Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-743/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Müdafiəçi müdafiəçi1, Məhkum Məhkum iştirakları ilə, Məhkum Məhkum barəsində təyin olunmuş narkomaniyadan məcburi müalicənin ləğv edilməsinə dair ərizəsinin ona əlavə olunmuş materiallarla birlikdə geri qaytarılmasına dair qəbul edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqdim olunmuş materialdan görünür ki, Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən barəsində təyin olunmuş narkomaniyadan məcburi müalicənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim V.Qurbanov) ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən Məhkum barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicənin ləğv edilməsinə dair ərizəsi ona əlavə olunmuş materiallarla birlikdə geri qaytarılmışdır. Məhkəmənin qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qanunsuz və əsassız qərarını tamilə ləğv edərək, iş materiallarını, onun ərizəsinin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarımasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkum Məhkum ərizəsini onunla əsaslandırmışdır ki, o, Kürdəmir rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 1 (041 )- ***/**** saylı hökmü ilə AR CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmlə barəsində tibbi xarakterli məcburi tədbirnarkomaniyadan məcburi müalicə təyin edilmiş və həmin hökm hal- hazırda AR Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində icra edir. Bundan başqa hal-hazırda narkotik vasitələrdən istifadə etmir,himayəsində 3 azyaşlı övladı var,ailədə yeganə gəlir gətirən şəxsdir. Narkotik vasitə aludəçisi olmamasını həm məhkəmə,həm də Respublika Narkoloji Mərkəzində bildirmişdir.İstifadəçi olmadığı üçün verilən dərmanlar ona əks təsir göstərir.Göstərilənləri nəzərə alaraq Kürdəmir rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 1 (041 )-***/**** saylı hökmünə əsasən barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicənin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (hakim Vüsal Qurbanov) ##.##.2026-cı il tarixli qərarı ilə Kürdəmir rayon Məhkəməsinin ##.##.2023cü il tarixli,1 (041 )-***/**** saylı hökmünə əsasən Məhkum barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicənin ləğv edilməsinə dair ərizə baxılmadan geri qaytarılmışdır. Hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin sözügedən qərarı tamamilə qanunsuz,əsassız və ədalətsiz olmaqla ,həm daxili qanunvericiliyin, həm də İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin tələblərini eləcə də AR Konstitutsiya Məhkəməsinin və AlHM-nin formalaşmış preventiv hüquqi mövqelərini kobud şəkildə pozmuşdur. Məhkəmə müdafiəsi və Ədaiətli Məhkəmə araşdırması Hüququnun (Avropa Konvensiyasının 6-cı maddəsi) pozulması: AR Konstitutsiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən,hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmə vasitəsilə müdafiəsinə təminat verilir. Məhkəməyə müraciət etmək hüququ mütləqdir və hər hansı bir inzibati qurumun (və ya həkim komissiyasının) mülahizəsindən və ya təqdimatından asılı edə bilməz. AİHM özünün formalaşmış presedent hüququnda dəfələrlə vurğulamışdır ki, məhkəməyə müraciət etmək hüququ effektiv olmalıdır. Dövlət daxili prosessual normaları elə tətbiq etməlidir ki, bu, şəxsin işin mahiyyəti üzrə məhkəmə tərəfindən dinlənilmək hüququnu məhdudlaşdırmasın və onun özəyini heçə endirməsin (X3rşı AİHM 1975,X7rşı AİHM 1985) qərarları) Birinci instansiya məhkəməsi məhkumun ərizəsini baxılmadan geri qaytarmaqla onu ədalətli məhkəmə araşdırması hüququndan məhrum etmişdir. Azadlıq və Şəxsi Toxunulmazlıq hüququ,X9 dövrü Baxış Prinsipləri (Konvensiyanın 5-ci maddəsi). Şəxsin məcburi müalicədə saxlanılması faktiki olaraq onun hərəkət azadlığının məhdudlaşdırılması deməkdir və Avropa Konvensiyasının 5-cı maddəsinin (Azadlıq və şəxsi toxunulmazlıq hüququ) mühafizə dairəsinə daxildir.Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə əsasən,azadlıqdan məhrum edilmiş hər kəs onun barəsində tətbiq edilən məcburi tədbirin qanuniliyinə məhkəmə tərəfindən tez bir zamanada baxılması və onun azadlıqdan məhrum edilməsi qanunsuz hesab olunarsa,azad edilməsi barədə məhkəməyə müraciət etmək hüququna malikdir. AİHM-Jn X. İsveçrəyə qarşı “(1981) və xüsusilə psixiatrik/narkoloji xəstəxanalarda məcburi saxlanılma ilə bağlı əmsal hesab olunan “Winterwerp Niderlanda qarşı” (1979) qərarlarında qeyd olunur ki,məcburi tibbi tədbirə məruz qalan şəxs daxili qanunvericilikdə tibbmüəssisəsinin təqdimat verib-verməməsindən asılı olmayaraq, müntəzəm fasilələrlə öz təşəbbüsü ilə məcburi tədbirin qanuniliyinə məhkəmə tərəfindən yenidən baxılmasını tələb etmək hüququna malikdir. Əks yanaşma şəxsi tamamilə inzibati orqanın və ya həkimlərin iradəsindən asılı vəziyyətə salır ki, bu da Konvensiyanın fəlsəfəsinə və qanunun əliliyi prinsipinə ziddir. AR Konstitutsiya Məhkəməsinin Analoji Məsələlər üzrə Plenum Qərarlarına istinad: AR Konstitutsiya Məhkəməsinin Plenumu vətəndaşların hüquqlarının məhkəmə müdafiəsi təminatları ilə başlı qərarlarında birmənalı olaraq göstərmişdir ki.prosessual qanunvericilikdə hər hansı bır vəsatətin və ya ərizənin verilməsi üçün digər dövlət orqanının və ya komıssiysnın razılığı və ya təqdimatının tələb olunması barədə müddəalar vətəndaşın məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıra bilməz.Məhkəmə hər bir halda şəxsin müraciətinə mahiyyəti üzrə baxmalı,müvafiq tibb müəssisəsindən rəyi özü tələb etməli və yalnız bundan sonra ədalətli qərar qəbul etməlidir. Sabunçu rayon Məhkəməsinin formal verilmiş qərarının şərhi insan hüquqlarının prioritetliyi prinsipini (AR Konstitutsiyasının 24cü maddəsi) tamamilə gözardı edir.Məhkəmə Məhkum ərizəsini icraata qəbul edib,Respublika Narkoloji Mərkəzindən onun müalicə və sağlamlıq vəziyyəti barədə müvafiq rəyi öz təşəbbüsü ilə sorğu edib araşdırmalı idi. Məhkəmə kollegiyasının iclasında məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qanunsuz və əsassız qərarını tamilə ləğv edilməsini, iş materiallarını onun ərizəsinin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarımasını xahiş etmişlər. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında prokuror X2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə əlaqədar materialları tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, məhkum Məhkum narkomaniyadan məcburi müalicəsinin ləğv edilməsinə dair ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasının mümkünlüyünün yoxlanılması üçün material birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74-1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Həmin Məcəllənin 93-1.4-cü maddəsinə əsasən narkomaniya xəstəliyi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin tam sağalması nəticəsində həmin tədbirlərin ləğv edilməsi zərurəti yarandıqda, yaxud davam etdirilməsinə ehtiyac olduqda həmin tədbirlərin tətbiqinin uzadılması və ya ləğv edilməsi məsələsi həkimməsləhət komissiyasının rəyi əsasında müvafiq tibb müəssisəsinin müdiriyyətinin təqdimatı ilə həmin müəssisənin yerləşdiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həll edilir. Həmin Məcəllənin 93-1.5-ci maddəsinə əsasən narkomaniya xəstəliyi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs bu tədbirin tətbiqinin uzadılması və ya ləğv edilməsi məsələsinin həll edilməsi məqsədi ilə altı ayda bir dəfədən az olmayaraq həkim-məsləhət komissiyasında baxışdan keçirilməlidir. Həmin tədbirlərin uzadılması və ya ləğv edilməsi məsələsinə ilk dəfə müalicənin başlandığı gündən altı ay keçdikdən sonra baxılır. Həmin Məcəllənin 93-1.6-cı maddəsinə əsasən məhkəmə bu Məcəllənin 93-1.4-cü maddəsində nəzərdə tutulmuş məsələlər üzrə qəbul edilmiş qərarları həmin tədbirləri tətbiq etmiş məhkəməyə göndərir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3- cü maddələrinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, “ədalət mühakiməsinin ayrılmaz tərkib hissəsi olan hüquq bərabərliyi prinsipi tərəflərə, onlardan hər hansı birini digərinə münasibətdə açıq şəkildə əlverişsiz vəziyyətdə qoymamaq şərti ilə öz işini təqdim etmək üçün ağlabatan imkan yaratmaq öhdəliyini nəzərdə tutur. Dövlətin məqsədi ədalətli məhkəmə hüququnu təmin etməkdən ibarət olduğu halda, şəxsin qanunda nəzərdə tutulmuş məhkəmə instansiyasına müraciət etmək hüququnda hər hansı bir qeyri-bərabərliyə yol verilməməlidir”. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun ## ###### 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsində göstərilir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Lakin vəziyyəti fərqli olan subyektlər üçün hüquq və vəzifələrin mütləq bərabərliyi ola bilməz. Bərabərlik hüququna əsasən vəziyyəti fərqli olan subyektlər üçün eyni tənzimləmə tətbiq edilə bilməz. Eyni zamanda bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bununla belə, bərabərlik hüququ qanunverici tərəfindən ayrı-ayrı kateqoriyalı subyektlərə güzəştlərin və imtiyazların tətbiq edilməsini inkar etmir. Bu cür fərqlər o zaman bərabərlik hüququna zidd olar ki, onlar ağlabatan, obyektiv və mütənasib olmasınlar. Hamının qanun və məhkəmə qarşısında bərabərliyi isə o deməkdir ki, qanunların icrası hamı üçün eyni dərəcədə məcburidir və hər bir şəxs öz pozulmuş hüququnun müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olan məhkəməyə müraciət etmək hüququ demokratik cəmiyyətdə fundamental əhəmiyyət daşıyır. Belə ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Eyni zamanda, məhkəməyə müraciət etmək hüququ məhkəmə tərəfindən qərar qəbul edilməsinə nail olmaq hüququnu özündə ehtiva edir. Məhkəmə müdafiəsi hüququnun məcmusunu formalaşdıran digər elementlərlə (qanun əsasında yaranmış və müvafiq yurisdiksiyaya malik olan məhkəmə) yanaşı, məhkəməyə müraciət etmək hüququ xüsusi əhəmiyyət kəsb edir. Belə ki, məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Azadlıq və Şəxsi Toxunulmazlıq hüququ,X9 dövrü Baxış Prinsipləri (Konvensiyanın 5-ci maddəsi). Şəxsin məcburi müalicədə saxlanılması faktiki olaraq onun hərəkət azadlığının məhdudlaşdırılması deməkdir və Avropa Konvensiyasının 5-cı maddəsinin (Azadlıq və şəxsi toxunulmazlıq hüququ) mühafizə dairəsinə daxildir.Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə əsasən,azadlıqdan məhrum edilmiş hər kəs onun barəsində tətbiq edilən məcburi tədbirin qanuniliyinə məhkəmə tərəfindən tez bir zamanada baxılması və onun azadlıqdan məhrum edilməsi qanunsuz hesab olunarsa,azad edilməsi barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin X. İsveçrəyə qarşı “(1981) və xüsusilə psixiatrik/narkoloji xəstəxanalarda məcburi saxlanılma ilə bağlı əmsal hesab olunan “Winterwerp Niderlanda qarşı” (1979) qərarlarında qeyd olunur ki,məcburi tibbi tədbirə məruz qalan şəxs daxili qanunvericilikdə tibbmüəssisəsinin təqdimat verib-verməməsindən asılı olmayaraq, müntəzəm fasilələrlə öz təşəbbüsü ilə məcburi tədbirin qanuniliyinə məhkəmə tərəfindən yenidən baxılmasını tələb etmək hüququna malikdir. Qeyd olunan xüsusatlara əsasən, məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və məhkum Məhkum narkomaniyadan məcburi müalicəsinin ləğv edilməsinə dair ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasının mümkünlüyünün yoxlanılması üçün material birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.2 və 520-ci -ci maddəsini rəhbər tutaraq qərara a l ı r: Məhkumun Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Məhkum Məhkum barəsində təyin olunmuş narkomaniyadan məcburi müalicənin ləğv edilməsinə dair ərizəsinin ona əlavə olunmuş materiallarla birlikdə geri qaytarılmasına dair qəbul edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli ləğv edilsin. Məhkum Məhkum barəsində təyin olunmuş narkomaniyadan məcburi müalicənin ləğv edilməsinə dair ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasının mümkünlüyünün yoxlanılması üçün material Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Telman Hüseynov Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №7(3-6)-743/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-743/2026
09.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver