olmamasını bildirmişdir. Birinci instansiya məhkəməsi iş materiallarının tədqiqi nəticəsində belə qənaətə gəlmişdir ki, məhkumun islah olunması üçün cəzasını tam çəkməsinə lüzum yoxdur. Apellyasiya məhkəmə kollegiyası bir daha iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarına əsasən məhkum islah yoluna qədəm qoymağa ciddi səy göstərmədiyindən, əməyə və təhsilə münasibətinin qənaətbəxş olmadığından, müəssisədə keçirilən mədəni-kütləvi tədbirlərdə iştirak etmədiyindən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəmüvafiq deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi onun təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza cəkən şəxsin islah olunmaq üçün cəzanı tam cəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli * nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Məhkəmələrə izah olunsun ki, bu xarakterli müraciətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Bu zaman məhkəmələr nəzərə almalıdır ki, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunmağa və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə maneə kimi nəzərdə tutulmamışdır. Lakin, məhkumun vurulmuş ziyanı ödəməkdən qəsdən boyun qaçırması (məsələn, əmlakı gizlətməsi və s.), törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə maneə ola bilər. Bununla yanaşı məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Məhkəmə kollegiyası məhkum Məhkum barəsində verilmiş mülahizəni onun şəxsi işi ilə əlaqəli surətdə, bütün qanuni vasitələrdən istifadə etməklə tam, hərtərəfli, obyektiv araşdıraraq və onun cəza çəkdiyi müddətdəki davranışlarını ətraflı təhlil edərək hesab edir ki, məhkum cəzasının qanunla müəyyən edilmiş hissəsini çəksə də, barəsində verilmiş mülahizəyə və cəza çəkdiyi müddət ərzində islah olunmadığına əsasən ərizənin təmin edilməsi üçün əsaslar yoxdur. Göründüyü kimi, şəxsi işində olan və məhkəmə kollegiyasının iclasında araşdırılıb qiymət verilmiş hallar məhkumun islah olunduğunu təsdiq etməməklə, onun islah yoluna qədəm qoymuş məhkum olması qənaətinə gəlməyə əsas vermir. Məhkumun hökmlə təyin edilmiş cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkməsi barədə məhkəmə kollegiyası qeyd edir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilərkən məhkumun davranışı, şəxsiyyəti, daxili rejim qaydalarına əməl etməsi və bu kimi digər hallar birlikdə araşdırılır. Əks halda təyin edilmiş cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə araşdırılmış halları düzgün qiymətləndirməyərək, iş üzrə ədalətli olmayan nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkum Məhkum şəxsi işində olan və məhkəmə kollegiyasının iclasında araşdırılıb qiymət verilmiş hallar məhkumun islah olunduğunu təsdiq etməməklə, onun islah yoluna qədəm qoymuş məhkum olması qənaətinə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, məhkum Məhkum barəsində cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında yaradılmış Komissiyanın mənfi rəyini, məhkumun əvvəllər cəza çəkməkdən şərti olaraq azad olunmasından nəticə çıxarmayaraq eyni kateqoriya cinayəti yenidən törətməsini əsas götürərək hesab edir ki, apellyasiya protestində göstərilənlər əsasla olduğu üçün təmin olunmalı və birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq səlahiyyətinə malikdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşaraq hesab edir ki, verilmiş apellyasiya protestinin dəlilləri əsaslı olduğundan təmin edilərək, Məhkum cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv olunmalı, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə Məhkum ərizəsinin təmin edilməsindən imtina olunmalı, o, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı X2 göndərilməlidir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.2, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya protesti təmin edilsin. Məhkum cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı ləğv edilsin. Məhkum cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməsin və Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2016-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə barəsində təyin edilmiş 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsinə göndərilsin. Məhkum Məhkum məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taboruna, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və * saylı Cəzaçəkmə Müəssisəsinə həvalə edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 18 (on səkkiz) saat üçün, cəmi 198 (yüz doxsan səkkiz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 06 (altı) saat üçün, cəmi 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-680/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-680/2026
13.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver