Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-690/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5, Məhkum Məhkum və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ##.##.1990-cı il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağsu rayonu, Ağsu şəhəri, X3 küçəsi, ev 23 ünvanında qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CMnin 67-ci maddəsinə əsasən 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəli ##.##.2019-cu il tarixdən hesablanmış, cəzasının sonu ##.##.2027-ci ilədək olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Məhkum zərərçəkmiş şəxslə barışmaqla və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməklə əlaqədar cəza çəkməkdən azad edilməsi haqqında ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini və onunla barışıq əldə etməsini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə təyin edilmiş cəzanı çəkməkdən azad edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə, 4000 manat cərimə cəzasına məhkum edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən ibtidai istintaq zamanı saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, cərimə cəzası yüngülləşdirilmiş, üzərində qəti olaraq 3500 manat cərimə cəzası saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 1(012)- ***/**** nömrəli, ##.##.2018-ci il tarixli hökmü dəyişdirilmiş, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ona şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2017-ci il tarixli qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2014-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 4 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 11 ay 20 gün hissəsi hazırki qərarla Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilmiş, ona 2 (iki) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün nüddət nəzərə alınaraq üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təyin edilmiş 2 (iki) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum etmə ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə təyin edilmiş cəzasının çəkilməmiş hissəsi, yəni 02 il 06 ay 28 gün hazırki hökmlə təyin olunan cəzaya qismən birləşdirilərək ona qəti olaraq 8 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2021ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən ona təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qaldırılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi, yəni, 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün təyin edilmiş cəza ilə qismən birləşdirilərək ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli ##.##.2019-cu ildən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2.... maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 80-1-ci maddəsinə görə Məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin ... 73-1.2... maddələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən onun Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsi ilə bağlı zərərçəkmiş Pərvin Nuriyevə vurduğu ziyan ümumilikdə 6780 manatdır. Azərbaycan Respublikası CPM-nin511-1.1-ci maddəsinə əsasən Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə müvafiq olaraq zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad edilməsi haqqında məsələyə məhkumun ..... ərizəsi ..... əsasında cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır. Cinayət mühakimə icraatında maddi və prosessual hüquq normalarının tərbit etdiyi bu qaydadan istifadə etmək istəyir. Bunları nəzərə alaraq, ərizəsinin təmin olunmasını, barəsində Bakı Apellyasiya Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından CM-nin 178.2.1, 178.2.4-cü maddələrinə görə qismən birləşdirilmiş 06 ay azadlıqdan məhrum etmə cəzasının çıxılaraq qəti olaraq 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə məhkum Məhkum zərərçəkmiş şəxslə barışmaqla və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməklə əlaqədar cəza çəkməkdən azad edilməsi haqqında ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv edilərək ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, CM-nin 67.1-ci maddəsində cəzadan tam azad etmədən deyil, tamamilə və ya qismən birləşdirmədən bəhs olunur. Yəni əvvəli hökm üzrə təyin olunmuş cəza hüquqi əhəmiyyətini heç bir halda itirmir, yeni hökm üzrə təyin olunmuş cəzanın müddətində tamamilə və ya qismən özünü büruzə verir. Hakimin mövqeyindən belə çıxır ki, onun ərizəsi əvvəlki hökm üzrə ayrıca təyin olunmuş cəzanın hüquqi nəticələrini dəyişdirmək cəhdidir və bu hökmlərin icrası qaydasında baxılmalı məsələ deyildir. Cinayət Məcəlləsinin 80-1-ci maddəsindən cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin olunmasından asılı olmayaraq istinasız məhkum statusunu daşıyan və cəza çəkən istənilən şəxs yararlana bilər. Çünki bur normada heç bir istisna nəzərdə tutulmamışdur. Birinci instansiya məhkəməsi heç bir səlahiyyəti olmadığı halda CM və CPM-nin normalarına öz mülahizəsinə uyğun şərhlər vermiş, nəzərdə tutulmadığı halda istisnalar müəyyən etmişdir. Həmin qərardan müdafiəçi2 apellyasiya şikayəti verərək məhkum Məhkum zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini və onunla barışıq əldə etməsini nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından CM-nin 178.2.1, 178.2.4-cü maddələrinə görə qismən birləşdirilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsinin qeyd etdiyi kimi, məhkum barəsində çıxarılan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021ci il tarixli qərarı ilə əvvəlki, qərar üzrə təyin olunmuz cəza müstəqil hüququi əhəmiyyətini itirsədə, məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 234.4.1 və 234.4.3-cü maddələri üzrə ona təyin olunan cəzaya əlavə olunmuşdur. Qeyd etiyim kimi əlavə olunuşdur və CM-nin 67.1-ci maddəsində qeyd olunduğu kimi, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materialarından da görüldüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum etmə ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67- ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə təyin edilmiş cəzasının çəkilməmiş hissəsi, yəni 02 il 06 ay 28 gün hazırki hökmlə təyin olunan cəzaya qismən birləşdirilərək Məhkum qəti olaraq 8 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Deməli Sumqayıt Apellyasiya məhkəməsinin qərarı olmasaydı BACM məhkuma 7 il cəza təyin edəcəkdi Həmin qərardan prokuror tərəfindən verilən protestə əsasən BAM 8 il cəza təyin edəcəkdir. Cəzanın hədlərindən görüldüyü kimi, BAM-ni məhkuma CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 il cəza təyin etmişdir. Əvvəlki, qərarına (Sumqayıt Apellyasiya məhkəməsi) əsasən 1 il deyil 6 ay cəza təyin etmişdir. Yuxarıda qeyd etdiklərimdən görüldüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə təyin edilmiş cəza (02 il 06 ay 28 gün) nə qədər müstəqil hüquqi əhəmiyyətini itirsədə, BACM-nin ##.##.2020-ci il tarixli hökmündə və BAM-nin ##.##.2021-ci il tarixli qərarında özünü ehtiva edir və məhkum barədə müəyyən məhdudiyyətlər yaradır ən azında 6 ay artıq azadlıqdan məhrumetmə cəzasına səbəb olur. Digər tərəfdən məhkəmənin məhkumun zərərçəkmiş şəxslə barışması və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsi, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi CMnin 73-1.2 və 80- 1-ci maddələrinə əsasən cəzadan azad edilmə məsələsinə əsas verə bilsə də, həmin məsələ yalnız müvafiq cinayət üzrə ayrıca hökm qüvvədə olduğu və ya hökm çıxarılarkən qiymətləndirilməsi mümkün olan hallarda tətbiq edilə bilər mövqeyi ilə müdafiə tərəfi olaraq razılaşmırıq və hesab edirik ki, şəxsə CM-ə əsasən cinayətlərin məcmusu (maddə 66) və hökmlərin məcmusu (maddə 67) üzrə cəza təyin edildikdə, CM-nin 73-1.2 və 80- 1-ci maddələrinin tətbiq olunmaması ilə bağlı qanunvericilikdə imperativ norma mövcud deyildir. Belə məhdudiyyətin olmadığı halda məhkmənin bu qənatə gəlməsi, məhkumun konstitusyon hüququ olan bərabərlik, qanunçuluq, qanun qarşısan bərabərlik hüququnun pozulmasına səbəb olur. Apellyasiya baxışı zamanı iştirak edən məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən prokuror X5 apellyasiya şikayətini əsassız hesab edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini qarşılıqlı şəkildə araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətlərinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin çıxışlarını, prokurorun həmin apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyərək hesab edir ki, məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməməli və məhkum Məhkum zərərçəkmiş şəxslə barışmaqla və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməklə əlaqədar cəza çəkməkdən azad edilməsi haqqında ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 80-1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. 511-1.1-ci maddəsinə əsasən məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə müvafiq olaraq zərərçəkmiş şəxslə barışmaqla və cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad edilməsi haqqında məsələyə məhkumun, onun müdafiəçisinin və ya qanuni nümayəndəsinin ərizəsi, yaxud cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı əsasında cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır. 511-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 511-1.1-ci maddəsində göstərilən qaydada cəza çəkməkdən azad etmə zərərçəkmiş şəxsin və mülki iddiaçının notariat qaydasında təsdiq edilmiş ərizəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.3 və 73-2.2-ci maddələri ilə müəyyən edilmiş məbləğin dövlət büdcəsinə ödənilməsini təsdiq edən müvafiq sənəd nəzərə alınmaqla tətbiq edilir. Zərərçəkmiş şəxs və mülki iddiaçının notariat qaydasında təsdiq edilmiş ərizəsi olmadığı hallarda həmin şəxslərin və ya onların qanuni nümayəndələrinin məhkəmə iclasında iştirakı məcburidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2018-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə, 4000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 69.4-cü maddəsinə əsasən ibtidai istintaq zamanı saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, cərimə cəzası yüngülləşdirilmiş, üzərində qəti olaraq 3500 manat miqdarında cərimə cəzası saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2019-cu il tarixli qərarına əsasən Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2018-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət cəlləsinin 178.2.1 və 178.2.4cti maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Məhkum şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2017-ci il tarixli qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2014-cü il rixli hökmünə əsasən Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 4 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 11 ay 20 gün hissəsi hazırki qərarla Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilmiş, ona 2 (iki) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Məhkum ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün nüddət nəzərə alınaraq onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkum təyin edilmiş 2 (iki) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum etmə ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə təyin edilmiş cəzasının çəkilməmiş hissəsi, yəni 02 il 06 ay 28 gün hazırki hökmlə təyin olunan cəzaya qismən birləşdirilərək Məhkum qəti olaraq 8 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı ##.##.2019- cu il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2021-ci il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Məhkum AR Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən ona təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qaldırılmış, AR Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi, yəni, 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün təyin edilmiş cəza ilə qismən birləşdirilərək ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X4 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ##.##.2018-ci il tarixli ərizədən görünür ki, Məhkum qarşı heç bir şikayəti yoxdur, olmayacaq. İş materiallarında olan ##.##.2026-cı il tarixli, **** nömrəli ödəniş qəbzindən görünür ki, Məhkum tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 1695 manat dövlət büdcəsinə ödəniş olunmuşdur. Hazırki iş üzrə birinci instansiya məhkəməsi məhkumun ərizəsini təmin etməkdən imtina edərkən gəldiyi qənaət ondan ibarət olmuşdur ki, məhkumun zərərçəkmiş şəxslə barışmaqla və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməklə əlaqədar cəza çəkməkdən azad edilməsinə dair ərizəsi mahiyyət etibarilə yekun hökm üzrə təyin olunmuş cəzanın yenidən qiymətləndirilməsinə və dəyişdirilməsinə yönəldiyindən, prosessual baxımdan hökmlərin icrası qaydasında həll edilə bilməz. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkum sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CMnin 67-ci maddəsinə əsasən 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək ona 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Beləliklə, Məhkum hökmlərin məcmusu üzrə yekun cəza təyin edilmişdir. Belə olan halda isə əvvəlki hökm üzrə təyin edilmiş cəza müstəqil hüquqi əhəmiyyətini itirərək yekun cəzanın tərkib hissəsinə çevrilmişdir. Məhkumun zərərçəkmiş şəxslə barışması və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsi, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi CM-nin 73-1.2 və 80-1-ci maddələrinə əsasən cəzadan azad edilmə məsələsinə əsas verə bilsə də, həmin məsələ yalnız müvafiq cinayət üzrə ayrıca hökm qüvvədə olduğu və ya hökm çıxarılarkən qiymətləndirilməsi mümkün olan hallarda tətbiq edilə bilər. Hökmlərin məcmusu üzrə yekun cəza təyin edildikdən sonra əvvəlki hökm üzrə ayrıca cəzanın hüquqi nəticələrinin dəyişdirilməsi hökmlərin icrası qaydasında baxılmalı məsələ hesab edilmir. Apellyasiya instansiya məhkəməsi iş materiallarını və qanunvericilik normalarını tədqiq edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə öz qərarında gəldiyi nəticəni qanunvericiliyin tələblərinə uyğun şəkildə əsaslandıraraq məhkumun ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkum və onun müdafiəçisi tərəfindən ayrıayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməməli və məhkum Məhkum zərərçəkmiş şəxslə barışmaqla və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməklə əlaqədar cəza çəkməkdən azad edilməsi haqqında ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin olunmasın. Məhkum Məhkum zərərçəkmiş şəxslə barışmaqla və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməklə əlaqədar cəza çəkməkdən azad edilməsi haqqında ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Həmid Ağalarov Faiq Qəniyev
Məhkəmə qərarları › İş №7(3-6)-690/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-690/2026
07.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver