Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-705/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Məhkum Ərizəni verən şəxs şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğunun götürülməsinə dair ərizəsinin təmin olunmaması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından məhkum Ərizəni verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDI: Məhkum Ərizəni verən şəxs ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib, 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla təyin edilən 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə üzərində olan şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğunun götürülməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Ərizəni verən şəxs ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Ərizəni verən şəxs apellyasiya şikayəti verərək, üzərində olan şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğunun götürülməsi barədə ərizəsinin təmin edilməməsinə dair qərarın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, probasiya orqanının müsbət rəyi var. O, 1 il 3 ay ərzdinə heç bir pozuntu etməmişdir. Sınaq müddətinin yarıdan çoxu artıq keçmişdir. Himayəsində 2 azyaşlı uşağı var. Onların maddi təminatı və tərbiyəsi ondan asılıdır. Qeyd olunanlara əsasən üzərində olan şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğunun götürülməsi barədə ərizəsinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*- **)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Ərizəni verən şəxs və müdafiəçisi müdafiəçi1 qızı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və məhkum Ərizəni verən şəxs şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğunun götürülməsinə dair ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. X2 isə, apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçisinin, şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə isə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı hökmünün surətindən görünür ki, Ərizəni verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, həmin hökmlə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi qərara alınmışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2026-cı il tarixli Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli Qərarı dəyişdirilmədən saxlanılamışdır. Iş materiallarında olan Bakı şəhər Probasiya Idarəsinin rəisi Altun Gözəlov tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış arayışdan görünür ki, məhkum Ərizəni verən şəxs Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan sınaq müddəti 8 ay 29 gün təşkil edir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli Qərarı icraya yönəldikdən sonrakı müddətdə məhkum qanun pozuntusuna yol verməsə də, islah olunduğunu sübut etməmişdir. Bu isə onu göstərir ki, məhkum Ərizəni verən şəxs təyin olunmuş cəzanın məqsədinə nail olmağı və onun özünün islah olunmasını mümkünsüz edə bilər ki, bu da, məhkəmə qərarının faktiki olaraq icra edilməməsinə gətirib çıxara, bununla da, Azərbaycan Respublikası Konstitusiyasının normalarının pozulmasına səbəb ola bilər. Məhkum Ərizəni verən şəxs şərti məhkum etmənin ləğv və məhkumluğunun götürülməsinin zəruriliyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, habelə tamamilə islah olunduğunun təsdiq edən və məhkumluğun vaxtından əvvəl götürülməsini mümkün və ya zəruri edən halı göstərə bilməmişdir ki, bu halları, icra məmurunun müsbət mülahizəsinin olmamasını və bununla yanaşı, prokurorun ərizənin rədd edilməsinə dair çıxışını nəzərə alaraq, məhkəmə hesab edib ki, hazırda baxılan ərizənin təmin edilməsi məqsədə müvafiq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinə əsasən, sınaq müddətinin azı yarısı keçdikdən sonra şərti məhkum edilmiş şəxs öz davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkum etmənin ləğv edilməsi barədə qərar qəbul edə bilər. Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, məhkumu tamamilə və ya qismən əlavə cəzadan da azad edə bilər. Şərti məhkum etmə ləğv edildikdə məhkumun əlavə cəzası olmadığı və ya o, əlavə cəzadan tamamilə azad edildiyi hallarda məhkəmə, həmçinin şəxsin məhkumluğunun götürülməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 517.2-ci maddəsinə əsasən məhkumluğun vaxtından əvvəl götürülməsi məhkəmə tərəfindən məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq həyata keçirilir. Həmin Məcəllənin 517.3-cü maddəsinə əsasən məhkumluğun vaxtından əvvəl götürülməsi barədə məhkumun ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatətinə məhkəmə tərəfindən cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Ərizəni verən şəxs barəsində verilmiş arayışdan onun islah olunması müəyyən edilmir, şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğunun götürülməsi zərurəti də müəyyən edilmir. Məhkumun islah olunması müəyyən edilmədiyi üçün ərizədə və şikayətdə qeyd etdiyi dəlillər formal mülahizələrə əsaslanır. Belə vəziyyətdə şikayətdə qeyd edilən dəlillərin nəzərə alınması mümkün görünmür. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkum Ərizəni verən şəxs şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğunun götürülməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Ərizəni verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Məhkum Ərizəni verən şəxs şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğunun götürülməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı məhkum Ərizəni verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 qızı tərəfindən məhkum Ərizəni verən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 08 (səkkiz) iş saatı üçün cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Ibrahim Ibrahimli Telman Hüseynov
Məhkəmə qərarları › İş №7(3-6)-705/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-705/2026
23.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver