Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-770/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5, Müdafiəçi – “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi, Məhkum – Məhkum iştirakları ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı tarixli, *(*- **)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə (hakim Gültəkin Əsədova) məhkum Məhkum cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək şikayətinin təmin edilməsini, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini və cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı məhkum Məhkum Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarından tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiyini qeyd edib, apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etmişdir. Prokuror və müdafiəçi məhkumun apellyasiya şikayətindən imtinasına dair ərizəsinin təmin edilməsinə etirazlarının olmadıqlarını bildirdilər. Cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və ya apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə və ya apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir (CPM-nin 390.1-ci maddəsi). Apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmək üçün təyin edilmiş dövlət ittihamçısı birinci instansiya məhkəməsində həmin icraatda iştirak etmiş dövlət ittihamçısının verdiyi apellyasiya protestinə əlavə etmək, onu dəyişmək və ya geri götürmək hüququna malikdir (CPM-nin 390.2-ci maddəsi). CPM-nin Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir (CPM-nin 390.4-cü maddəsi). Apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır (CPM-nin 396-cı maddə). Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən hesab edir ki, məhkum tərəfindən verilmiş apellyasiya şikayətindən onun tərəfindən imtina edildiyindən və iş üzrə digər iştirakçıların apellyasiya şikayəti və ya protesti olmadığından, apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və CPM-nin 193, 390.1, 396-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı tarixli, *(*- **)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilsin. “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 13 (on üç) saat üçün cəmi 143 (yüz qırx üç) manat dövlət büdcəsindən tutularaq “Alyans” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov(sədrlik edən), Faiq Qəniyev və Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №7(3-6)-770/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-770/2026
20.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver