Məhkəmə qərarları › İş №7(3-6)-710/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-710/2026

08.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-710/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI ##.##.1967-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən. məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarından Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən prokuror X2 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan məhkum Məhkum şəxsi işi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X6 məhkum Məhkum barəsində olan mülahizəsindən görünür ki, o, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3; 66.3-cü maddələri ilə təqsirli bilinərək 11 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli: ##.##.2015-ci il tarixdən hesablanmış, cəzasının sonu: ##.##.2026-ci il tarixdə bitir.Məhkum Məhkum * saylı cəzaçəkmə müəssisəsinə ##.## 2016-cı il tarixdə * saylı istintaq təcridxanasından qəbul olunmuşdur. Qəbul olunduğu gündən ona hüquq və vəzifələri izah edilmiş, islah prosesi ilə bağlı zəruri tövsiyələr verilmişdir. Məhkum cəza çəkdiyi müddət ərzində cəzanın çəkilməsi qaydalarını pozduğuna görə barəsində 2 tənbeh tədbiri tətbiq olunmuşdur. Sonuncusu, müəssisə rəisinin ##.##.2017-ci il tarixli qərarı ilə 15 gün müddətinə cərimə təcridxanasına keçrilmə növündə tənbeh tədbiri olmuşdur. Məhkum Məhkum, törətdiyi cinayəti etiraf edir və əməlindən peşimançılıq hissi keçirdiyini bildirir. Əməyə və təhsilə münasibəti qənaətbəxşdir. Dəstədə keçirilən mədəni kütləvi və tərbiyə tədbirlərində iştirak edir. Məhkum yoldaşları ilə münasibətdə səmimidir. Xasiyyətcə sakitdir. Asudə vaxtını səmərəli təşkil etməyi bacarır. Ailəsi və yaxın qohumları ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır. Məhkumun cinayət işi üzrə dövlətə olan 63 manat 47 qəpik ekspertiza borcu ödənilmişdir. Cəza çəkdiyi müddət ərzində barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ##.##.2025-ci il tarixli *-T nömrəli əmri ilə yaradılmış “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı komissiya" nın ##.##.2026-cı il tarixli ** nömrəli iclas protokoluna əsasən məhkum Məhkum şəxsi işi öyrənilmiş və barəsində mənfi rəy verilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkum Məhkum cəza çəkdiyi müddətdə illik xasiyyətnamələrində islah yoluna qədəm qoymamış, barəsində dəfələrlə tənbeh tədbiri tətbiq edilmiş, barəsində mənfi rəy verilmişdir. Məhkum Məhkum islah yoluna qədəm qoymamış, islah olunmamışdır. Məhkəmə “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1ci və 2-ci bəndlərinin hüquqi mövqeyinə əsasən, qeyd etmişdir ki, qanunla müəyyən edilmiş müddətin çəkilməsi avtomatik və şərtsiz olaraq cəzanın yüngülləşdirilməsinə səbəb olmur. Məhkəmə hər bir işə fərdi yanaşmalı, məhkumun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəliliyini, cəzanın məqsədlərinə nail olunub-olunmadığını hərtərəfli qiymətləndirməlidir. Məhkəmənin bu sahədəki səlahiyyəti imperativ deyil, diskresion xarakter daşıyır və qərar qəbul edərkən bütün halların məcmusunu vicdanlı şəkildə qiymətləndirməlidir. Cəzanın təyini zamanı artıq göstərilmiş yüngülləşdirmənin cəzanın icrası mərhələsində cəzanın tam çəkilməməsi yolu ilə tamamlanması, təyin edilmiş cəzanın məqsədlərinin – sosial ədalətin bərpası və cəzanın çəkindirici təsirinin tam reallaşmasına xələl gətirə bilər. Törədilmiş əməlin yüksək ictimai təhlükəliliyi və ona görə artıq tətbiq edilmiş cəza nəzərə alındıqda, cəzanın çəkilməmiş hissəsindən azad edilməsi cəmiyyətdə bu növ cinayətlərə görə cəzasızlıq hissi yarada bilər. Məhkəmə hər bir halda Ədliyyə Nazirliyinin müvafiq komissiyasının rəyi ilə mənfi xarakterizə olunmasını da nəzərə alır və hazırkı vaxtda məhkumun islah edilməməsi qənaətinə gəlir. Hesab edilmişdir ki, hazırkı vaxtda məhkumun azad edilməsi analoji cinayəti törətmək niyyətində olan şəxslər arasında cəzasızlıq hissi yarada bilər və bir növ stimul verə bilər. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Məhkum Məhkum ona təyin olunmuş cəzanın vaxtından əvvəl şərti olaraq azad olunması üçün müəyyən müddətini çəkmiş olsa da, məhkəmə onun tam islah olunmaması qənaətinə gəlinmişdir. Belə ki, məhkum Məhkum barəsində cəza çəkdiyi müəssisə tərəfindən mənfi mülahizə verilmiş, məhkumun şəxsi iş materiallarını onun barəsində verilmiş mülahizə ilə əlaqəli şəkildə tədqiq edərək, məhkumun çəkdiyi cəza müddəti ilə cəzanın məqsədinə nail olunmaması qənaətinə gəlir. Məhkəmə belə bir nəticəyə gələrkən onun törətdiyi cinayətin ictimaitəhlükəliliyini və xarakterini əsas tutur. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür. Məhkum müəssisə rəhbərliyi tərəfindən mənfi xarakterizə olunur. Qeyd olunan səbəblərdən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyildir. Məhkəmə kollegiyası Məhkum cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni iş materialları ilə birlikdə əlaqəli surətdə təhlil edərək, cəzaçəkmə müəssisəsinin məhkum barədə mənfi mülahizəsini nəzərə alaraq və cəza çəkdiyi müddətdə islah olunmadığı qənaətinə gələrək hesab edir ki, Məhkum hazırkı vaxtda cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədə müvafiq deyildir. Belə ki, cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizədən müəyyən olunur ki, məhkum Məhkum cəza çəkdiyi müddət ərzində cəzanın çəkilməsi qaydalarını pozduğu üçün barəsində 2 tənbeh tədbiri tətbiq edilmişdir. Sonuncusu müəssisə rəisinin ##.##.2017-ci il tarixli qərarı ilə 15 gün müddətinə cərimə təcridxanasına keçirilmə növündə tənbeh tədbiri olmuşdur. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq, onun ərizəsinin təmin edilməsindən əsaslı olaraq imtina etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2.-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı Qərarında qeyd olunur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, məhkum Məhkum barəsində verilmiş mənfi mülahizədən, onun cəzadan şərti olaraq azad edilməsi üçün həmin müddət ərzində islah olunmaması müəyyən olunur. Məhkumun şikayətdə göstərdiyi dəlillərlə bağlı qeyd olunur ki, təkcə cəzasının qanunla nəzərdə tutulan hissəsini çəkməsi özlüyündə cəzadan şərti azad olunması barədə ərizəsinin təmin olunması üçün yetərli deyildir. Eyni zamanda, məhkumun törətdiyi əməldən peşiman olması, bir daha bu kimi hallara yol verməyəcəyi barədə çıxışını məhkəmə mülahizə, işin halları ilə birlikdə təhlil edərək öz daxili inamına əsasən inandırıcı hesab etmir. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq, məhkum barəsində verilmiş mülahizəni, məhkumun şəxsi işində olan sənədləri cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ilə qarşılıqlı şəkildə müzakirə edərək, apellyasiya şikayətinin əsassızlığını qeyd edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə hesab edir ki, Məhkum vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ### 2026cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin Məhkum cəzasından vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə *(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qanunçuluq Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 09 (doqquz) saat üçün cəmi 99 (doxsan doqquz) manat dövlət büdcəsindən tutularaq Qanunçuluq Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Elməddin Hüseynov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar