Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-751/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5, Müdafiəçi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili İsgəndərov Abdulla İsbəndiyar oğlunun, Məhkum – Kərimov İslah Sarıməmməd oğlunun iştirakları ilə, Məhkum Kərimov İslah Sarıməmməd oğlunun cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində cəza çəkən məhkum Kərimov İslah Sarıməmməd oğlu ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Emin Rüstəmov) ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində cəza çəkən məhkum Kərimov İslah Sarıməmməd oğlunun Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-***/**** saylı hökmü üzrə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum apellyasiya şikayəti verib Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəçisinin, apellyasiya şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə isə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə müəssisəsi tərəfindən verilmiş təqdimatdan görünür ki, Kərimov İslah Sarıməmməd oğlu İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə ##.##.2023-cü il tarixdə qəbul edilmişdir. Qəbul olduğu gündən ona hüquq və vəzifələri izah edilmiş, islah prosesi ilə bağlı zəruri tövsiyələr verilmişdir. Törətdiyi cinayəti etiraf edir və peşiman olduğunu bildirir. Ailəsi və yaxın qohumları ilə görüş və telefon vasitəsilə əlaqə saxlayır. Cəza çəkdiyi müdddətdə barəsində ##.##.2023cü il, ##.##.2023-cü il tarixlərdə “CT” növündə tənbeh tədbiri və ##.##.2026-cı il, ##.##.2026-cı il tarixlərdə “Təşəkkür” növündə həvəsləndirmə tədbiri tətbiq olunmuşdur. X2 məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədəmüvafiq deyil. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-***/**** saylı hökmü ilə Kərimov İslah Sarıməmməd oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı ## ### 2020-ci il tarixdən hesablanmışdır. Məhkum Kərimov İslah Sarıməmməd oğlunun cəzaçəkmə müddətinin əvvəli ## ### 2020ci il tarixdən hesablanmaqla ## #### 2026-cı il tarixə çəkilməmiş cəzası 01 (bir) il 04 (dörd) ay 29 (iyirmi doqquz) gün təşkil edir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkum Kərimov İslah Sarıməmməd oğlunun islah olunmadığını, cəza çəkdiyi müddət ərzində tənbeh tədbirinin tətbiq edildiyini, mənfi mülahizə verilməsini nəzərə alaraq hesab edir ki, məhkum Kərimov İslah Sarıməmməd oğlunun cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsi təmin olunmamalıdır. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq məhkum barəsində mənfi xarakterli mülahizə verilməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (CİM) 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin məcəllənin 70.2.3-ci maddəsinə əsasən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilə bilərlər. İlk növbədə qeyd olunmalıdır ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” ##.##.2010-cu il tarixli Plenum Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Bununla yanaşı, məhkəmə kollegiyası məhkum tərəfindən törədilmiş cinayətin xarakterini (CM-in 234.4.1, 234.4.3-cü maddələri) də nəzərə alaraq cinayətin yönəldiyi subyekti, cinayətin törədilməsi üsulunu, onun cəza çəkdiyi müddət ərzində olan davranışını onun şəxsiyyətini xarakterizə edən hallar kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2010-cu il tarixli “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Plenumunun qərarında qeyd olunduğu kimi məhkumun cəza çəkdiyi müddətdə davranışı və onun şəxsiyyətini səciyyələndirən hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarından görünür ki, şərti azad olma və ya cəzaçəkmə növünün dəyişdirilməsi barədə məhkumun ərizəsinə baxarkən onun cəzaçəkmə müddətinin son dövrü deyil, bütövlükdə cəzaçəkmə müddəti qiymətləndirilməlidir. Məhkumun bütün cəza çəkdiyi dövrə nəzər saldıqda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum cəza çəkdiyi müddətdə stabil davranışa malik olmamışdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Kərimov İslah Sarıməmməd oğlunun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında ərizəsinin təmin edilməsi məqsədəmüvafiq deyil, apellyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-nin 193, 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Kərimov İslah Sarıməmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin Məhkum Kərimov İslah Sarıməmməd oğlunun cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili İsgəndərov Abdulla İsbəndiyar oğlu tərəfindən məhkum Kərimov İslah Sarıməmməd oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 13 (on üç) saat üçün cəmi 143 (yüz qırx üç) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov(sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №7(3-6)-751/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-751/2026
20.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver