Məhkəmə qərarları › İş №7(3-6)-744/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-744/2026

15.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qərar Bakışəhəri İş№7(3-6)-744/2026 15.07.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi),X5vəƏhmədovZəfərVahidoğlundanibarəttərkibdə, məhkəməiclasınınkatibiZeynalovaLaləAllahverdiqızınınkatibliyi, prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlaridarəsininprokuroruX6, məhkumMəhkum, müdafiəçi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 İsa qızının iştirakları ilə, ## ######## 1988-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şəmkir rayonunun Təzəkənd kəndində ünvanında qeydiyyatda olmaqla faktiki həminünvandayaşayanməhkumMəhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından prokuror Prokuror tərəfindən verilmiş apellyasiya protesti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsinixahişetmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarına əsasən, məhkum Məhkum ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-***/**** saylı hökmü ilə qəti olaraq təyin edilən 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 05 (beş) günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edimiş, cəzasının çəkilməmiş hissəsi ərzində onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə rayon (şəhər) İcra və Probasiya şöbəsinə tapşırılmış, üzərinə onun davranışına nəzarəti həyata keçirən icra məmuruna məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmasıqəraraalınmışdır. Qərardan narazı qalan prokuror Prokuror apellyasiya protesti verərək Məhkum ərizəsinin təmin edilməsi haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/****saylıqərarınınləğvedilməsinixahişetmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkum Məhkum cəzaçəkmə müəssisəsi tərəfindən müsbət xarakterizə olunur, islah yoluna qədəm qoymuş, şəhid ailəsi olmuş, həmçinin Ədliyyə Nazirliyinin komissiyası tərəfindən məhkumun vaxtından əvvəl azad edilməsi haqqında ərizəsinin təmin edilməsinə dair müsbət rəy verilmişdir. Məhkəmə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəyə baxarkən məhkumun törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkumun əməyə və təhsilə münasibətini, məhkumun törətdiyi əmələ münasibətini, o cümlədən azadlığa çıxdıqdan sonra yaşayış şəraitini, azadlığa buraxılmanın nəticələri ilə bağlı potensial risklər və onların azaldılması ilə bağlı məqamları, dövlətin və cəmiyyətin maraqlarını, əhalinin sağlamlığı əlehinə cinayət törətmiş şəxslərin antisosial meyli insanlar olmasını, cəmiyyətin bu tipli şəxslərdən qorunmasının vacibliyini, məhkumun davranışını xarakterizə edən digər məlumatları araşdırmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Belə olan halda, məhkum Məhkum cəzaçəkmə müddətində davranışının ümumilikdə müsbət qiymətləndirilməsi və bu səbəbdən onun cəzasını tam çəkməsinə lüzum olmadığından məhkumun ərizəsinin təmin edilməsinin məqsədəmüvafiq hesab edilməsi barədə məhkəmənin gəldiyi nəticəsini əsassız hesab edir. Məhkəmə tərəfindən Avropa Şurasının Nazirlər Komitəsinin cəzaların icrası zamanı məhbusların cəmiyyətə qayıdışa hazırlıq məqsədilə penitensiar siyasətin həyata keçirilməsində ümumi prinsiplərə riayət etməyin və onların təkmilləşdirilməsinin vacibliyinə dair X10 və vaxtından əvvəl azad etmə barədə R (2003) ** saylı tövsiyələrində qeyd olunan ədalətli araşdırmaya dair prinsipi nəzərə almamışdır. Bu tövsiyələrin nəzərə alınmaması öz növbəsində Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş məhkumların qanun qarşısında bərabərliyi və hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında müraciətlərə ədalətli və obyektiv baxılması, cəzanın islahedici təsirinin gücləndirilməsi, islah edilmə vasitələrinin tətbiqinin qanuniliyinin və digər prinsiplərin pozulmasına səbəb olmuşdur. Bütün bunlar isə cəzaçəkmə müəssisəsinin Məhkum barəsindəki mülahizəsinin obyektiv həqiqəti əks etdirmədiyinə, faktlara əsaslanmadığına və ümumi ifadələrdən ibarət olduğuna və onun hazırda islah olunmadığına dəlalət edir. Göründüyü kimi, məhkəmə cəzaçəkmə müəssisəsinin formal xarakter daşıyan həmin müsbət mülahizəsinə istinad etməklə, məhkum Məhkum cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair əsassız vəqanunsuzqərarqəbuletmişdir. Məhkəmə iclasında prokuror apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib ona minimal həddə cəza verilib bildirib Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilərək ərizənin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında məhkumun müdafiəçisi vaxtilə Bakı Ağır Cinayətlər Məhkəməsinin şəxs barəsində ədalətsizlik, əsassız ittiham olduğunu fikirləşib məşhz bu səbəbdən ona aşağı həddə cəza verdiyini, birinci instansiya məhkəməsi tərəfindən məhkumun islah olunması, onun ictimai əməyə cəlb olunması, özünü peşman hesab eləməsi, cəmiyyətə yararlı olmasının araşdırıldığını, məhkum haqqında haqqında ən doğru məlumatı, fikri onun cəza çəkdiyi müəssisənin əməkdaşları və kollektivinin söyləyə biləcəyini, müəssisənin nümayəndəsinin də şəxsin azadlığa buraxılmasının müdafiəsi istiqamətində çıxış etdiyini, prokurorun məhkumun islah olunmadığını desə də bu fikri izah edə bilmədiyini, cəza çəkdiyi müddətdə müəssisədə ümumiyyətlə intizam tənbehi verilmədiyini, ictimai əməyə münasibətinin normal olduğunu, əməkdaşlarla, eləcə də cəza çəkdiyi digər məhkumlarla münasibətinin çox səmimi, sakit olduğunu, həmişə tapşırıqları lazımınca yerinə yetirdiyini və törətdiyi əmələ görə də çox peşman olduğunu və islah olunduğunu, bu halları kənardan hər hansı şəxs yox, yalnız cəzaçəkmə müəssisəsinin biləcəyini, ailəni yaxından tanıdığını, məhkumun anasının uşağa baxası vəziyyətdə olmadığını, uşağa əvvəl məhkumun anasının baxdığını, uşağın artıq azadlığa buraxılmış anaya öyrəşdiyini, məhkumun artıq bir ay yarımdır ki anasına, uşaqlarına baxdığını, xəstəlik kağızını da təqdim etdiyini, 14 yaşında ağır xəstəliyi keçirən uşağına qulluq edilməli olduğunu bildirərək apellyasiya protestinin təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasınıxahişetdi. Məhkəmə iclasında məhkum əməlindən peşman olduğunu, artıq müalicə olunduğunu, uşağına 1962-ci il təvəllüdlü anasının baxdığını, azadlığa buraxılandan sonra anasının yanında yaşadığını, bacısının öz ailəsi olduğunu, qardaşının xəstə olduğunu qeyd edib apellyasiya protestinin təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cıiltarixli*(*-***)-***/****saylıqərarınındəyişdirilmədənsaxlanılmasınıxahişetdi. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə əlaqədar iş materiallarını öyrənib, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı apellyasiyaprotestinəmünasibətdədəyişdirilmədənsaxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı cəzaçəkmə müəssisəsinin Tərbiyə İşləri üzrə rəis müavini X3 mülahizədə göstərilən hallara uyğun şəkildə çıxış edərək bildirmişdir ki, məhkum Məhkum Bakı Ağır Cinayətlər məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzanın əvvəli ## #### 2022-ci il, sonu ## #### 2027-ci ildir. Məhkum Məhkum ## ###### 2023-cü il tarixdən müəssisəyə daxil olmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş və islah prosesi ilə bağlı zəruri tövsiyələr verilmişdir. Məhkum xaraktercə sadə, səmimi, məhkum yoldaşları ilə münasibətdə mehribandır, ətrafında olan məhkum yoldaşları da müsbət xarakterizə olunur. Tərbiyəvi və mədəni-kütləvi tədbirlərdə iştirak edir. Törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini dərk edir, peşmanlığınıifadəedir.Ailəüzvləriiləəlaqəsaxlayır. Cəza müddəti ərzində rejim qaydalarını pozmamış, nümunəvi davranışı, əməyə müsbət münasibəti, mədəni-kütləvi tədbirlərdə və abadlıq işlərində fəal iştirakı nəzərə alınaraq barəsindəaşağıdaqeydolunanhəvəsləndirmətədbiritətbiqolunmuşdur:  nümunəvi davranışına və “15 İyun – Qurtuluş Günü” münasibətilə mədəni-kütləvi tədbirlərdə,abadlıqişlərindəfəaliştirakınagörə######2023-cüiltarixliəmrlə“Təşəkkür”,  nümunəvi davranışına və “Müəssisənin istehsalat sahəsində abadlıq, iməclik işlərində fəaliştirakınagörə”########2023-cüiltarixliəmrlə“Əlavəuzunmüddətligörüş”,  nümunəvi davranışına və “Müəssisənin istehsalat sahəsində abadlıq, iməclik işlərində fəaliştirakınagörə”#########2023-cüiltarixliəmrlə“Əlavəuzunmüddətligörüş”. 2023, 2024, 2025-ci ilin illik xasiyyətnamələri üzrə müsbət xarakterizə olunur. Hökm üzrə 114manatekspertizaxərciödənilməmişdir. Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı ilə təsis edilmiş “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Komissiya”nın iclasında müzakirə edilmiş, ## ### 2026-cı il tarixli ** nömrəli protokolla barəsində müsbət rəy bildirilmişdir. Nəticədə məhkum Məhkum cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Ədliyyə Nazirliyinin müvafiq Komissiyasının müsbət rəyini nəzərə alaraqonuncəzadanşərtiolaraqazadolunmasınıməqsədəuyğunhesabedir. Məhkumun şəxsi işindən həm də görünür ki, Məhkum cəza çəkdiyi müddət ərzində rejim qaydalarınıpozmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-***/**** saylı hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunması və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökmedilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Məhkum ona təyin cəzasının üçdə ikisindən çox hissəsini həqiqətən çəkmiş, cəza çəkdiyi müddət ərzində hər hansı bir rejim qaydalarının pozulmasına yol verməməsi, əksinə barəsində üç dəfə həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi, xüsusən islah yoluna qədəm qoymağa çalışan məhkum kimi xarakterizə olunması onun cəza çəkdiyi illər üzrə ümumilikdə islah yoluna qədəm qoymuşməhkumkimiqiymətləndirilməsinəimkanverir”. Birinci instansiya məhkəməsi verilən mülahizəni məhkumun şəxsi işi ilə birlikdə əlaqəli surətdə araşdıraraq məhkumun islah olunması qənaətinə gəlmiş və cəzadan şərti olaraq vaxtındanəvvəlazadedilməsinimümkünsaymışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edəbilər.Buhalda,şəxstamamiləvəyaqismənəlavəcəzadandaazadediləbilər. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddəüçhissəsinihəqiqətənçəkdikdənsonratətbiqediləbilər. Həmin Məcəllənin 76.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə cəzasının məhkumtərəfindənhəqiqətənçəkilmişmüddətialtıaydanazolabilməz. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsinəzərəalınır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanunun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiqolunur. ”Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad edilmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiqqərarqəbuletməlidirlər. Həmin Qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirilmişdir. Həmin Qərarda, həmçinin qeyd olunmuşdur ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onun normal sosial faydalı həyata qaytarılmasına yardım edən institutdur. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının 10.4-cü bəndinə əsasən, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniştətbiqedilməsiistiqamətindətədbirlərinhəyatakeçirilməsinəzərdətutulmuşdur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, materiallardan məhkumun islah olunduğu görünür, bundan əlavə onun barəsində verilmiş mülahizə müsbət olmaqla cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Beləliklə, apellyasiya protestinin dəlillərində məhkumun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinin əsassız hesabedilməsinəimkanverəbiləcəkxüsusatmüəyyənolunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində tərtib edilmiş mülahizə hazırkı mərhələdə məhkumun islah olunması qənaətinə gəlməyə əsas verir və onun islah olunması məhkum barəsində tərtib edilmiş mülahizə ilə bərabər, eyni zamanda iş materialları ilə də təsdiqolunur. Məhkəməkollegiyasıbirinciinstansiyaməhkəməsiningəldiyihəminnəticəilərazılaşır. Mülahizədən və cəzaçəkmə müəssisəsinin nümayəndəsinin çıxışından görünür ki, məhkum xaraktercə sadə, səmimi, məhkum yoldaşları ilə münasibətdə mehribandır, ətrafında olan məhkum yoldaşları da müsbət xarakterizə olunur. Tərbiyəvi və mədəni-kütləvi tədbirlərdə iştirak edir. Törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini dərk edir, peşmanlığını ifadə edir. Ailə üzvləri ilə əlaqə saxlayır. Cəza müddəti ərzində rejim qaydalarını pozmamış, nümunəvi davranışı, əməyə müsbət münasibəti, mədəni-kütləvi tədbirlərdə və abadlıq işlərində fəal iştirakı nəzərə alınaraq barəsində üç dəfə həvəsləndirmə tədbiri tətbiq olunmuşdur. 2023, 2024, 2025-ciilinillikxasiyyətnamələriüzrəmüsbətxarakterizəolunur. Apellyasiya protestində Məhkum barəsindəki müsbət mülahizənin obyektiv həqiqəti əks etdirmədiyi, faktlara əsaslanmadığı və ümumi ifadələrdən ibarət olduğu göstərilsə də, protestin həmin dəlilinə münasibətdə qeyd olunmalıdır ki, məhkumun barəsində cəzaçəkmə müəssisəsi tərəfindənverilmişmülahizəonunşəxsiişmateriallarıiləuyğunluqtəşkiledir. Belə ki, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qanunla nəzərdə tutulmuş müddətini, yəni üçdə iki hissəsini həqiqətən çəkmiş, cəza çəkdiyi müddətdə barəsində bir dəfə də olsun tənbeh tədbiri tətbiq olunmamaqla üç dəfə həvəsləndirmə tədbiri tətbiq olunmuşdur. Qanunverici bu halda şəxsin şərti olaraq vaxtından əvvəl azad edilməsini sonuncunun təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini çəkməsi ilə şərtləndirmişdir. Yuxarıda sadalanan hallardan müəyyən olunur ki, apellyasiya baxışı zamanı məhkum Cinayət Məcəlləsinin 76.3.1-1-ci maddəsində nəzərdə tutulmuş cəza müddətindən artıq müddəti, yəni təyin edilmiş müddətinə azadlıqdan məhrum etmə cəzasının daha çoxunu –4il14günhissəsiniçəkmişdir. Apellyasiya protestində birinci instansiya məhkəməsi tərəfindən məhkumun hansı növ və qaydada əmək və təhsilə cəlb olunması, məşğul olması, mənimsəməsinin araşdırılmadığı göstərilmişdir ki, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkum barəsində tətbiq edilmiş həvəsləndirmə tədbiri məhz onun nümunəvi davranışı, əməyə vicdanlı davranışına görə tətbiq edilmişdir ki, bu da öz növbəsində qeyd olunan halların formal olaraq protestdə sadalandığınıdeməyəəsasverir. Eyni zamanda, iş materiallarından və şəxsi işdən görünür ki, barəsində üç dəfə həvəsləndirmə tədbirləri tətbiq edilmişdir, barəsində heç bir tənbeh tədbiri tətbiq edilməmişdir. Həmçinin apellyasiya protestində məhkumun şərti olaraq vaxtından əvvəl azad edilməsinin cəzanın məqsədlərinə nail olunmasına maneə törədə bilməsini təsdiq edəcək dəlillər mövcud olmamış, onun cəzanın məqsədlərinə nail olunmasına maneə törədəcəyi kifayətqədərəsaslıdəlillərləəsaslandırılmamışdır. Apellyasiya protestində prokuror birinci instansiya məhkəməsinin X10 və Avropa Şurasının Nazirlər Komitəsinin “Şərti azadetməyə dair Avropa Şurasının Nazirlər Komitəsinin üzv dövlətlərə Rec(****)** saylı tövsiyəsi”ni nəzərə almadığını qeyd etsə də, birinci instansiya məhkəməsinin gəldiyi nəticə həmin aktlara uyğun olmaqla yanaşı, həmin tövsiyələr nəticəsində əldəedilməsinəzərdətutulmuşməqsədlərəxidmətedir. Məhkəmə kollegiyası məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinin məqsədəmüvafiq olmamasına dəlalət edə bilən xüsusat müəyyən edilmədiyini vurğulayaraq, cəzanın bir hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmənin cinayətin təkrar törədilməsinin qarşısının alınmasında və cəmiyyətə qayıdışın təşviqində, habelə məhkumun cəmiyyətə yenidən inteqrasiyasında ən səmərəli və konstruktiv vasitələrdən biri olmasına dair prinsipi də nəzərdə saxlayır və hesab edir ki, birinci instansiya məhkəməsi himayəsində dörd azyaşlı uşağı olan məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməkdədüzgünqənaətəgəlmişdir. Belə ki, cəzaçəkmə müəssisələrində sıxlığın qarşısının alınmasına dair sənədlərdən biri olan “Şərti azadetməyə dair Avropa Şurasının Nazirlər Komitəsinin üzv dövlətlərə Rec(****)** saylı tövsiyəsi”nə Əlavənin 7-ci bəndində göstərilir ki, “nəzərə almaq lazımdır ki, məhbusun fərdi xüsusiyyətlərinin mənfi qiymətləndirilməsi onun şərti azadlığa buraxılma tarixində yalnız kiçik dəyişiklik edəcəksə, belə hallara məcburi azadetmə sistemini tətbiq etməklə resurslara qənaətetməkolar”. X8 19-cu bəndinə əsasən, azadlığa buraxılmadan sonra iş tapmaq imkanının olmaması şərti azadetmənin rədd edilməsi və ya təxirə salınması üçün əsas təşkil etməməlidir. Daimi yaşayış yerinin olmaması da şərti azadetmənin rədd edilməsi və ya təxirə salınması üçün əsas təşkiletməməlidir”. Belə ki, yuxarıda qeyd olunduğu kimi, apellyasiya protestində “birinci instansiya məhkəməsinin o cümlədən azadlığa çıxdıqdan sonra yaşayış şəraitini nəzərə almadığı” bildirilsə də, qeyd olunan bənddən göründüyü kimi bu hal da mövcud olduğu halda belə, məhkumunərizəsinitəminetməməküçünəsasdeyil. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi qərarda qeydetmişdirki,məhkumtərəfindənekspertizaxərcininödənilməmişdir. Məhkəmə əvvəla qeyd edir ki, Plenum Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə maneə kimi nəzərdə tutulmamışdır. Lakin məhkumun vurulmuş ziyanı ödəməkdən qəsdən boyun qaçırması (məsələn, əmlakı gizlətməsi və s.), törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyəmaneəolabilər. Məhkəmə qeyd edir ki, ekspertiza xərcinin cinayət nəticəsində vurulmuş ziyan deyil, prosessual xərcdir, həmçinin onun və cəzaçəkmə müəssisəsinin nümayəndəsinin bildirdiyi hallar nəzərə alındıqda məhkumun və ailəsinin maddi vəziyyətinin ağır olduğu müəyyən edilir, belə şəraitdə onun ekspertiza xərcini ödəməkdən qəsdən boyun qaçırması müəyyən edilmir. Ekspertiza xərcinin ödənilməməsinin məhkumun islah olunması qənaətinə gəlmək üçün mane olmasıisəqanunvericilikləmüəyyənedilmir. Həmçinin məhkəmə kollegiyası məhkumun ağır ailə və maddi vəziyyətini, himayəsində yetkinlik yaşına çatmayan qızının olmasını və onun xəstəliyini, əvvəllər məhkum olunmamasını danəzərdəsaxlayır. Belə ki, apellyasiya baxışı zamanı müdafiə tərəfinin təqdim etdiyi xəstəlik kağızından da məhkum Məhkum ## ###### 2011-ci il təvəllüdlü qızı X2 vərəm xəstəliyindən əziyyət çəkdiyi vəambulatorqaydadamüalicəsinindavametdirilməliolmasımüəyyənedilir. Apellyasiya protestində prokuror əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, məhkuma az həddə cəza təyin edilməsinin nəzərə alınaraq ərizənin təmin edilməməsini xahiş etsə də, məhkəmə kollegiyası bu hissədə də qanunvericiliyin tələblərini xatırladaraq bir daha qeyd edir ki, “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad edilmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ####### 2010-cu il tarixli Qərarına əsasən, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə maneə kiminəzərdətutulmamışdır. Həmin Qərarın 4-cü bəndinə əsasən, qanunverici cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiqinə cinayətlərin təsnifatı və ya digər kateqoriya üzrə hər hansı bir məhdudiyyətqoymamışdır. Belə ki, cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ona cəza təyini zamanı nəzərə alınmışdır, həmin halların yenidən nəzərə alınması məhkumun vəziyyətini ağırlaşdırır. Bundan başqa, apellyasiya protestində məhkumun “şəhid ailəsi olması”nın nəzərə alındığıgöstərilsədə,həminhallarişmateriallarıilətəsdiqinitapmamışdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum Məhkum ərizəsini təmin etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Bu səbəbdən apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədənsaxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli ** saylı Qərarına əsasən (həmin Qərara ## ##### 2025-ci il tarixli dəyişikliklərnəzərəalınmaqla)dövlətbüdcəsindənödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397,398.1.1və410-cumaddələrinirəhbərtutaraq,məhkəməkollegiyası qərara aldı: Apellyasiyaprotestitəminolunmasın. Məhkum Məhkum şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)- ***/****saylıqərarıdəyişdirilmədənsaxlanılsın. Məhkum Məhkum hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş hüquqi xidmətə görə “Medleks” Vəkil Bürosunun vəkili Hacıyev İntiqam Məcid oğluna 55 (əlli beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından “Medleks” Vəkil Bürosunun hesabına ödənilsin. Qərarelanolunduğuandanqanuniqüvvəyəminir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasınakassasiyaşikayətivəkassasiyaprotestiveriləbilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar