Məhkəmə qərarları › İş №7(3-6)-707/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-707/2026

24.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-707/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru – X4, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi1, məhkum – Məhkum iştirakları ilə məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsi haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim T.H.Həsənov) ## ### 2026-cı il tarixli qərarı ilə ## ###### 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Astara rayonunun Miki kəndində qeydiyyatında olmaqla ünvan 1 saylı ünvanda müvəqqəti yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə təyin olunmuş cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında ərizəsi təmin edilməmişdir. Işin halları: Təqdim olunmuş materiallardan və Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə sənədlərinə əsasən, məhkum Məhkum cəzasının sonu ##.##.2028-ci il tarixdə başa çatır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə məhkum Məhkum ərizəsi təmin edilməmişdir. Qərardan məhkum apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında ərizəsinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Məhkum Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir, səhvini başa düşür və əməlindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmə iclasında məhkum Məhkum apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında prokuror X4 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.3-cü maddəsinə əsasən müsbət xarakterizə edilən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilə bilərlər. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli qərarının 1-ci bəndinin hüquqi tövsiyyəsinə görə, cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndində, bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qərarda, həmçinin tövsiyyə olunmuşdur ki, məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, məhkumun əməyə və təhsilə münasibətinin müsbət olmasının konkret nədə ifadə olunması, törətdiyi cinayətə münasibətinin təzahür forması, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin tələbinə görə mülahizə məhkumun cəza çəkdiyi bütün dövrü əks etdirməlidir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsindən verilmiş ## ### 2026-cı il tarixli mülahizədən görünür ki, məhkum Məhkum ##.##.2020-ci il tarixdən müəssisəyə daxil olmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş və islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Məhkum xaraktercə dinamikdir, aktivdir, fiziki potensialı səmərəli istiqamətləndirilmişdir, təşkilati tədbirlərdə fəaldır – yoqa məşgələsi, bilik yarışı və s. Müəssisədə fəaliyyət göstərən ** saylı Peşə məktəbində əməliyyatçı-mühasib ixtisasını oxumuşdur. Asudə vaxtını səmərəli dəyərləndirir. Törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini dərk edir, peşmanlığını ifadə edir. Ailə üzvləri və yaxın qohumları ilə görüşür. Barəsində aşağıdakı tənbeh tədbirləri tətbiq edilmişdir: 1. ##.##.2021-ci il tarixdə - CT 03 gün 2. ##.##.2025-ci il tarixdə -Xəbərdarlıq. Nümunəvi davranışına görə aşağıda qeyd olunan həvəsləndirmə tədbirləri tətbiq olunmuşdur:

1. Nümunəvi davranışına və "8 mart Beynəlxalq Qadınlar günü münasibətilə mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə ##.##.2021-ci il tarixli əmrlə "Təşəkkür" elan olunmuşdur. 2. Nümunəvi davranışına və "8 mart - Beynəlxalq Qadınlar günü” münasibətilə mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə ##.##.2022-ci il tarixli əmrlə "##.##.2021-CT 03 gün üz.qald" elan olunmuşdur. 3. Nümunəvi davranışına və "Novruz bayramı" münasibətilə mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə ##.##.2023-cü il tarixli əmrlə "Təşəkkür" elan olunmuşdur. 4. Nümunəvi davranışına ve "28 may - Cumhuriyyətin yaranması günü" münasibətilə mədənikütləvi tədbirlərdə fəal iştirakına görə ##.##.2023-cü il tarixli əmrlə "Əlavə sovqat, bağlama və ya banderol" elan olunmuşdur. 5. Nümunəvi davranışına və "18 oktyabr - Müstəqillik günü münasibətilə mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə ##.##.2023-cü il tarixli əmrlə "Əlavə sovqat, bağlama və ya banderol" elan olunmuşdur. 6. Nümunəvi davranışına və "12 noyabr - Konstitusiya günü münasibətilə mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə ##.##.2023-cü il tarixli əmrlə "Təşəkkür" elan olunmuşdur. 7. Nümunəvi davranışına və "31 dekabr Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı" münasibətilə mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə ##.##.2024-cü il tarixli əmrlə "Əlavə sovqat, bağlama və ya banderol" elan olunmuşdur. 8. Nümunəvi davranışına və "Ramazan bayramı" münasibətilə mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə ##.##.2024-cü il tarixli əmrlə "Əlavə sovqat, bağlama və ya banderol" elan olunmuşdur. 9. Nümunəvi davranışına və "28 may - Cumhuriyyətin yaranması günü" münasibətilə mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə ##.##.2024-cü il tarixli əmrlə "Təşəkkür" elan olunmuşdur. 10. Nümunəvi davranışına və "Kim, nə, harada" intellektual yarışmada fəal iştirakına görə ##.##.2025-ci il tarixli əmrlə "Təşəkkür" elan olunmuşdur. 11. Nümunəvi davranışına və "28 may - Cumhuriyyətin yaranması günü" münasibətilə mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə ##.##.2026-cı il tarixli əmrlə "##.##.2025-ci il tarixli Xəbərdarlıq üz.qald." elan olunmuşdur. Hökm üzrə 25 manat ekspertiza borcunu ödəmişdir, mülki zərər ödənilməmişdir, barışıq yoxdur. Məhkum Məhkum 2020, 2021ci illərin illik xasiyyətnamələri üzrə mənfi, 2022, 2023, 2024, 2025-ci ilin illik xasiyyətnamələri üzrə müsbət xarakterizə olunur. Sabunçu RM-nin ##.##.2025-ci il tarixli qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsi təmin edilmədən saxlanılmışdır. Məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə təsis edilmiş "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Komissiya"nın iclasında müzakirə edilmiş, ##.##.2026-ci il tarixli ** nömrəli protokolla barəsində mənfi rəy bildirilmişdir. Məhkum Məhkum cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Ədliyyə Nazirliyinin müvafiq Komissiyasının mənfi rəyini (rejim pozuntuları, zərərin ödənilməməsi, barışığın olmaması) nəzərə alaraq onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədəuyğun hesab edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında" ## ####### 2010-cu il tarixli ** nömrəli Qərarının 2-ci bəndində qeyd olunmuş hüquqi tövsiyyəyə görə, məhkumun vurulmuş ziyanı ödəməkdən qəsdən boyun qaçırması (məsələn, əmlakı gizlətməsi və s.), törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə maneə ola bilər. Mülahizədə və məhkəmə sənədlərində qeyd olunan məlumatlar məhkum Məhkum şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini, ## ####### 2010-cu il tarixli Plenum qərarının hüquqi tövsiyyəsini, iş materiallarında olan məlumatları, habelə mülahizəni və şikayəti nəzərə alaraq hesab edir ki, məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə əsaslar yoxdur və apellaysiya şikayəti birinci instansiya məhkəməsinin müraciət üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Yalnız, məhkumun cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkməsi onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün tək şərt deyildir. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası və məhkumun islah-edilməsi məqsədilə tətbiq edilir. Yəni, məhkumun islah edilməsini və cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. Islah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 398.1.1 və 520-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

QƏRARA A L D İ:

Apellyasiya şikayət təmin edilməsin. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsi haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı vəkil bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar