Məhkəmə qərarları › İş №7(3-6)-750/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-750/2026

09.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-750/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Telman Qulaməli oğlu və Ibrahimli Ibrahim Adil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, Məhkum Məhkum, onun müdafiəçisi Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, ##.##.1998-ci il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən Məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən həbsxanaya keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsinin təqdimatının qismən təmin edilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsi azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkən Məhkum cəzasının müəyyən hissəsinin çəkilməsi üçün həbsxanaya keçirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, məhkum Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli: ##.##.2022-ci il tarixdən hesablanmış, Cəzasının sonu: ##.##.2031-ci il tarixdə bitir. Məhkum Məhkum Təqdimat verən orqan ##.##.2026-cı il tarixdə * saylı cəzaçəkmə müəssisəsindən qəbul edilmişdir. Müəssisəyə qəbul olunduğu ilk gündən onunla müəssisə rəhbərliyi və əməkdaşlar tərəfindən profilaktiki söhbətlər aparılmış, ona hüquq və vəzifələri, o cümlədən müəssisədə cəzanın icrası qaydaları və çəkilməsi şərtləri izah edilmişdir. Müəssisədə olduğun gündən ona müəssisə rəhbərliyi tərəfindən digər məhkumlar kimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada maddi-məişət kommunal şərait yaradılmışdır. Bütün bunlara baxmayaraq məhkum Məhkum X4 təəblərinə heç bir əsaslı səbəb olmadan əməl etməmiş, barəsində tətbiq olunmuş tənbeh tədbirlərindən düzgün nəticə çıxarmamışdır, rejim qaydalarını qərəzli şəkildə pozmaqda davam etmişdir. Cəza çəkdiyi müddət ərzində rejim qaydalarını qərəzli pozduğuna görə barəsində 5 tənbeh tədbiri tətbiq olunmuşdur: ##.##.2025-ci il tarixli qərarla - 7 gün CT; ##.##.2026-cı il tarixli qərarla - 15 gün CT; ##.##.2026-cı il tarixli qərarla - 15 gün CT; ##.##.2026-cı il tarixli qərarla - 2 ay KTO; ##.##.2026-cı il tarixli qərarla - Töhmət.. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim R.Xəzri) ## ### 2026-cı il tarixli, *(*- **)-***/**** saylı qərarına əsasən təqdimat qismən təmin edilmiş, məhkum Məhkum cəzasını çəkmək üçün 01 (bir) il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsindən həbsxanaya keçirilmişdir. Həmin qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək şikayətini onunla əsaslndırmışdır ki, o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qərarına əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 01 (bir) il hissəsini çəkmək üçün həbsxanaya keçirilmişdir. Həmin qərarla razı deyil. Barəsində tətbiq edilmiş tənbeh tədbirləri ilə bağlı özünü təqsirli bilmir. ** saylı cəzaçəkmə müəssisəsində fiziki işgəncələrə məruz qalmışdır. Ona görə də, qərarın ləğv edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında məhkum Məhkum apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında müdafiəçi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında prokuror X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayətə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkum və onun müdafiəçisinin, həmçinin apellyasiya şikayətinin təmin edilməməsi barədə prokurorun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsalara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 514.1-ci maddəsinin tələbinə görə cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssisəsinə keçirilməsi cinayət qanunun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssiəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 70.4.3-cü maddəsinə əsasən cəzanın icrası qaydasını qərəzli pozan məhkumlar ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən üç ildən çox olmayan müddətə həbsxanaya keçirilə bilərlər. Həmin Məcəllənin 108.1.7-ci maddəsinə əsasən məhkumun il ərzində üç dəfədən çox tənbeh edilməsi cəzanın icrası qaydasının qərəzli pozulması hesab edilir. ** saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş təqdimatdan və xasiyyətnamə görünür ki: Məhkumun barəsində verilmiş təqdimatdan görünür ki, məhkum Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli: ##.##.2022-ci il tarixdən hesablanmış, Cəzasının sonu: ##.##.2031-ci il tarixdə bitir. Məhkum Məhkum Təqdimat verən orqan ##.##.2026-cı il tarixdə * saylı cəzaçəkmə müəssisəsindən qəbul edilmişdir. Müəssisəyə qəbul olunduğu ilk gündən onunla müəssisə rəhbərliyi və əməkdaşlar tərəfindən profilaktiki söhbətlər aparılmış, ona hüquq və vəzifələri, o cümlədən müəssisədə cəzanın icrası qaydaları və çəkilməsi şərtləri izah edilmişdir. Müəssisədə olduğun gündən ona müəssisə rəhbərliyi tərəfindən digər məhkumlar kimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada maddi-məişət kommunal şərait yaradılmışdır. Bütün bunlara baxmayaraq məhkum Məhkum X4 təəblərinə heç bir əsaslı səbəb olmadan əməl etməmiş, barəsində tətbiq olunmuş tənbeh tədbirlərindən düzgün nəticə çıxarmamışdır, rejim qaydalarını qərəzli şəkildə pozmaqda davam etmişdir. Cəza çəkdiyi müddət ərzində rejim qaydalarını qərəzli pozduğuna görə barəsində 5 tənbeh tədbiri tətbiq olunmuşdur: ##.##.2025-ci il tarixli qərarla - 7 gün CT; ##.##.2026-cı il tarixli qərarla - 15 gün CT; ##.##.2026-cı il tarixli qərarla - 15 gün CT; ##.##.2026-cı il tarixli qərarla - 2 ay KTO; ##.##.2026-cı il tarixli qərarla - Töhmət. Məhkumun barəsində verilmiş xasiyyətnamədən görünür ki, Məhkum Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökümlə həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilmişdir. Cəzasının əvvəli: ##.##.2022-ci il tarixdən hesablanmış, Cəzasının sonu: ##.##.2031-ci il tarixdə bitir. Məhkum Məhkum Təqdimat verən orqan ##.##.2026-cı il tarixdə * saylı cəzaçəkmə müəssisəsindən qəbul edilmişdir. Müəssisəyə qəbul olunduğu ilk gündən məhkumla fərdi tərbiyyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah olunmuş, islah prosesi ilə bağlı zəruri tövsiyələr verilmişdir. O, verilən tövsiyələrdən düzgün nəticə çıxarmamışdır. Cəza çəkdiyi müddət ərzində rejim qaydalarını qərəzli pozduğuna görə barəsində 5 tənbeh tədbiri tətbiq olunmuşdur: ##.##.2025-ci il tarixli qərarla - 7 gün CT; ##.##.2026-cı il tarixli qərarla - 15 gün CT; ##.##.2026-cı il tarixli qərarla - 15 gün CT; ##.##.2026-cı il tarixli qərarla - 2 ay KTO; ##.##.2026-cı il tarixli qərarla - Töhmət.. O, müəssisədə cəza çəkdiyi müddət ərzində rejim qaydalarına tələb olunan səviyyədə riayət etməmiş və islah yoluna qədəm qoymağa səy göstərməmişdir. Dəstədə keçirilən mədəni- kütləvi tədbirlərdə iştirak etmir və müxtəlif bəhanələrlə tərbiyəvi tədbirlərdən yayınmağa çalışır. O, törətdiyi cinayət əməlini qismən etiraf edir. Əməyə və təhsilə münasibəti qeyri- qənaətbəxşdir. Məhkum yoldaşları ilə münasibətdə qeyri səmimidir. Xasiyyətcə qapalıdır. Məhkumların özfəaliyyət təşkilatlarının fəaliyyətində iştirak etmir. Cəza çəkdiyi müddət ərzində əsasən mənfi xarakterli məhkumlarla ünsiyyət qurmağa meylli olduğu müşahidə edilir. Asudə vaxtını səmərəli təşkil etməyi bacarmır. Aparılan fərditərbiyəvi söhbətlərdən və verilən tövsiyələrdən müsbət nəticə çıxarmaq iqtidarında olmadığı qənaəti yaranır. Cəza çəkdiyi müddətdə barəsində 1 həvəsləndirmə tədbiri tətbiq edilmişdir. * saylı cəzaçəkmə müəssisəsi rəisinin müvafiq əmrinə əsasən ##.##.2025-ci il tarixli qərar ilə müəssisədə aparılan təmir abadlıq işlərində fəal iştirak etdiyinə görə ona əlavə olaraq uzunmüddətli görüşə icazə verilmişdir. Məhkumun ekspertiza xərci ilə əlaqədar dövlətə olan 81 manat borcu ödənilməmişdir. Göründüyü kimi məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsində islah edilməsi üçün bütün qanuni vasitələrdən istifadə edilməsinə baxmayaraq, onun islah edilməsi mümkün olmamış və onun müəssisənin normal iş fəaliyyətini pozmağa cəhd göstərdiyi, daxili rejim qaydalarını pozduğu, cəzaların icrası qaydasını mütəmadi qərəzli və kobud surətdə pozduğuna, bu səbəbdən də barəsində ümumilikdə 5 dəfə tənbeh tədbirləri tətbiq edilmiş və onun islah edilməsi prosesinin həbsxanda davam etdirilməsini məqsədə uyğun hesab edilməklə, bu barədə birinci instansiya məhkəməsinə təqdimat verilmişdir. Tənbeh tədbirinin tətbiq edilməsinə dair qərarlar məhkum tərəfindən mübahisələndirilməmiş və qüvvədə olmuşdur. Tədqiq olunan materiallardan və təqdimatdan görünür ki, məhkum Məhkum barəsində tətbiq edilmiş müxtəlif növ tənbeh tədbirləri onun islah edilməsi üçün kifayət etməmiş və o, bundan özünə müsbət nəticə çıxarmayaraq, cəzasının icrası qaydalarını qərəzli surətdə pozmaqla davam etmiş və o, öz hərəkətləri ilə digər məhkumların islah olunmasına mənfi təsir göstərmişdir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi təqdimata baxarkən Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 70.4, 70.4.3 və 108.1.7-cü maddələrinin tələblərinə düzgün riayət etmiş, məhkumun cəza çəkdiyi müddətdə mütəmadi olaraq müəssisəsinin daxili rejim qaydalarını pozduğunu, buna görə dəfələrlə intizam qaydasında cəzalandırıldığını, həmin Məcəllənin 108.1.7-ci maddəsinə uyğun olaraq cəzaların icrası qaydasının qərəzli pozuntusu kimi qiymətləndirib, təqdimatın qismən təmin edilməsini qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və onu qanuni və əsaslı hesab edir, məhkum Məhkum apellyasiya şikayətinin təmin edilməsinə isə əsaslar görmür. Belə ki, iş materialları ilə müəyyən olunur ki, məhkum Məhkum özünü mənfi xarakterli məhkum kimi göstərmiş, onunla dəfələrlə aparılmış fərdi tərbiyəvi söhbətlərdən və barəsində tətbiq edilən tənbeh tədbirlərindən müsbət nəticə çıxarmayaraq cəza çəkdiyi müddət ərzində daxili intizam qaydalarını pozmuş, cəza çəkdiyi müddət ərzində rejim qaydalarını qərəzli pozduğuna görə barəsində 5 tənbeh tədbiri tətbiq olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514.1 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin məhkum Məhkum həbsxanaya keçirilməsi barədə ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 08 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elnur Nuriyev Hakimlər: Telman Hüseynov Ibrahim Ibrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar