Məhkəmə qərarları › İş №7(3-6)-722/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-722/2026

01.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-722/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsi ilə, X1 və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru – X3, müdafiəçi – Azərbaycan Respublikası “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi, məhkum – Məhkum iştirakları ilə məhkum Məhkum barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq edilməsi barədə ərizəsinin təmin edilməməsi haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş iş materiallarına və Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmünə əsasən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2, 310 və 320-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 178.3.2 və 178.3.2-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzalar qismən toplanılmaqla qəti olaraq ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək, cəzaçəkmə müddətinin əvvəli ## ##### 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində saxlanılan məhkum Məhkum, barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim E.M.Fətəliyev) ## ### 2026-cı il tarixli qərarından görünür ki, məhkum Məhkum ərizəsi təmin edilməmişdir. Qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və barəsində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmünə münasibətdə, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında məhkum Məhkum apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Müdafiəçi hüquqlarını müdafiə etdiyi məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında prokuror X3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çxışlarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.4- cü bəndinə əsasən, ilk dəfə ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzadan azad edilir. Lakin məhkumun barəsində qəbul edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmünə əsasən, Məhkum Azərbaycan Respublikasının CM-nin 29, 178.3.2, 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinərək, qəti olaraq ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkumun törətdiyi əməllərdən biri Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxil olan həmin məcəllənin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli mövcud olmuş və cəzasının çəkilməmiş hissəsi 6 aydan az olmamışdır. Bundan başqa, həmin Qərarın 14-cü hissəsinə əsasən həmin cinayət əməli bu Qərarın təsir dairəsinə düşmədiyindən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq edilməsi mümkün deyil. Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünə münasibətdə məhkum Məhkum barəsində "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının tətbiq edilməsinə əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, məhkum Məhkum apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiqinə dair ərizənin təmin edilməməsi haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq “Kredo” vəkil bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar