Məhkəmə qərarları › İş №7(3-6)-769/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-769/2026

29.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-769/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, Müdafiəçi Bakı şəhəri ** saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Məhkum – Məhkum iştirakları ilə, ##.##.1962-ci il tarixdə Tacikistan SSR-in Leninabad (indiki Xudcand) şəhərində doğulmuş, vətəndaşlığı olmayan, orta təhsilli, subay, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, nömrəsiz fərdi tikilidə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Məhkum cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzanın çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarına əsasən məhkum Məhkum təyin edilmiş cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv edilməsini və onun şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarını ləğv edərək məhkum barəsində təyin edilmiş cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında prokuror X1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayətə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli *(***)-**/**** saylı hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası CMnin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarından görünür ki, təqdimat təmin edilmiş, "Konstitusiya və Suverenlik Ili" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən Məhkum cəzası 6 ay azaldılmışdır. Məhkum cəza çəkmə müddəti sonu ## ####### 2026-cı il tarixdə başa çatır. Həmçinin cəzaçəkmə müəssisəsi tərəfindən məhkum barəsində verilmiş mülahizədən görünür ki, məhkum Məhkum * saylı Cəzaçəkmə müəssisəsinə ##.##.2025-ci il tarixdə Umbakı Penitensiar Müəssisəsindən daxil olmuşdur. Məhkum karantin müddətini başa vuraraq * saylı dəstədə qeydiyyata alınmış, yataq yeri və ən zəruri ləvazimatlarla təmin edilmiş, hüquq və vəzifələri, daxili intizam qaydaları, cəzanın çəkilməsi şərtləri izah olunmuşdur. Islah prosesinə cəlb olunması üçün müəssisədə aparılan abadlıq işlərinə, keçirilən mədənikütləvi tədbirlərə cəlb olunmuş, onun bu tədbirlərdə iştirakı qənaətbəxş olmuşdur. Müəssisədə cəza çəkdiyi müddət ərzində özünü müsbət xarakterizə olunan məhkum kimi tanıtmışdır. Əməkdaşlarla münasibətdə etik davranış qaydalarına riayət edir. Şəxsi gigiyena qaydalarına əməl edir. Əməyə və təhsilə olan münasibəti müsbətdir. Onunla aparılan fərdi tərbiyəvi söhbətlərdən özü üçün müsbət nəticə çıxarır. Müəssisənin ictimai həyatır da fəal iştirak edir və digər məhkumlarında bu işlərə cəlb olunmasında müəssisə əməkdaşlarına yaxından köməklik göstərir. Məhkum xasiyyətcə mülayimdir. Törətmiş olduğu cinayət əməlini etiraf edir və səmimi peşimançılıq hissi keçirdiyini bildirir. Ailə üzvləri ilə görüş və telefon vasitəsilə əlaqə saxlayır. Beləliklə o, məhkum Məhkum cəzasının 3/4 hissəsini çəkdiyini və bu müddət ərzində islah olunduğunu nəzərə alıb onun şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədə uyğun hesab etmişdir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq məhkum barəsində müsbət xarakterli mülahizə verilməsinə baxmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Ilk növbədə qeyd olunmalıdır ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi onun təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanin çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanıçəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Məhkəmə kollegiyası məhkum Məhkum barəsində verilmiş mülahizəni onun şəxsi işi ilə əlaqəli surətdə, bütün qanuni vasitələrdən istifadə etməklə tam, hərtərəfli, obyektiv araşdıraraq və onun cəza çəkdiyi müddətdəki davranışlarını ətraflı təhlil edərək hesab edir ki, məhkum cəzasının qanunla müəyyən edilmiş hissəsini çəksə də, barəsində verilmiş formal mülahizəyə və cəza çəkdiyi müddət ərzində islah olunmadığına əsasən ərizənin təmin edilməsi üçün əsas yoxdur. Birinci instansiya Məhkəməsi qərarında göstərmişdir ki, Cəzaçəkmə müəssisəsi tərəfindən məhkum Məhkum barəsində müsbət xarakterizə verilsə də, məhkəmə məhkumun şəxsi işində olan sənədləri cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ilə qarşılıqlı müzakirə edərək belə qənaətə gəlir ki, tərtib olunmuş mülahizə formal xarakter daşımaqla obyektivliyi əks etdirmədiyindən əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin tələbinə görə mülahizə məhkumun cəza çəkdiyi dövrü əks etdirməlidir. Məhkəmə hesab edir ki, müsbət xarakterizə olunmaq anlayışı daha geniş məna kəsb etdiyindən və Cəzaların Icrası Məcəlləsi məhkumdan cəzanın çəkildiyi dövrdə başqa məsələlər üzrə də müsbət nəticələrə çatmağı tələb etdiyindən, məhkumun müsbət xarakterizə olunması barədə tələbi yalnız davranışı ilə məhdudlaşdırmaq olmaz. Məhkum şəxsi işi araşdırılarkən onun əməyə və təhsilə müsbət münasibətini təsdiq edən hər hansı bir qeydə və ya sənədə rast gəlinməmiş, həmçinin onun cəza çəkdiyi müddət ərzində məhz hansı əmək fəaliyyəti ilə məşğul olması öz əksini tapmamışdır. Məhkəmə şəxsi iş materiallarını tədqiq edib və məhkumu dinləyərək, öz daxili inamını rəhbər tutub belə hesab edir ki, Məhkum qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşmamış və belə olan halda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılması mümkünsüzdür. Beləliklə, məhkəmə, məhkumun ərizəsini və şəxsi işini araşdırıb, ərizəni müdafiə edən məhkumun, onun müdafiəçisinin, habelə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin çıxışını, prokurorun ərizənin təmin edilməməsinə dair rəyini dinləyib, hesab edir ki, Məhkum Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı hökmü ilə təyin edilmiş cəzanın 3/4 hissəsini çəksə də, məhkəmə araşdırması zamanı Məhkum islah olunmaması müəyyən edildiyindən hazırkı vaxtda onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəmüvafiq deyildir. Məhkəmə kollegiyasi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum şəxsi işində əməyə və təhsilə müsbət münasibətini təsdiq edən hər hansı bir qeydə və ya sənədə rast gəlinməmiş, həmçinin onun cəza çəkdiyi müddət ərzində məhz hansı əmək fəaliyyəti ilə məşğul olması öz əksini tapmamışdır. Məhkum Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı hökmü ilə təyin edilmiş cəzanın 3/4 hissəsini çəksə də, həm birinci həm də apellyasiya məhkəməsində aparılan araşdırma zamanı Məhkum islah olunmaması müəyyən edildiyindən onun şikayəti təmin edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi mümkünsüzdür və apellyasiya şikayətinin təmin edilməsi və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin rədd edilməsi barədə ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 16 (on altı) saat üçün cəmi 176 (yüz yetmiş altı) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Elnur Nuriyev Hakimlər: Cavid Hüseyn Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar