Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-764/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsi ilə, X2 və Ibrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru – X4, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Yasa” vəkil bürosunun vəkili Müdafiəçi, məhkum – Məhkum iştirakları ilə məhkum Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan həbsxana rejiminə keçirilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim E.M.Fətəliyev) ## ### 2026-cı il tarixli qərarı ilə, ## ### 2001-ci il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə, ünvan 1 saylı ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən məhkum Məhkum, cəzasının çəkilməmiş hissəsinin 01 (bir) il müddətini çəkmək üçün həbsxanaya keçirilmişdir. Işin halları: Təqdim olunmuş iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsindən həbsxanaya keçirilməsi haqqında təqdimatla Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan təqdimatı qismən təmin edilmişdir. Qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək, həbsxana rejiminə keçirilməsi müddətinin azaldılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Məhkum Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun müharibə iştirakçısı olmasını və qapalı rejimdə qala bilməməsini nəzərə almadan qərar qəbul etmişdir. Məhkəmə iclasında məhkum Məhkum apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Müdafiəçi hüquqularını müdafiə etdiyi məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında prokuror X4 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, apellyasiya şikayəti təmin edilməli və iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 70.4.3-cü maddəsinə əsasən, cəzaların icrası qaydalarını qərəzli pozan məhkumlar ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsindən 3 (üç) ildən çox olmayan müddətə həbsxanaya keçirilə bilərlər. Həmin Məcəllənin 108.1.4-cü maddəsinə əsasən, cəzaçəkmə müəssisəsinin işçi heyətini hədələmək, təhqir etmək və ya onların qanuni tələblərinə tabe olmamaq, cəzanın icrası qaydalarının qərəzli pozulması halları hesab olunur. Həmin Məcəllənin 108.1.7-ci maddəsinə əsasən il ərzində məhkumun 3 (üç) dəfədən çox tənbeh edilməsi cəzaların icrası qaydalarının qərəzli pozulması kimi qiymətləndirilir. "Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə azad etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2010-cu il tarixli * nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, rejim qaydalarını pozma özlüyündə qərəzli pozmanı ehtiva etmir. Yalnız CIM-in 108-ci maddəsində nəzərdə tutulmuş pozuntular cəzanın icrası qaydalarının qərəzli pozulması hesab olunur. Belə ki, həmin maddəyə əsasən alkoqol və ya digər güclü təsir göstərən maddələri qəbul etmək; narkotik vasitələri və ya psixotrop maddələri qəbul etmək; xırda xuliqanlıq; cəzaçəkmə müəssisəsinin işçi heyətini hədələmək, təhqir etmək və ya onların qanuni tələblərinə tabe olmamaq; xidməti borclarını yerinə yetirən digər dövlət nümayəndələrini hədələmək və ya təhqir etmək; qrup halında tabe olmamaq və ya belə qruplarda fəal iştirak etmək; il ərzində üç dəfədən çox tənbeh edilmək ayrı-ayrılıqda cəzanın icrası qaydalarının qərəzli pozulmasıdır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan tərəfindən verilmiş ##.##.2026-cı il tarixli təqdimatdan görünür ki, məhkum Məhkum ## ###### 2025-ci il tarixdə ** saylı cəzaçəkmə müəssisəsindən Təqdimat verən orqan gətirildiyi ilk gündən nəzarət götürülərək karantin briqadasında ona daxili rejim qaydaları, hüquq və vəzifələri izah edilmiş, hüquqi maarifləndirici söhbətlər aparılmışdır. Onunla aparılan söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum etdiyi cinayətdən peşmançılıq hissi keçirmir, fərdi-tərbiyəvi söhbətlərdən özünə düzgün nəticə çıxartmır, verilən tapşırıqları yerinə yetirməkdən, dəstədə keçirilən mədəni-kütləvi və ictimai tədbirlərdə iştirak etməkdən boyun qaçırır. Əməyə və təhsilə münasibəti mənfidir. O, cəza çəkdiyi müddət ərzində müəssisədə və dəstədə keçirilən islah məqsədli tədbirlərdən həmişə yayınmışdır. O, müəssisədə özünü çılğın, birgəyaşayış qaydalarına uyğunlaşmayan, məhkum yoldaşlarına eləcə də, müəssisə əməkdaşlarına qarşı aqressiv hərəkətlər etməyə, müəssisənin normal iş fəaliyyətini pozmağa yönələn hərəkətlər etməyə, cinayətkar aləmin ideyalarını təbliğ etməyə, eləcə də təsir altına düşən, hər vəclə özünə imtiyazlı şərait yaratmağa çalışan, əməkdaşlar barədə həqiqəti əks etdirməyən böhtan xarakterli şayələr yayan, məhkumlar arasında qızışdırıcı mövqe tutmaqla əməkdaşlar qarşı itaətsizlik göstərməyə cəhd edən, mənfi xarakterli məhkum kimi göstərmişdir. Məhkum Məhkum şəxsi işinə nəzər saldıqda məlum olur ki, o, ** saylı və Təqdimat verən orqan cəza çəkdiyi müddətdə daxili intizam qaydalarını pozduğuna görə barəsində müəssisə rəhbərliyi tərəfindən ##.##.2024-cü il tarixdə birdəfəlik üzqırxanın ülgüc qırığı ilə sol qoluna xəsarət yetirdiyinə görə "Töhmət" elan edilmiş, ##.##.2025-ci il tarixdə məhkumların səhər yoxlamasında iştirak etmədiyinə görə "Töhmət" elan edilmiş, ##.##.2025-ci il tarixdə məhkum yoldaşı ilə məişət zəmnində mübahisə etdiyinə görə 07 (yeddi) gün müddətinə CT-na keçirilmiş, ##.##.2025-ci il tarixdə əməkdaşa qarşı kobudluq etdiyinə görə "Töhmət" elan edilmiş, ##.##.2025-ci il tarixdə telefon kabinasının şüşəsini əli ilə sındırdığına görə "Töhmət" tənbeh tədbiri tətbiq edilmiş, ##.##.2025-ci il tarixdə etap qəbulu zamanı üzərinə və şəxsi əşyalarına baxış keçirilməsinə maneçilik törədərək kobudluq etdiyinə görə 03 (üç) gün müddətinə cərimə təcridxanasına keçirilmiş, ##.##.2026-cı il tarixdə səhər məhkumlar üçün nəzərdə tutulmuş “qalx” komandasından sonra yataqxanadan gec çıxdığına və əməkdaşlar ona bu barədə haqlı irad tutarkən özünü kobud apardığına görə "Xəbərdarlıq" tənbeh tədbiri tətbiq edilmiş, ##.##.2026-cı il tarixdə səhər məhkumlar üçün nəzərdə tutulmuş qalx siqnalından sonra yataqxanadan gec çıxdığına və əməkdaşlar ona bu barədə haqlı irad tutarkən kobudluq etdiyinə görə 04 (dörd) gün müddətinə cərimə təcridxanasına keçirilmiş, ##.##.2026-cı il tarixdə heç bir üzürlü səbəb olmadan məhkumların axşam yoxlamasında iştirak etmədiyinə görə "Töhmət" tənbeh tətbiri tətbiq edilmiş, ##.##.2026-cı il tarixdə dəfələrlə barəsində tənbeh tədbirləri görülməsinə baxmayaraq özündə müsbət nəticə çıxarmayaraq əksinə saat 14:30 radələrində müəssisənin yaşayış sahəsində yeməkxananın qarşısında məhkum yoldaşı X1 ilə məişət zəminində mübahisə edərək müəssisənin daxili intizam qaydalarını kobud surətdə pozduğuna görə CIM-nin 108.1.7-ci maddəsinin tələbləri ona izah edilməsinə baxmayaraq aqressivlik göstərərək barəsində müəssisənin daxili rejim qaydalarını qərəzli pozan məhkum kimi qərar verilməklə, 1 (bir) ay müddətinə KTO-ya təcrid edilmiş, ümumilikdə 10 dəfə tənbeh tədbiri tətbiq olunmuşdur. Məhkum Məhkum ilə aparılan islah məqsədli fərdi tərbiyəvi söhbətlərdən belə qənaətə gəlmək olar ki, o, törətdiyi cinayət əməlini etiraf etmir və bu əməlindən peşman deyil. Məhkum Məhkum cəzaçəkmə müəssisəsinin qanuni tələblərinə riayət etmir, əksinə olaraq özünə məxsus tərzdə yaşamağa, yəni "cinayət aləminin" adət ənənələrinə uyğun, eləcə də imtiyazlı tərzdə yaşamağı üstün tutur və daxili rejim qaydalarını qərəzli surətdə pozmaqda davam edir. Ümumiyyətlə, məhkum Məhkum olduqca çılğın və məkrli xarakterli biridir. Məhkum yoldaşlarına və şəxsi heyətə qarşı qərəzlidir. Təqdimat verən orqan tərəfindən verilmiş xasiyyətnamədə məhkum Məhkum mənfi məhkum kimi xarakterizə olunmuşdur. Işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş Idarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Məhkum ##.##.2024, ##.##.2024 və ##.##.2025-ci il tarixlərdə səhhətində yaranan narahatlıqlarla əlaqədar Müalicə Müəssisəsinə köçürülərək həkim-psixiatr və digər mütəxəsisslər tərəfindən konsultasiya olunmuş, nəticədə müəyyən edilən patologiyalara uyğun müalicə kurslarına cəlb edilmiş, müalicə kursları bitdikdən sonra ambulator təyinat verilərək cəza çəkdiyi müəssisəsiyə geri köçürülmüşdür. Işə əlavə olunmuş Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatının ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş Idarəsinin sorğuya verilmiş cavaba əsasən, Məhkum ##.##.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına, cəza müddəti təyin edildikdən sonra ##.##.2025-ci il tarixdə Təqdimat verən orqan köçürülmüş, Tibb-sanitar hissəsində ilkin tibbi baxışdan keçirilmişdir. Sorğu zamanı o, azadlıqda olan zaman kəllə-beyin travması aldığını və ruhi-əsəb xəstəxanasında dispanser qeydiyyatda olduğunu bildirmişdir. Məhkum cəza çəkdiyi müddətdə Tibb-sanitar hissəsində dövri tibbi müayinələrə cəlb edilmiş, müraciətlərinə qayğı ilə yanaşılmış, zərurət yarandıqda ixtisaslı həkimlər tərəfindən konsultasiya edilərək ambulator müalicəyə cəlb edilmişdir. Səhhətində yaranmış narahatlıqla əlaqədar o, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixə, ##.##.2025ci il tarixdən ##.##.2025-ci il tarixə, ##.##.2026-cı il tarixədək ##.##.2026-cı il tarixə, ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək "xxxx" diaqnozu ilə Müalicə müəssisəsində stasionar müayinə və müalicə kursuna cəlb edilmiş, hər bir halda şikayətləri aradan qalxdıqdan sonra və stasionar müalicə müddəti başa çatdığı üçün cəza çəkdiyi müəssisəyə həkim nəzarətinə göndərilmişdir. Hazırda oğlunuzun vəziyyəti qənaətbəxşdir, səhhəti dinamik həkim müşahidəsində saxlanılır. Cavabda həmçinin səhhətindən olan şikayətlərini nəzərə alınaraq növbəti günlərdə onun planlı qaydada yenidən ixtisaslı tibbi tədbirlərin davamı üçün Müalicə müəssisəsinə köçürüləcəyi qeyd olunmuşdur. Işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş Idarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Məhkum ##.##.2025-ci il tarixdə Təqdimat verən orqan qebul olunarkən ilkin tibbi baxışdan keçirilmiş, azadlıqda olan zaman qapalı kəllə beyin travması aldığını, dəfələrlə müalicədə olduğunu bildirmişdir. Klinik, laborator və instrumental müayinələrdən sonra ona, anamnezi də əsas götürülərək dispanser qeydiyyata götürulmüşdür. Sonrakı müddətdə o, Tibb-sanitar hissəsində dövri tibbi müayinələrə və zərurət yarandıqda ixtisaslı həkimlər tərəfindən konsultasiya edilərək ambulator müalicəyə cəlb edilmişdir. Cəza çəkdiyi müddətdə səhhətindən bildirdiyi şikayətləri əsasında ən sonuncusu 2026-cı ilin may ayında olmaqla umumilikdə 6 dəfə Müalicə muəssisəsində müayinə və müalicə kurslarına cəlb edilmiş, şikayətləri aradan qalxdığı və stasionar müalicə müddəti başa çatdığı üçün kafi vəziyyətdə cəza çəkdiyi müəssisəyə həkim nəzarətinə göndərilmişdir. Hazırda səhhəti qənaətbəxşdir tibbi xidmət ona əlçatandır səhhətinə umumi qaydada nəzarət olunur. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 70.4-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlar cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında həmin müəssisənin mülahizəsi nəzərə alınmaqla məntəqə tipli cəzaçəkmə müəssisəsindən məhkəmənin hökmdə müəyyən etdiyi rejim növündəki cəzaçəkmə müəssisəsinə, məhkəmənin hökmü ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən şəxslər ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən üç ildən çox olmayan müddətə həbsxanaya keçirilə bilərlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir. Qanunun mənasına görə məhkəmənin təyin etdiyi cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi həm məhkumların islah olunmaları üçün, həm də qanunla və normativ hüquqi aktla müəyyən olunmuş cəzaçəkmə müəssisələrində rejimə riayət olunmasına stimul yaradır. Məhkəmə kollegiyası, cəzaçəkmə müəssisəsinin təqdimatını, məhkum Məhkum barəsində verilmiş tibbi sənədləri, qanunvericiliyin tələblərini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2010-cu il tarixli * nömrəli qərarının hüquqi tövsiyyəsini və işin digər halları nəzərə alaraq hesab edir ki, islah prosesinin davam etdirilməsi üçün məhkumun həbsxanaya keçirilməsi haqqında təqdimat, birinci instansiya məhkəməsinin qərarına münasibətdə daha az həddə təmin edilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, məhkum ##.##.2025-ci il tarixdə Təqdimat verən orqan daxil olmuş və həmin günü 03 (üç) gün müddətinə Cərimə Təcridxanasına keçirilməklə, ##.##.2026-cı il tarixdə “Xəbərdarlıq” elan olunmaqla, ##.##.2026-cı il tarixdə 04 (dörd) gün müddətinə Cərimə Təcridxanasına keçirilməklə, ##.##.2026-cı il tarixdə “Töhmət” elan olunmaqla, ##.##.2026-cı il tarixdə isə 01 (bir) ay müddətinə KTO-ya keçirilməklə tənbeh edilmişdir. Təqdimat verən orqan rəhbərliyi tərəfindən ##.##.2026-cı il tarixdə məhkum Məhkum çəkilməmiş qalan 02 (iki) il 05 (beş) ay 01 (bir) gün müddətinə həbsxana rejiminə keçirilməsi haqqında təqdimat verilmiş və həmin təqdimatda məhkumun cəza çəkdiyi 2023-cü ildən 2026-cı ilədək 10 dəfə tənbeh edilməsi göstərilmiş, halbuki məhkum həmin tənbehlərin yalnız 5-ini təqdimat verən cəzaçəkmə müəssisəsinə daxil olduğu ##.##.2025 və ##.##.2026-cı il tarixlərdə almış, digər 5 tənbehi isə digər cəzaçəkmə müəssisəsində almışdır. Göründüyü kimi, təqdimata əsasən Təqdimat verən orqan cəmi 04 aydan bir qədər artıq cəza çəkən məhkum Məhkum məhz 02 (iki) il 05 (beş) ay 01 (bir) gün müddətinə həbsxana rejiminə keçirilməsinin təklif olunması və birinci instansiya məhkəməsi tərəfindən təqdimatın qismən təmin edilərək, 01 il müddətinə həbsxana rejiminə keçirilməsi qeyd edilən hallara münasibətdə əsaslı deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı, cəzaçəkmə müəssisəsinin təqdimatına, iş materiallarına və qanunun tələbinə münasibətdə dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 398.1.4 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilsin. Təqdimatın qismən təmin edilməsi və məhkum Məhkum cəzasının çəkilməmiş hissəsinin 01 (bir) il müddətini çəkmək üçün həbsxanaya keçirilməsi haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilsin. Məhkum Məhkum cəzasının çəkilməmiş hissəsinin 06 (altı) ay müddətini çəkmək üçün həbsxanaya keçirilsin. “Yasa” vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq “Yasa” vəkil bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası CPM-nin 408-412-ci mddələrinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-764/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-764/2026
14.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver