Məhkəmə qərarları › İş №7(3-6)-726/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-726/2026

14.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-726/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2, Məhkum Məhkum Sergeyevnanın və onun müdafiəçisi Presedent Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ##.##.1986-cı ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz ev ünvanında yaşayan, Məhkum Məhkum Sergeyevnanın cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru, R Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum Sergeyevna ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə məhkum Məhkum Sergeyevnanın ərizəsinin təmin olunması, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilən 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 (on) ay 25 (iyirmi beş) günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Həmin qərardan Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru, R Dövlət ittihamçısı apellyasiya protesti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilərək məhkumun ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli hökmündən görünür ki, Məhkum Sergeyevna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum Sergeyevna ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum Sergeyevnanın cəzaçəkmə müddətinin başlanğıcı ## ##### 2022-ci il tarixdən hesablanması, Məhkum Sergeyevnanın barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum Sergeyevnanın barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunması hökm edilmişdir.Məhkumun şəxsi işindən görünür ki, Məhkum Sergeyevna ##.##.2022-ci il tarixdən ** saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir, cəzasının əvvəli ##.##.2022-ci il, ##.##.2027-ci il tarixdə isə cəzası sona çatır. Məhkəmə Məhkum Sergeyevnanın cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəyə baxarkən məhkumun törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkumun əməyə və təhsilə münasibətini, məhkumun törətdiyi əmələ münasibətini, o cümlədən azadlığa çıxdıqdan sonra yaşayış şəraitini, azadlığa buraxılmanın nəticələri ilə bağlı potensial risklər və onların azaldılması ilə bağlı məqamları, dövlətin və cəmiyyətin maraqlarını, əhalinin sağlamlığa əlehinə cinayət törətmiş şəxslərin antisosial meyli insanlar olmasını, cəmiyyətin bu tipli şəxslərdən qorunmasının vacibliyini, məhkumun davranışını xarakterizə edən digər məlumatları araşdırmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Belə olan halda, məhkum Məhkum Sergeyevnanın cəzaçəkmə müddətində davranışının ümumilikdə müsbət qiymətləndirilməsi və bu səbəbdən onun cəzasını tam çəkməsinə lüzum olmadığından məhkumun ərizəsinin təmin edilməsinin məqsədəmüvafiq hesab edilməsi barədə məhkəmənin gəldiyi nəticəsini əsassızdır. Apellyasiya baxışı zamanı iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2 apellyasiya protestini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından protestin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən məhkum Məhkum Sergeyevna və onun müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cəzaçəkmə müəssisəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası cəzaçəkmə müəssisəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan protestə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini qarşılıqlı şəkildə araşdıraraq, apellyasiya protestinin dəlillərini müzakirə edərək, prokurorun həmin protestin təmin edilməsi barədə, müdafiə tərəfinin isə protestin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru, R Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, məhkum Məhkum Sergeyevnanın cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1 böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1 ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3 xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Həmçinin məhkəmələrə izah olunur ki, bu xarakterli müraciətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onun normal sosial faydalı həyata qaytarılmasına yardım edən institutdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanunun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli hökmündən görünür ki, Məhkum Sergeyevna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum Sergeyevna ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum Sergeyevnanın cəzaçəkmə müddətinin başlanğıcı ## ##### 2022-ci il tarixdən hesablanması, Məhkum Sergeyevnanın barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum Sergeyevnanın barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunması hökm edilmişdir. Məhkum Sergeyevna ##.##.2022-ci il tarixdən ** saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir, cəzasının əvvəli ##.##.2022-ci il, ##.##.2027-ci il tarixdə isə cəzası sona çatır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin mülahizəsindən görünür ki, məhkum Məhkum Sergeyevna 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 1 azyaşlı övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmuş (Əzizbəyov RM-nin 12.11,2009-cu il tarixli hökmü ilə CM-nin 234.1 -ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir), ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz evdə yaşamış, Bakı Ağır Cinayətlər məhkəməsinin ##.##.2022ci il tarixli hökmü CM-nin 234.4.3- cü maddəsi ilə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sabunçu rayon məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə narkomaniyadan məcburi müalicəsi ləğv edilmişdir. Cəzanın əvvəli: ##.##.2022-ci il. Cəzanın sonu: ##.##.2027-cı il. Məhkum Məhkum Sergeyevna ##.##.2022-ci il tarixdən müəssisəyə daxil olmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş və islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Məhkum xaraktercə sakit, problemsizdir, konfliktli situasiyalarda müşahidə edilməyib. Tələb olunan qaydalara riayət edir, müəssisədaxili yaradılan tədris kursları və məşğələlərində iştirak edir. Tərbiyəvi və mədəni-kütləvi tədbirlərdə iştirak edir.Törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini dərk edir, peşmanlığını ifadə edir. Ailə üzvləri ilə əlaqə saxlayır.Cəza müddəti ərzində rejim qaydalarını pozmamışdır, nümunəvi davranışı, əməyə müsbət münasibəti, mədəni-kütləvi tədbirlərdə və abadlıq işlərində fəal iştirakı nəzərə alınaraq barəsində aşağıda qeyd olunan həvəsləndirmə tədbiri tətbiq olunmuşdur: Nümunəvi davranışına və “28 may- Respublika günü" münasibətilə mədənikütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ##.##.2023-cü il tarixli əmrlə “Təşəkkür” və nümunəvi davranışına və “28 may-Respublika günü” münasibətilə mədənikütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ##.##.2024cü il tarixli əmrlə “Təşəkkür” elan olunmuşdur. 2023, 2024, 2025-ci ilin illik xasiyyətnamələri üzrə müsbət xarakterizə olunur. Hökm üzrə borcu yoxdur. Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə təsis edilmiş “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Komissiya”nın iclasında müzakirə edilmiş, ##.##.2026-cı il tarixli ** nömrəli protokolla barəsində müsbət rəy bildirilmişdir. Nəticədə məhkum Məhkum Sergeyena cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Ədliyyə Nazrliyinin müvafiq Komissiyasının müsbət rəyini nəzərə alaraq onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəuyğun hesab edilir. Məhkumun şəxsi işindən görünür ki, Məhkum Sergeyevna cəza çəkdiyi müddət ərzində rejim qaydalarını pozmamışdır. Məhkum Sergeyevnaya nümunəvi davranışına və “28 may- Respublika günü" münasibətilə mədəni- kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ##.##.2023-cü il tarixli əmrlə “Təşəkkür” və nümunəvi davranışına və “28 may- Respublika günü” münasibətilə mədəni- kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ##.##.2024-cü il tarixli əmrlə “Təşəkkür” elan olunmuşdur, məhkum Məhkum Sergeyevnanın hökm üzrə borcu yoxdur. Məhkumun şəxsi işində olan illik xasiyyətnamələrdən görünür ki, Məhkum Sergeyevna 2023, 2024, 2025-ci illərin illik xasiyyətnamələri üzrə müsbət xarakterizə olunmuşdur; Apellyasiya instansiya məhkəməsi məhkum Məhkum Sergeyevnanın cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması barədə gəldiyi həmin nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanuni və əsaslı qərar qəbul etmişdir. Belə ki, məhkəmə ona əsaslanmışdır ki, Məhkum Sergeyevna ona təyin cəzasının üçdə ikisindən çox hissəsini həqiqətən çəkmiş, cəza çəkdiyi müddət ərzində hər hansı bir rejim qaydalarının pozulmasına yol verməməsi, əksinə barəsində iki dəfə həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi, hökm üzrə borcunu ödəməsi, xüsusən islah yoluna qədəm qoymağa çalışan məhkum kimi xarakterizə olunması onun cəza çəkdiyi illər üzrə ümumilikdə islah yoluna qədəm qoymuş məhkum kimi qiymətləndirilməsinə imkan verir. Məhkəmə kollegiyası həmin qərarla razılaşmayan apellyasiya protestinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi verilən mülahizəni məhkumun şəxsi işi ilə birlikdə əlaqəli surətdə araşdıraraq məhkum Məhkum Sergeyevnanın müsbət xarakterizə olunduğunu, cəza çəkdiyi müddət ərzində daxili rejim qaydalarına düzgün əməl etdiyini, barəsində həvəsləndirmə tədbirlərinin tətbiq olunmasını, cəza çəkdiyi illər üzrə ümumilikdə islah yoluna qədəm qoymağa səy göstərən məhkum kimi xarakterizə olunmasını və cəzasının 2/3 hissəini çəkməsini nəzərə alaraq və düzgün qənaətə gələrək məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini mümkün saymışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru, R Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, məhkum Məhkum Sergeyevnanın cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya protesti təmin olunmasın. Məhkum Məhkum Sergeyevnanın cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Presedent Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum Sergeyevnanın hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Presedent Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar