Məhkəmə qərarları › İş №7(3-6)-697/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-697/2026

24.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-697/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Əhmədov Zəfər Vahid oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, prokuror – Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi X2, məhkum Əsədli İdrak Fəxrəddin oğlunun, müdafiəçi – “Alibi” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, ## ###### 1980-ci il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Əsədli İdrak Fəxrəddin oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizənin təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Əsədli İdrak Fəxrəddin oğlu cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə məhkum Əsədli İdrak Fəxrəddin oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Əsədli İdrak Fəxrəddin oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həbsdə olduğu müddətdə olduğu müddətdə baş vermiş hadisə ilə əlaqədar çox peşmandır, ailəsindən, əzizlərindən ayrı düşməyi ona çox pis təsir edir, ailəsinə maddi və mənəvi kömək edə bilməmək də onu çox peşmanlıq hissi, psixoloji sarsıntı keçirməsinə səbəb olur. Himayəsində azyaşlı, həddi büluğa çatmamış uşaqlar var. Qalan cəza müddətinin yüngül cəza növü ilə əvəz edilməsini xahiş edir. Söz verir ki, bir daha cinayət törətməyəcək, ailəsinə layiqli ailə başçısı olacaq, Azərbaycan Respublikasının vətəndaşı adını hər zaman uca tutacaq. Məhkəmə iclasında iştirak edən məhkum cəza müddətinin başa çatmasına nisbətən çox vaxt qaldığını özünün də başa düşdüyünü, hüquqi varislərlə barışıq əldə edilmədiyini, barəsində komissiya tərəfindən mənfi rəy verildiyini, bütün bu vəziyyətini yaxşı özünün də yaxşı dərk etdiyini, amma bütün bunlara baxmayaraq 77 yaşlı atası, 74 yaşlı xəstə anası olduğunu, böyük qızının təhsilinə köməklik edə bilmədiyini, heç olmasa kiçik övladının təhsili ilə əlaqədar kömək göstərmək istədiyini, həm də bu zaman maddi köməyi nəzərdə tutmadığını, daha çox mənəvi baxımdan dəstək olmaq istədiyini, məsuliyyətsizliyinə görə çox peşman olduğunu, müəssisədə işləmək üçün fürsət olmadığından işləmədiyini, səhhətində problemlər olduğunu, həm də səhhti səbəbindən işləyə bilmədiyini, başında miqren ağrıları olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi də eyni mövqedən çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkumun törətdiyi cinayət əməlini etiraf edib peşmanlıq keçirsə də, zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə bu gündək barışıq əldə olunmadığını, onların şikayətçi olaraq qalmaqda davam etdiklərini, müvafiq komissiya tərəfindən mənfi rəy verildiyinə görə müəssisə tərəfindən də mənfi mülahizə tərtib edildiyini, cəza çəkdiyi müddət ərzində məhkuma həvəsləndirmə tədbiri tətbiq edilmədiyini, bir dəfə qayda pozuntusuna yol verdiyi üçün, mətbəxdə digər məhkumlarla mübahisə yaratdığını və barəsində cərimə otağına keçirmə növündə tənbeh tədbiri tətbiq edildiyini, müəssisə tərəfindən tərtib edilən mülahizəni müdafiə etdiyini bildirərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən prokuror məhkum barəsində barəsində mənfi rəy verildiyini, kifayət qədər çəkilməmiş cəzası olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə isə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Əsədli İdrak Fəxrəddin oğlu Masallı Rayon Məhkəməsinin ## ###### 2023 cü il tarixli *(***)-*/**** saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarı tətbiq edilməklə cəzası 6 ay azaldılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarı ilə məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cəzaçəkmə müddətini başlanğıcı ## #### 2023, sonu isə ## ###### 2027-ci ildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsinin mülahizəsindən görünür ki, məhkum Əsədli İdrak Fəxrəddin oğlu ** saylı cəzaçəkmə müəssisəsinə * saylı İstintaq Təcridxanasından ## ###### 2023-cü il tarixdə qəbul olunmuşdur. O, müəssisəyə qəbul olunduğu gündən ona hüquq və vəzifələri, daxili intizam qaydaları izah edilmiş, islah prosesi ilə bağlı zəruri tövsiyələr verilmiş, törətdiyi cinayətin xarakterinə uyğun tərbiyə işi aparılmış, dəstədə yataq yeri ilə təmin olunmuşdur. Məhkumla cəza çəkdiyi müddətdə ardıcıl olaraq fərdi tərbiyəvi, profilaktik və psixoloji söhbətlər aparılmış, müəssisədə və dəstədə keçirilən tədbirlərdə iştirakı təmin edilmişdir. Aparılan tərbiyəvi söhbətlərdən özü üçün müsbət nəticələr çıxarmamış, əməyə və təhsilə münasibəti müsbət olsa da, məhkum kollektivi arasında hərəkət və davranışında tam səmimilik müşahidə olunmur. Asudə vaxtlarını tam səmərəli keçirmir. Xarici görkəminə və yataq yerinin təmizliyi nəzarətdə saxlanılır. Xasiyyətcə qapalı təbiətlidir. Barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. ## #### 2024-cü il tarixdə 07 gün müddətinə cərimə təcridxanasına keçirilmə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Ailə üzvləri və yaxınları ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır. Məhkumla aparılan tərbiyəvi söhbət zamanı o, törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq hissi keçirməsini və himayəsində bir azyaşlı uşağının olduğunu bildirməklə nəzərə alınmasını xahiş edir. Lakin zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışığının olmaması, şikayətçi olmaları, cinayətin ağırlıq dərəcəsi və islah kriteriyalarından daha da düzgün nəticə çıxarması üçün islah prosesi davam etdirməlidir. Məhkumun şəxsi işi - ## ##### 2026-cı il tarixdə müvafiq komissiya tərəfindən öyrənilmiş və ** nömrəli İclas Protokolu ilə (protokol şəxsi işə əlavə olunmuşdur) onun mənfi xarakterizə olunmasını, tənbeh tədbirinin tətbiq olunmasını və s. halları nəzərə alaraq məhkəməyə təqdim olunması üçün mənfi rəy verilmişdir. Məhkum islah yoluna qədəm qoymayıb. Buna görə də, cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəuyğun hesab edilməmişdir. Birinci instansiya məhkəməsində məhkum Əsədli İdrak Fəxrəddin oğlu bildirdi ki, “qanunvericiliyin ona vermiş olduğu imkandan istifadə edir. Özünü qeyd olunan əməl üzrə təqsirli bilmir. Hazırda özünü islah olunmuş hesab edir. Barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmiş, bir dəfə tənbeh tədbiri tətbiq edilmişdir. Tənbeh tədbirini çəkib bitirmişdir. Zərərçəkmiş şəxslərin hüquqi varisləri 2 nəfərdir və ondan şikayətçidirlər. Əməlindən peşman olmuşdur. Evlidir, himayəsində biri azyaşlı olmaqla iki uşağı vardır. İllik xasiyyətnaməsi müsbətdir. Sonda Əsədli İdrak Fəxrəddin oğlu ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi”. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “müəssisənin mülahizəsinin mənfi olmasını, mülahizədə ictimai faydalı əməklə məşğul olmasının, hansı mədəni tədbirdə iştirak etməsinin qeyd olunmamasını, zərərçəkmiş şəxslərin hüquqi varislərinin şikayətçi olmasını, maddi ziyanın ödənilməməsi, cəza müddətinin sonuna çox qalmasını, onun şərti olaraq vaxtından əvvəl azad olunmasının cəmiyyətdə mənfi reaksiyaya səbəb olacağını nəzərə alaraq məhkumun hazırda islah yoluna qədəm qoymaması qənaətinə gəlmişdir. Məhkum islah olunmasını bir qayda olaraq, cəzanın icrası qaydalarına əməl etməsi ilə deyil, həm də ictimai-faydalı əməklə məşğul olmağa can atması, təhsil səviyyəsinin artırılması arzusunda olması ilə sübut etməlidir. Belə ki, məhkum islah edilmə prosesi üçün əhəmiyyət kəsb edən məsələlər üzrə müsbət göstəricilər əldə etmədiyi halda, Əsədli İdrak Fəxrəddin oğlunun timsalında həqiqətən də Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin təsbit etdiyi cəzanın məqsədlərinə nail olunması şübhə doğurur. Məhkumun Azərbaycan Respublikasının X10 mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoruna daxil olmuş müraciətinə ## ######## 2024-cü il tarixdə baxılaraq cavab verilmiş, onun əfv olunması haqqında müraciəti təmin olunmamışdır”. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Həmin Məcəllənin 76.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarda qeyd olunmuşdur ki, “qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür”. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunmasını, davranışını, əməyə münasibətini, islah olunmasını nəzərə almalıdır. İlk növbədə qeyd olunmalıdır ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Əks təqdirdə bu şərt ödənildiyi halda, yəni müvafiq kateqoriyaya aid cinayət törətmiş şəxslərə münasibətdə cəzanın qanunla nəzərdə tutulmuş hissəsinin çəkilməsi cəzadan vaxtından əvvəl azad olunması üçün yetərli hesab olunmaqla, qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Belə ki, müəyyən edilmişdir ki, məhkum İdrak Əsədli qəti olaraq 04 il 08 ay müddətinə (Masallı Rayon Məhkəməsinin ## ###### 2023 cü il tarixli *(***)-*/**** saylı hökmü ilə təyin edilmiş 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarı tətbiq edilməklə cəzası 6 ay azaldılmışdır) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və apellyasiya baxışı zamanı cəzasının təxminən 3 il 3 ay hissəsini çəkmiş, cəzasının sonuna 1 il 5 aya yaxın vaxt qalmışdır. Məhkumun şəxsi işindən də göründüyü kimi, ümumiyyətlə nəinki islah yoluna qədəm qoymuş, hətta qədəm qoymağa çalışan məhkum kimi də xarakterizə olunmur. Mənfi xarakterli mülahizədə qeyd olunmuşdur ki, aparılan tərbiyəvi söhbətlərdən özü üçün müsbət nəticələr çıxarmamış, əməyə və təhsilə münasibəti müsbət olsa da, məhkum kollektivi arasında hərəkət və davranışında tam səmimilik müşahidə olunmur. Asudə vaxtlarını tam səmərəli keçirmir. Xasiyyətcə qapalı təbiətlidir. Zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq olmamışdır, şikayətçidirlər. Tənbeh tədbirləri cəzanın icrası qaydalarını pozan məhkumlar barəsində tətbiq edilir. Cəzanın icrası qaydalarına əməl etmək isə məhkumun vəzifəsidir və məhkum barəsində tənbeh tədbirlərinin tətbiq edilməməsi onun müsbət xarakterli sayılması üçün özlüyündə birmənalı əsaslı hal deyildir. Həmçinin görünür ki, həvəsləndirmə tədbirləri nümunəvi davranışa, əməyə və təhsilə vicdanlı münasibətə, özfəaliyyət təşkilatlarında və tərbiyə tədbirlərində fəal iştirakına görə məhkumlara tətbiq edilir. İş materiallarından görünür ki, onun barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmiş, ## #### 2024-cü il tarixdə nisbətən ağır tənbeh tədbiri hesab edilən 07 gün müddətinə cərimə təcridxanasına keçirilmə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, apellyasiya şikayətində məhkumun hansı əsaslarla digər məhkumlardan fərqləndiyi əsaslandırılmamışdır. İş materiallarından, eyni zamanda məhkum barəsində təqdim edilmiş mülahizədən də onun mənfi xarakterizə edilən məhkum olduğu aşkar aydın olur. Bu da öz növbəsində onu göstərir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə (məhkum islah olunması) nail olunmamışdır. Digər tərəfdən, məhkumun ailə üzvləri ilə əlaqə saxlaması onun islah olunmasına sübut hesab edilməməklə yanaşı, məhkum yoldaşları və müəssisə əməkdaşları ilə davranışda etik qaydalara riayət etmək məhkumun vəzifəsidir. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15-ci bəndinə görə, məhkəmələrə izah olunsun ki, əvvəllər məhkəmə tərəfindən məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması, habelə cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi barədə müraciəti rədd olunmuşsa və məhkumun qanunla müəyyən edilmiş 6 aylıq müddətdən əvvəl təkrar eyni ərizə ilə müraciət etməsi müəyyən olunduqda, məhkəmə həmin müraciətin icraata qəbul edilməməsi və məhkuma qaytarılması barədə qərar qəbul edir. Bundan başqa, məhkum apellyasiya şikayətində qalan cəza müddətinin yüngül cəza növü ilə əvəz edilməsini xahiş etsə də, apellyasiya instansiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsində onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair müraciətinə baxılmışdır və məhkum həmin ərizəsinin təmin edilməməsinə dair qərardan apellyasiya şikayəti vermişdir. Lakin məhkum apellyasiya şikayətində digər xarakterli müraciət qeyd etmişdir və apellyasiya instansiya məhkəməsi hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslılığı yoxlanmalıdır və bu, məhkumun cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması barədə ərizə ilə məhkəməyə müraciət etməsi hüququ istisna edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri və məhkumun şəxsiyyətini də nəzərə alaraq, göstərilənlərə əsasən məhkumun apellyasiya şikayətinin dəlilləri ilə və müdafiəçinin məhkəmə iclasında bildirdikləri ilə razılaşmır, birinci instansiya məhkəməsinin məhkumun ərizəsinin təmin edilməməsi barədə gəldiyi qənaəti isə qanuni, əsaslı və işin faktiki hallarının düzgün qiymətləndirilməsi kimi hesab edir. Qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür ki, hazırkı halda məhkumun şəxsi iş materiallarından, həmçinin iş üzrə digər sənədlərdən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyil. Məhkəmə kollegiyası hesab edir ki, Əsədli İdrak Fəxrəddin oğlunda qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşmamış və belə olan halda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılması mümkünsüzdür. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkum Əsədli İdrak Fəxrəddin oğlunun cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli ** saylı Qərarına əsasən (həmin Qərara ## ##### 2025-ci il tarixli *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Məhkum Əsədli İdrak Fəxrəddin oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. “Alibi” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Əsədli İdrak Fəxrəddin oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 165 (bir yüz altmış beş) manat dövlət büdcəsindən “Alibi”Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar