Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-741/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsi ilə, X3 və Ibrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – X6, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru – X7, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Alfa” vəkil bürosunun vəkili müdafiəçi1nın, məhkum – X4 iştirakları ilə X1 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə ## ###### 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Beton zavod ərazisi, nömrəsiz fərdi ev ünvanında yaşayan X1 Sumqayıt şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü ilə qəti olaraq 3 (üç) il 5 (beş) ay 20 (iyirmi ) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(5-101)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə barəsində “Konistitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə cəzası 6 ay azaldılmış və cəzası ##.##.2027-ci il tarixdə başa çatan X1 azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Işin halları: Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmündən görünür ki, X4 Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən X4 Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X4 Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu ümumilikdə 10 (on) gün müddətin təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq, 3 (üç) il 5 (beş) ay 20 (iyirmi gün) müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, təqdimatın təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il 5 (beş) ay 20 (iyirmi gün) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş X4 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 1-ci hissəsinin 3.1-ci bəndinə əsasən altı ay azaldılması qərara alınmışdır. Məhkəmə sənədlərindən görünür ki, X1 cəzaçəkmə müddəti ## ###### 2027-ci il tarixdə başa çatır. X1 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə ərizə təmin edilmişdir. Qərardan prokuror Prokuror apellyasiya protesti verərək, X4 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv olunmasını və ərizənin təmin olunmamasını xahiş etmişdir. Protestin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Protest əsaslandırılarkən qeyd olunmuşdur ki, məhkəmə X5 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəyə baxarkən məhkumun törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkumun əməyə və təhsilə münasibətini, məhkumun törətdiyi əmələ münasibətini, o cümlədən azadlığa çıxdıqdan sonra yaşayış şəraitini, azadlığa buraxılmanın nəticələri ilə bağlı potensial risklər və onların azaldılması ilə bağlı məqamları, dövlətin və cəmiyyətin maraqlarını, əhalinin sağlamlığa əlehinə cinayət törətmiş şəxslərin antisosial meyli insanlar olmasını, cəmiyyətin bu tipli şəxslərdən qorunmasının vacibliyini, məhkumun davranışım xarakterizə edən digər məlumatları araşdırmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Belə olan halda, X2nın cəzaçəkmə müddətində davranışının ümumilikdə müsbət qiymətləndirilməsi və bu səbəbdən onun cəzasını tam çəkməsinə lüzum olmadığından məhkumun ərizəsinin təmin edilməsinin məqsədəmüvafiq hesab edilməsi barədə məhkəmənin gəldiyi nəticəsini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Ona görə də, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun törətdiyi cinayətə münasibətinin təzahür formasına xüsusi diqqət yetirməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən isə məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Lakin məhkumun törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə maneə ola bilər. Qanunverici həmin normanın tətbiq olunmasını şəxsin cəzaçəkmə müddətində davranışı, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də, məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun cəzasının qalan hissəsini çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Bundan başqa, müəyyən edilmişdir ki, məhkəmə tərəfindən Avropa Şurasının Nazirlər Komitəsinin cəzaların icrası zamanı məhbusların cəmiyyətə qayıdışa hazırlıq məqsədilə penitensiar siyasətin həyata keçirilməsində ümumi prinsiplərə riayət etməyin və onların təkmilləşdirilməsinin vacibliyinə dair X8 və vaxtından əvvəl azad etmə barədə R (2003) ** saylı tövsiyələrində qeyd olunan ədalətli araşdırmaya dair prinsipi nəzərə almamışdır. Bu tövsiyələrin nəzərə alınmaması öz növbəsində Azərbaycan Respublikasının Cəzaların Icrası Məcəlləsində nəzərdə tutulmuş məhkumların qanun qarşısında bərabərliyi və hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında müraciətlərə ədalətli və obyektiv baxılması, cəzanın islahedici təsirinin gücləndirilməsi, islah edilmə vasitələrinin tətbiqinin qanuniliyinin və digər prinsiplərin pozulmasına səbəb olmuşdur. Bütün bunlar isə cəzaçəkmə müəssisəsinin X4 barəsindəki mülahizəsinin obyektiv həqiqəti əks etdirmədiyinə, faktlara əsaslanmadığına və ümumi ifadələrdən ibarət olduğuna və onun hazırda islah olunmadığına dəlalət edir. Məhkəmə iclasında prokuror X7 verilmiş apellyasiya protestinin məzmununa uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X1 və müdafiəçisi müdafiəçi1 ayrı-ayrılqda verilmiş apellyasiya protestinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası təqdim edilmiş iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, apellyasiya protestinin dəlilləri ilə əlaqəli şəkildə müzakirə edib, proses iştirakçılarının çıxışlarını nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya protesti təmin edilməməli və iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Həmin Məcəllənin 76.3.1-ci maddəsinə əsasən, məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası CIM-nin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Qeyd olunan maddələrin mənasına görə məhkəmə tərəfındən müraciətlərə baxılarkən, məhkumların bütün cəza çəkmə dövründəki davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, özfəaliyyət təşkilatlarının işində iştirakı, həqiqətən islah yoluna qədəm qoyması və cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi araşdırılmalıdır. Işdə olan məhkumun şəxsi iş materiallarından görünür ki, X1 ##.##.2025-ci il tarixdən müəssisəyə daxil olmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş və islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Məhkum ilkin adaptasiya müddətində çılğın, dinamik davranışlar sərgiləsə də, onunla aparılan profilaktik tərbiyə işinə etinasız yanaşmamış, müsbət manevrlər qeydə alınmışdır-fiziki potensialı səmərəli istiqamətləndirilmişdir. Mədəni-kütləvi, tərbiyəvi, habelə, idman tədbirlərində fəal iştirakçıdır. Törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini dərk edir, peşmanlığını ifadə edir. 2 azyaşlı övladı var, ailə üzvləri ilə əlaqə saxlayır. Cəza müddəti ərzində rejim qaydalarını pozmuş- ##.##.2025-ci il tarixdə CT 05 gün elan edilmişdir. Nümunəvi davranışı, əməyə müsbət münasibəti, mədəni-kütləvi tədbirlərdə və abadlıq işlərində fəal iştirakı nəzərə alınaraq barəsində aşağıda qeyd olunan həvəsləndirmə tədbiri tətbiq olunmuşdur: 1. “##.##.2025-ci il tarixdə keçirilmiş növbəti Bələdiyyə seçkisinin keçirilməsi ilə əlaqədar” abadlıq işlərində fəal iştirakına görə ##.##.2025-ci il tarixli əmrlə “Təşəkkür” elan olunmuşdur. 2. Nümunəvi davranışına və “31 dekabr Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı" münasibətilə mədəni-kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ##.##.2026-cı il tarixli əmrlə “##.##.2025-ci il tarixli CT 05” üzərindən qaldırılmışdır. 2025-ci ilin illik xasiyyətnaməsi üzrə müsbət xarakterizə olunur. Hökm üzrə borcu yoxdur. Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə təsis edilmiş “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Komissiya”nın iclasında müzakirə edilmiş, ##.##.2026-cı il tarixli ** nömrəli protokolla barəsində müsbət rəy bildirilmişdir. X2 cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Ədliyyə Nazirliyinin müvafiq Komissiyasının müsbət rəyini (müsbət xarakterizə olunmasını, törətdiyi əməldən peşmanlıq) nəzərə alaraq onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəuyğun hesab edilir. Birinci instansiya məhkəməsi X1 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə müraciətə baxarkən, cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi, proses iştirakçılarının təklifləri və təqdim olunmuş digər sənədlərlə əlaqəli şəkildə araşdırmış, şəxsiyyəti nəzərə alınmaqla məhkuma fərdi yanaşılmış, cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən müsbət hallar nəzərə alınaraq, müraciətinin təmin edilməsi haqqında əsaslı və ədalətli qərar qəbul etmişdir. Məhkəmə kollegiyası bir daha iş materiallarını araşdıraraq, məhkumun barəsində müsbət xarakterli mülahizə verilməsini, mülahizədə göstərilən məlumatların işdə olan sənədlərlə təsdiq edildiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməkdə haqlı olmuşdur. Belə ki, “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1ci bəndinin hüquqi tövsiyyəsinə görə, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin qərarın 2-ci bəndinə əsasən məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Məhkəmə kollegiyası Plenum qərarında vurğulanan hüquqi tövsiyyələrlə bağlı qeyd edir ki, X1 barəsində verilmiş mülahizənin əsaslılığı və onun islah olunub-olunmaması məsələsi araşdırılarkən, cəza çəkdiyi müddətdə nümayiş etdirdiyi davranışı və digər hallar bir-biri ilə əlaqəli şəkildə nəzərə alınmışdır. Məhkumun şəxsi iş materiallarına və cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəyə əsasən, cəza çəkdiyi dövrə nəzər saldıqda görünür ki, X4 ona təyin edilmiş cəzanın yarısından çox hissəsini çəkmişdir. Məhkumu islah etmək, onda qanuna itaəti həvəsləndirmək məqsədi ilə barəsində həvəsləndirmə tədbiri tətbiq edilmiş, daxili rejim qaydalarına əməl etmişdir. Bütün sadalanan hallar, məhkumun islah olunduğunun, cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinin mümkünlüyünün göstəricisidir. Digər tərəfdən, qanunun tələbinə görə məhkum edilmiş şəxsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmək üçün iki əsas tələb olunur: müəyyən edilmiş cəza müddətinin bir hissəsinin çəkilməsi və məhkum edilmiş şəxsin islah olunması. Hazırki iş üzrə təqdim edilmiş mülahizədən və məhkumun şəxsi iş materiallarından hər iki əsasın mövcud olduğu məlum olur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə münasibətdə qeyd edir ki, X1 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** №-li qərarının hüquqi tövsiyyələri və Avropa Şurasının Nazirlər Komitəsinin cəzaların icrası zamanı məhbusların cəmiyyətə qayıdışa hazırlıq məqsədilə penitensiar siyasətin həyata keçirilməsində ümumi prinsiplərə riayət etməyin və onların təkmilləşdirilməsinin vacibliyinə dair X8 və vaxtından əvvəl azad etmə barədə R (2003) ** saylı tövsiyələri ilə ziddiyyət təşkil etmir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, X1 Mübariz cəzadan şərti olaraq vaxtından əvvəl azad olunduğu müddət ərzində, davranışı üzərində nəzarəti həyata keçirən yaşayış yeri üzrə Icra və Probasiya Şöbəsindən qanun pozuntusuna yol verməsi haqqında hər hansı məlumatın daxil olmaması onun islah yolunda müsbət davranışının mühüm göstəricisidir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X4 qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi formalaşdığından, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən, apellyasiya protestinin təmin edilməsi və X4 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya protesti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilməsin. X1 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. “Alfa” vəkil bürosunun vəkili müdafiəçi1 tərəfindən X1 Mübariz hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 11 (on bir) saat üçün cəmi 121 (yüz iyirmi bir) manat dövlət büdcəsindən tutularaq “Alfa” vəkil bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-741/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-741/2026
08.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver