Məhkəmə qərarları › İş №7(3-6)-761/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-761/2026

10.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-761/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Elməddin Mirpaşa oğlu və Ibrahimli Ibrahim Adil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Müdafiəçi Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili Müdafiəçi, Məhkum edilmiş şəxs Məhkum iştirakları ilə, ##.##.1996-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu, Biləsər kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Təqdimat verən orqan cəza çəkən Məhkum Məhkum cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin geri qaytarılması barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında videkonfrans vasitəsilə açıq məhkəmə iclasında ilkin baxış iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum ərizəsi geri qaytarılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından məhkum Məhkum apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2024-cü il tarixli hökmü ilə məhkum olunmuş və dəfələrlə bu qanunsuz hökmə görə özünə xəsarət yetirmişdir. Psixi müalicə aldığı üçün cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə əlaqədar materialları tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkum Məhkum ərizəsinin geri qaytarılmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 509.1-ci maddəsinə əsasən məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs aşağıdakı məsələlərə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir:

1. cəzanın çəkilməsinin təxirə salınması haqqında;

2. xəstəliyə və ya ittiham hökmünün icrası müddətinin başa çatmasına görə cəza çəkməkdən azad edilməsi haqqında;

3. cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında;

4. cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi haqqında;

5. cəzaçəkmə və ya tərbiyə müəssisələrinin növünün dəyişdirilməsi haqqında;

6. amnistiyanın tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında;

7. müalicə müəssisəsində saxlanılma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi haqqında;

8. məhkumluğun vaxtından əvvəl götürülməsi haqqında;

9. bu Məcəllədə nəzərdə tutulmuş digər məsələlər haqqında. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, məhkumun müraciətində qaldırdığı məsələ onun cinayət işinə mahiyyəti üzrə baxılan zaman hüquqi qiymət verilməli olan hallar sırasına aid olmuşdur. Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmündən apellyasiya instansiyası məhkəməsinə, apellyasiya məhkəməsinin qərarından kassasiya instansiyası məhkəməsinə şikayət vermək hüquqlarından istifadə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum Məhkum ərizəsinin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin mübahisələndirilən qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391, 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq

qərara alır:

Apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin geri qaytarılması barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 06 (altı) saat üçün cəmi 66 (altı altı) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Sədrlik edən Elnur Nuriyev

Hakimlər: Ibrahim Ibrahimli

Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar