Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-713/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X11, müdafiəçi - Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkum Məhkum iştirakları ilə, ## #### 1987-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Lerik rayonu Hamarmeşə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi fərdi yaşayış evində yaşayan, məhkum Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin azadlığın məhdudlaşdırılması cəza növü ilə əvəz edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Probasiya İdarəsinin böyük icra məmuru Əli Fərzəndov təqdimatla Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkum Məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilməsini və ya cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsini xahiş etmişdir. Təqdimat və əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi onun azyaşlı uşaqları - ## ###### 2010-cu il təvəllüdlü X4 və ## ### 2012-ci il təvəllüdlü Mirzəyeva İlahə Vurğun qızı on dörd yaşına çatanadək təxirə salınmışdır. Məhkum Məhkum ## ### 2012-ci il təvəllüdlü övladı Mirzəyeva İlahə Vurğun qızının ##.##.2026-cı il tarixində 14 yaşı tamam olmuşdur. Buna görə də, məhkum Məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilməsini və ya cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsini məsələsinə baxılması xahiş edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə təqdimat təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı hökmü ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Məhkum cəzasının çəkilməmiş hissəsi 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından məhkum Məhkum apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı hökmü ilə Məhkum təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən qanunun tələblərini formal olaraq yerinə yetirmiş, lakin iş üçün mühüm əhəmiyyət kəsb edən halları, xüsusilə cəzanın təxirə salındığı müddət ərzində məhkum Məhkum davranışını, islah olunma dərəcəsini, övladlarının tərbiyəsinə münasibətini və sosial vəziyyətini tam qiymətləndirməmişdir. Məhkum Məhkum cəzanın təxirə salındığı bütün müddət ərzində qanunazidd hərəkətlərə yol verməmiş, probasiya nəzarətinin tələblərinə tam riayət etmiş, bütün diqqətini övladlarının təhsilinə, səhhətinə, tərbiyəsinə və inkişafına yönəltmişdir. Barəsində probasiya orqanı tərəfindən heç bir mənfi xarakterizə edən məlumat mövcud deyil. Cəzanın təxirə salındığı 2019-cu il tarixdən bu günə qədər keçən təxminən 7 (yeddi) il ərzində məhkum Məhkum bir ana kimi öz vəzifələrini layiqincə yerinə yetirmiş, uşaqlarının tərbiyəsi, təhsili və sağlamlığı ilə şəxsən məşğul olmuşdur. Ötən müddət ərzində o, heç bir hüquq pozuntusu və ya inzibati xəta törətməmiş, dövlətin qanunlarına və cəmiyyətin birgəyaşayış qaydalarına ciddi riayət etmişdir. Probasiya İdarəsində qeydiyyatda olduğu dövrdə üzərinə düşən vəzifələri vaxtı-vaxtında icra etmiş. intizamsızlıq nümayiş etdirməmişdir. Bu hallar onun artıq tamamilə islah olunduğunu, cəmiyyət üçün heç bir təhlükə kəsb etmədiyini subut edir. Həmçinin nəzərə çatdırılır ki, məhkum Məhkum ümumi xəstəlik səbəbindən 2-ci dərəcəli əlildir, əri Vurğun Mirzəyev ##.##.2010-cu il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz 2-ci dərəcəli əlildir, qızı ##.##.2012-ci il təvəllüdlü Mirzəyeva İlahə Vurğun qızı, orta dərəcəli əqli gerilik, kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları diaqnozu ilə 2-ci dərəcəli əlildir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən ailənin xüsusi həssas sosial-tibbi durumunu tamamilə diqqətdən kənarda saxlamışdır. Ailənin üç üzvünün də (ana, ata və uşaq) ağır sağlamlıq durumunda olması və fərdi qulluğa, mütəmadi tibbi yardıma ehtiyac duyması faktı danılmazdır. Belə bir xüsusi vəziyyətdə anaya qarşı 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq daşımaq, hərəkət və yaşayış sahəsini tərk etmə məhdudiyyətləri) cəzasının tətbiq edilməsi, faktiki olaraq həm məhkumun özünün, həm də himayəsindəki digər 2-ci dərəcəli əlil olan ailə üzvlərinin həyatını və tibbi xidmətlərə çıxışını hədsiz dərəcədə çətinləşdirir. Bu cür ağır ailə şəraiti olan qadının cəzanın çəkilməmiş hissəsindən tamamilə azad edilməsi həm ədalətli olmaqla, həmdə humaniz prinsipinə uyğundur. İş üzrə mühüm əhəmiyyət kəsb edən və birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməyən digər bir əsas cinayət işi üzrə zərərçəkmiş şəxs Məmmədov İsmayıl Faiq oğlu ilə məhkum Məhkum arasında barışığın mövcud olmasıdır. Məhkum tərəfindən törədilmiş əməl nəticəsində dəymiş maddi ziyan tamamilə ödənilmiş, zərərçəkmiş şəxsin məhkuma qarşı hazırda heç bir maddi, mənəvi şikayəti və ya tələbi qalmamışdır. Məhkəmə iclasında məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, Məhkum təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X11 apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarını qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi onun azyaşlı uşaqları ## ###### 2010-cu il təvəllüdlü X4 və ## ### 2012-ci il təvəllüdlü Mirzəyeva İlahə Vurğun qızı on dörd yaşına çatanadək təxirə salınmışdır. Hökmdən görünür ki, Məhkum xeyli miqdarda əmlak əldə etmək niyyəti ilə qardaşı X14 tanışı Rizvan Şahmuradovun dostu qismində dolayı yolla tanıdığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, həmçinin «Lideraz TV» və «xxxx» informasiya agentliklərinin təsisçisi, həmin cəmiyyətin direktoru və baş redaktoru olan X2 vasitəsilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgə əmlakını tələb etmə məqsədilə 2019-cu ilin yanvar ayının əvvəllərində Xəqani Əliyev, tanışı X15, sonuncunun bacısı Məhkum və qohumu X3 ilə razılaşaraq cinayet əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə, qrup üzvləri Əlizamin Əsgərov və Məhkum yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçüluk sovxozunda diş texniki kimi fəaliyyət göstərən Məmmədli İsmayıl Faiq oğlunun yerinə yetirdiyi işlə əlaqədar kifayət qədər müştərisi olmaqla normal qazanc əldə etməsi barədə Əlizamin Əsgərovun özünə bildirməsindən sonra bu barədə Xəqani Əliyevi şəxsən məlumatlandırmaqla Məhkum qohumu Humay Əhmədovanın başqa adla İsmayıl Məmmədli ilə yaxın münasibət qurub sonra isə sonuncunun onunla iradəsi ziddinə təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olması barədə Xəqani Əliyevə yazılı şəkildə müraciət etməsi və informasiya agentliyinin baş redaktoru kimi sonuncunun bunu rüsvayedici məlumatlar qismində ictimailəşdirəcəyi ilə hədə-qorxu gəlməklə İsmayıl Mammədlinin xeyli miqdarda pulunu alıb aralarında bölmək barədə aralarında olan cinayətkar sövdələşmə və ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində İsmayıl Məmmədlinin fəaliyyət göstərdiyi nömrəsiz tikilinin qarşısında müştərilərin əlaqə saxlaması üçün qeyd edilən sonuncuya məxsus 077-612-57-87 mobil telefon nömrəsini Humay Əhmədova həmin küçədən keçməklə mobil telefonunda qeyd etdikdən sonra ## ###### 2019-cu il tarixdə sonuncu istifadəsində olan 070-579-70-75 mobil telefon nömrəsi ilə İsmayıl Məmmədlinin həmin nömrəsinə bir neçə dəfə zəng edib sonuncuya özünü "Damla" adı ilə təqdim edərək onunla əlaqə yaradıb, bir müddət telefonda yaxın münasibət formalaşdırmaqla təxminən bir həftə sonra İsmayıl Məmmədlini Binə qəsəbəsi ərazisində «Kanalın üstü» adlandırılan ərazidə kirayədə yaşadığı evə dəvət edərək orada, həmçinin, bir neçə gün sonra İsmayıl Məmmədlinin qeyd edilən iş otağında sonuncu ilə könüllü şəkildə cinsi əlaqədə olduqdan və bu barədə qrup üzvü Məhkum bildirməklə sonuncunun Əlizamin Əsgərov vasitəsilə özünü məlumatlandırmasından sonra bu barədə qrup üzvü Xəqani Əliyevə şəxsən bildirməklə, aralanındakı cinayətkar niyyətə uyğun olaraq, İsmayıl Məmmədlidə qorxu hissi formalaşdırmaq üçün 11-## ###### 2019-cu il tarixlərində saat 15 radələrində İsmayıl Məmmədlinin həmin iş yerinə Əlizamin Əsgərovla birlikdə gedərək orada sonuncu İsmayıl Məmmədliyə "qohumu Humay Əhmədovaya qarşı qeyri-əxlaqi hərəkətlər etməsi və onu zorlamasını, barəsində şikayət edəcəklərini, bu hərəkətlərinə görə cavab verməli olacağını bildirdikdən sonra, 2019-cu ilin fevral ayının ortalarında Humay Ənmədovanın yaşadığı həmin evə qrup üzvü Xəqani Əliyevlə birlikdə gedib inandırıcı olması üçün sonuncu Humay Əhmədovanı təlimatandırmaqla onun İsmayıl Məmmədli tərəfindən guya zorla cinsi təcavüzə məruz qalmasına dair video görüntüsünü istintaqla müəyyən edilməyən texniki qurğu vasitəsilə çəkdikdən sonra Xəqani Əliyev onlara səhərisi gün göndərəcəyi avtomaşınla onun və cinayətdən xəbərsiz olan əri X8 Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti məhəllədə yerləşən "Azərbaycan" Nəşriyyatının inzibati binasına yanına gəlmələrini, orada sənədləri imzalamalı olmasını bildirməsi ilə əlaqədar səhəri gün qeyd edilən qaydada sonuncular Xəqani Əliyevin yanına gəlməklə, orada sonuncunun diqtəsi ilə Humay Əhmədova İsmayıl Məmmədli tərəfindən zorla cinsi təcavüzə məruz qalması məzmununda Xəqani Əliyevin adına ünvanlanmış ərizə yazıb sonuncuya təqdim edərək, həmçinin, hadisə barədə xüsusi şahidlərin olması görüntüsü yaratmaq məqsədilə qrup üzvü kimi Məhkum və özü, habelə cinayətdən xəbərsiz Şahin Hüseynov tərəfindən Xəqani Əliyevin adına ünvanlanmış eyni məzmunlu ərizələrin tərtib edilərək sonuncuya təqdim edilməsindən və ## ###### 2019-cu il tarixdə saat 14 radələrində Xaqani Əliyev istifadəsində olan 055-810-33-10 mobil telefon nömrəsindən İsmayıl Məmmədliyə məxsus yuxarıda qeyd edilən mobil telefon nömrəsinə zəng edib barəsində şikayətin daxil olmasını bildirərək araşdırma aparılmasından ötrü İsmayıl Məmmədlini işlədiyi, qeyd edilən nəşriyyatın inzibati binasında icarəyə götürdüyü *** nömrəli xidməti otağına çağırmasından sonra qabaqcadan aralarında olan cinayətkar niyyətə uyğun olaraq, işin ciddiliyi və barəsində real şəkildə aqressiv şikayətin olması görüntüsü yaratmaq məqsədilə həmin tarixdə Əlizamin Əsgərov, Humay Əhmədova ilə birlikdə özü də qeyd edilən otağa gəlməklə, iştirakları ilə Xəqani Əliyev qabaqcadan aralarında olan razılaşmaya əsasən İsmayıl Məmmədliyə "Humay Əhmədova ilə zor tətbiq etməklə təbii və qeyri-təbii yolla cinsi əlaqə olması barədə özünə şikayətin daxil olması, həmin şikayət üzrə malumatları ictimailəşdirməyin onun xidməti borcu olması, barəsində video çarx, «əlində kəlbətin ağ xalatlı həkimin qadını zorlaması barədə» material hazırlayıb sosial şəbəkələrdə paylaşaraq onu rüsvay edəcəyi ilə hədələyərək həmin məlumatları ictmailəşdirməklə İsmayıl Məmmədlini hüquq-mühafizə orqanları vasitəsilə tutduracağını, bu zaman ağır cəzalandırılacağını və cazaçəkmə müəssisəsində qeyri-əxlaqi əməllə bağlı cəza çəkdiyindən həmin müəssisədə başına pis işlərin açılacağını bildirib Ismayıl Məmmədlini qorxudub, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə ondan xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə həmin otaqda 6.000 manat pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs qismində tələb etmiş, sonuncunun həmin pulu verməkdən imtina etməsinə baxmayaraq, qabaqcadan aralarında olan razılaşmaya əsasən, qeyd edilən tarixdən # #### 2019-cu il tarixədək, Xəqani Əliyev istifadəsində olan həmin mobil telefon nömrəsi vasitəsilə İsmayıl Məmmədliyə məxsus qeyd edilən nömrəyə bir neçə dəfə zəng edib, qısa mesajlar yazaraq hədə-qorxu hərəkətlərini vahid niyyətlə davam etdirib, # #### 2019-cu il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən * saylı Bakı «ASAN» Xidmət mərkəzinin qarşısında görüşərək istifadəsində olan ağ rəngli «Mercedes G class» markalı avtomaşının salonunda Xəqani Əliyev vasitəsilə İsmayıl Məmmədlidən 2.000 manat pul vəsaitini almaqla, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgə əmlakını vahid niyyətlə hədə-qorxu ilə tələb etmə cinayət əməlini törətmişdir. ##.##.2021-ci il tarixdə məhkum Məhkum ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. ## ### 2012-ci il təvəllüdlü Mirzəyeva İlahə Vurğun qızının ##.##.2026-cı il tarixdə 14 yaşı tamam olmuşdur. Bakı şəhər Probasiya İdarəsinin ## ### 2026-cı il tarixli mülahizəsindən görünür ki, məhkum Məhkum cəzasının təxirə salındığı dövrdə uşaqları ## ###### 2010-cu il təvəllüdlü X4 və ## ### 2012-ci il təvəllüdlü Mirzəyeva İlahə Vurğun qızını tərbiyə etməkdən boyun qaçırmamış və ondan imtina etməmişdir. Məhkumun inzibati və cinayət məsuliyyətinə cəlb olunması barədə heç bir məlumat daxil olmamışdır. “xxxx” X1 * nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ## ##### 2026-cı il tarixli məktubundan görünür ki, ## ###### 2010-cu il təvəllüdlü X4 və ## ### 2012-ci il təvəllüdlü Mirzəyeva İlahə Vurğun qızı * nömrəli BŞX-nın pediatr bölməsində qeydiyatdadır. Halhazırda səhhətlərində heç bir problem yoxdur. Azərbaycan Respublikası CPM-nin 79.3-cü maddəsinə əsasən uşaq on dörd yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir. Azərbaycan Respublikası CPM-nin 519.1-ci maddəsinə əsasən məhkumun yaşayış yeri üzrə məhkəmə cəzaları icra edən müəssisənin və ya orqanın təqdimatı əsasında hökmün və ya məhkəmənin digər yekun qərarının icrası ilə əlaqədar aşağıdakı məsələlərə baxır: 519.1.1. hökmün və ya məhkəmənin digər yekun qərarının icrasından boyun qaçıran şəxsə təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi barədə; 519.1.2. şərti məhkumetmə zamanı sınaq müddətinin uzadılması, şərti məhkum edilmiş şəxsin üzərinə qoyulmuş vəzifələrin dəyişdirilməsi, habelə şərti məhkumetmənin və ya şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi, məhkumun məhkəmənin hökmü ilə təyin edilmiş cəzanın çəkilməsi üçün göndərilməsi barədə; 519.1.2-1. azadlığın məhdudlaşdırılması növündə cəza çəkən məhkumun üzərinə əlavə vəzifələrin qoyulması və yaxud əvvəllər qoyulmuş vəzifələrin dəyişdirilməsi və ya ləğv edilməsi, habelə məhkumun yaşayış yerini dəyişdirməsinə icazə verilməsi barədə; 519.1.3. cəzasının çəkilməsi təxirə salınmış məhkumun cəzadan azad edilməsi və ya belə məhkumun cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi barədə; 519.1.4. cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsi barədə. Azərbaycan Respublikası CİM-nin 173.4-cü maddəsinə əsasən uşaq on dörd yaşına çatdıqda və ya uşaq vəfat etdikdə məhkəmə məhkumun davranışını, uşağın tərbiyəsinə münasibətini nəzərə alaraq, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, yaxud cəzaçəkmə müəssisələrinə göndərilməsi məsələsini həll edir. Məsələyə baxarkən məhkəmə icra məmurunun mülahizəsini nəzərə alır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, ## ###### 2010-cu il təvəllüdlü X4 və ## ### 2012-ci il təvəllüdlü Mirzəyeva İlahə Vurğun qızının on dörd yaşları başa çatmışdır və səhhətlərində heç bir problem yoxdur. Məhkəmə kollegiysı apellyasiya şikayətinin dəlillərində göstərilən halları, yəni birinci instansiya məhkəməsinin cəzanın təxirə salındığı müddət ərzində məhkum Məhkum davranışını, islah olunma dərəcəsini, övladlarının tərbiyəsinə münasibətini və sosial vəziyyətini tam qiymətləndirməməsi, qanunazidd hərəkətlərə yol verməməsi, heç bir hüquq pozuntusu və ya inzibati xəta törətməməsi və sair dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının dəyişdirlməsi üçün əsas sayıla bilməz. Eyni zamanda məhkumun və ailə üzvlərinin əlilliyi ilə bağlı dəlilinə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvəz edildiyi azadlığın məhdudlaşması cəzası onun ailə üzvləri ilə təmasda olmasını, onların qayğısına qalmasını, övladlarının tərbiyəsində iştirak etməsini məhdudlaşdırmır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, məhkumun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, onun törədilməsi halları və üsulu da təqdimata baxılarkən nəzərə alınmalı, eyni zamanda məhkumun ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumiyyətlə çəkməməsi də qeyd olunmalıdır. Məhkəmə kollegiyası yekun olaraq verilmiş apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, cinayət qanunvericiliyinə görə uşaq on dörd yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir. Birinci instansiya məhkəməsi də, təqdimatı təmin edərək məhkuma təyin edilmiş cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmişdir. Hazırda məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin məhkum Məhkum təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi barədə ##.##.2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-713/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-713/2026
06.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver