Məhkəmə qərarları › İş №7(3-6)-778/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-778/2026

29.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-778/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), İbrahimov Zamin Vəliyəddin oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X4, Məhkum Məhkum müdafiəçisi X2, Apellyasiya şikayət vermiş Məhkum iştirakları ilə, Məhkum Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından məhkum X3 atası tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək müəyyən e t d i: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan Məhkum (məhkum X3 atası) apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti vermiş şəxs verdiyi apellyasiya şikayətini müdafiə etdiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında məhkumun müdafiəçisi qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında prokuror apellyasiya şikayəti onu vermək hüququ olmayan şəxs tərəfindən verildiyi üçün şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsi haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək prokurorun, məhkumun müdafiəçisinin və apellyasiya şikayətini vermiş şəxsin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti buna hüququ olmayan şəxs tərəfindən verildiyindən apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 383.1-ci maddəsinə əsasən apellyasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdir: 383.1.1. məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə - məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; 383.1.2. bəraətin dəlil və əsaslarına aid hissədə bəraət almış şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; 383.1.3. tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə dair - yetkinlik yaşına çatmamış şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi; 383.1.4. tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair-barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxsin qanuni nümayəndəsi və müdafiəçisi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü; 383.1.5. zərər çəkmiş şəxsin mənafelərinə aid hissədə - zərərçəkmiş şəxs (xüsusi ittihamçı) və onun nümayəndəsi; 383.1.6. mülki iddiaya dair hissədə - mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri; 383.1.7. hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair hissədə - hüquqi şəxsin nümayəndəsi və ya müdafiəçisi. Həmin Məcəllənin 391.5-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Göründüyü kimi cinayət prosessual qanunvericiliyi məhkumun barəsində olan birinci instansiya məhkəməsinin yekun qərarından apellyasiya instansiya məhkəməsinə məhkumun atası və ya digər yaxın qohumu tərəfindən apellyasiya şikayəti verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, hazırki iş üzrə məhkum X3 atası Məhkum apellyasiya şikayəti vermək hüququna malik olmadığından onun tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 383.1.1-ci və 391.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l ı r: Məhkum X3 atası Məhkum apellyasiya şikayəti vermək hüququna malik olmadığından onun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından verdiyi apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: İbrahim İbrahimli Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar