Məhkəmə qərarları › İş №7(3-6)-729/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-729/2026

13.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-729/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5, Müdafiəçi – “Qanunçuluq” Vəkil Bürosunun vəkili X2, Məhkum Talıbov İlkin Bayram oğlunun iştirakları ilə, ##.##.1983-cü il tarixdə Cəbrayıl rayonu, Şıxalıağalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Cəbrayıl rayonu, Horovlu Ərazi Dairəsi, Horovlu kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Talıbov İlkin Bayram oğlunun ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Talıbov İlkin Bayram oğlu ciddi rejimli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Fuad Axundov) ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə məhkum Talıbov İlkin Bayram oğlunun ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında ərizəsi rədd edilmişdir. Həmin qərardan narazı qalan məhkum Talıbov İlkin Bayram oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilərək ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçisinin, şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə isə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2018-ci il tarixli hökmündən görünür ki, Talıbov İlkin Bayram oğlu Azərbaycan Respubilikası CM-nin 29, 120.1ci maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməsi, cəzasının əvvəlinin ## ######## 2017-ci il tarixdən hesablanmışdır. məhkumun **** saylı şəxsi işindən görünür ki, Talıbov İlkin Bayram oğlu 05.04.2018ci il tarixindən ** saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkir, cəzasının əvvəli ##.##.2017-ci il tarixdən başlayır, ##.##.2027-ci il tarixdə isə cəzası sona çatır; məhkumun **** saylı şəxsi işindən görünür ki, Talıbov İlkin Bayram oğluna ##.##.2018ci il tarixdə 05 (beş) gün müddətinə “cərimə otağı”na keçirilmə; ##.##.2019-cu il tarixdə 04 (dörd) gün müddətinə “cərimə otağı”na keçirilmə; ##.##.2020-ci il tarixdə 10 (on) gün müddətinə “cərimə otağı”na keçirilmə; ##.##.2021-ci il tarixdə 07 (yeddi) gün müddətinə “cərimə otağı”na keçirilmə; ##.##.2023-cü il tarixdə 15 (on beş) gün müddətinə “cərimə otağı”na keçirilmə; ##.##.2025-ci il tarixdə 10 (on) gün müddətinə “cərimə otağı”na keçirilmə; ##.##.2025-ci il tarixdə 08 (səkkiz) gün müddətinə “cərimə otağı”na keçirilmə tənbeh tədbirləri tətiq edilmişdir; məhkumun **** saylı şəxsi işinə əlavə edilmiş 2018, 2019, 2020 və 2021-ci il tarixli illik xasiyyətnamələrdən görünür ki, Talıbov İlkin Bayram oğlu islah yoluna qədəm qoymamışdır; məhkumun **** saylı şəxsi işinə əlavə edilmiş 2022-ci il tarixli illik xasiyyətnamədən görünür ki, Talıbov İlkin Bayram oğlu islah yoluna qədəm qoymuşdur; məhkumun **** saylı şəxsi işinə əlavə edilmiş 2023 və 2024-cü il tarixli illik xasiyyətnamələrdən görünür ki, Talıbov İlkin Bayram oğlu islah yoluna qədəm qoymağa cəhd göstərmişdir. Cəzaçəkmə müəssisəsi tərəfindən məhkum Talıbov İlkin Bayram oğlu barəsində verilmiş mülahizədən görünür ki, məhkum Talıbov İlkin Bayram oğlu müəssisəyə gəldiyi ilk günlərdən özünü mənfi xarakterizə olunan məhkum kimi tanıtmış, müəssisədə aparılan abadlıq işlərinə, keçirilən mədəni-kütləvi tədbirlərə cəlb olunmuş və onun bu tədbirlərdəki iştirakı qeyri-qənaətbəxş olmuş və keçirilən tədbirlərdən yayınmağa çalışmış, əməyə və təhsilə olan münasibəti mənfidir, müsbət xarakterli məhkumlarla münasibətdə qeyrisəmimidir, onunla aparılan fərdi-tərbiyəvi söhbətlərdən və profilaktiki tədbirlərdən özü üçün müsbət nəticə çıxarmır, cəza çəkdiyi müddət ərzində müəssisənin daxili rejim qaydalarının tələblərini bilərəkdən kobud şəkildə pozduğuna görə barəsində dəfələrlə “Cərimə otağına” keçirilmə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan başqa, məhkumun son dövrə yaxın ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə yenidən “cərimə otağı”na keçirilmə növündə tənbeh olunması onun daxili rejim qaydalarına münasibətinin təsadüfi və keçmişdə qalmış hal kimi deyil, cəzanın çəkilməsi müddətində davam edən intizam problemi kimi qiymətləndirilməsinə əsas verir. Bu hallar məhkəməyə məhkumun ümumi rejimə keçirildiyi halda cəzanın islahedici təsirinin zəifləməyəcəyi barədə möhkəm daxili inam formalaşdırmağa imkan vermir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Talıbov İlkin Bayram oğlunun ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında ərizəsinə baxarkən cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq məhkum barəsində müsbət xarakterli mülahizə verilməsinə baxmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (CİM) 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin məcəllənin 70.2.2-ci maddəsinə əsasən məhkumlar ciddi rejimli cəzaçəkmə müəssisələrindən - ümumi rejimli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilə bilərlər. İlk növbədə qeyd olunmalıdır ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi onun ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” ##.##.2010-cu il tarixli Plenum Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Mülahizədən də göründüyü kimi məhkum müəssisəyə gəldiyi ilk günlərdən özünü mənfi xarakterizə olunan məhkum kimi tanıtmış, müəssisədə aparılan abadlıq işlərinə, keçirilən mədəni-kütləvi tədbirlərə cəlb olunmuş və onun bu tədbirlərdəki iştirakı qeyri-qənaətbəxş olmuş və keçirilən tədbirlərdən yayınmağa çalışmış, əməyə və təhsilə olan münasibəti mənfidir, müsbət xarakterli məhkumlarla münasibətdə qeyrisəmimidir, onunla aparılan fərditərbiyəvi söhbətlərdən və profilaktiki tədbirlərdən özü üçün müsbət nəticə çıxarmır, cəza çəkdiyi müddət ərzində müəssisənin daxili rejim qaydalarının tələblərini bilərəkdən kobud şəkildə pozduğuna görə barəsində dəfələrlə “Cərimə otağına” keçirilmə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bu da onun islah olunmamasına dəlalət edir. Bununla yanaşı, məhkəmə kollegiyası məhkum tərəfindən törədilmiş cinayətin xarakterini (CM-in 29, 120.1-ci maddəsi) də nəzərə alaraq cinayətin yönəldiyi subyekti, cinayətin törədilməsi üsulunu, onun cəza çəkdiyi müddət ərzində olan davranışını onun şəxsiyyətini xarakterizə edən hallar kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2010-cu il tarixli “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Plenumunun qərarında qeyd olunduğu kimi məhkumun cəza çəkdiyi müddətdə davranışı və onun şəxsiyyətini səciyyələndirən hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarından görünür ki, şərti azad olma və ya cəzaçəkmə növünün dəyişdirilməsi barədə məhkumun ərizəsinə baxarkən onun cəzaçəkmə müddətinin son dövrü deyil, bütövlükdə cəzaçəkmə müddəti qiymətləndirilməlidir. Məhkumun bütün cəza çəkdiyi dövrə nəzər saldıqda isə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum cəza çəkdiyi müddətdə stabil davranışa malik olmamışdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Talıbov İlkin Bayram oğlunun ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında ərizəsinin təmin edilməsi məqsədəmüvafiq deyil, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-nin 193, 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Talıbov İlkin Bayram oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Talıbov İlkin Bayram ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında ərizəsinin təmin edilməməsinə dair ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Qanunçuluq” Vəkil Bürosunun vəkili X2 tərəfindən məhkum Talıbov İlkin Bayram oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 13 (on üç) saat üçün cəmi 143 (yüz qırx üç) manat dövlət büdcəsindən tutularaq “Qanunçuluq” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar